“Abşeron Şərab"ın Rusiyada Azərbaycan əleyhinə FƏALİYYƏTİ – Milli brendlər necə hörmətdən salınır?
Sosial
Oxunub: 371
29 in 2020 | 17:15
“Abşeron Şərab"ın Rusiyada Azərbaycan əleyhinə FƏALİYYƏTİ – Milli brendlər necə hörmətdən salınır?


Son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi, yerli məhsulların xarici bazarlara ayaq açması, milli brendlərimizin öz keyfiyyəti ilə rəqabətdən qalib çıxması yönündə Azərbaycan hökuməti ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə Azərbaycan dövləti sahibkarlara hərtərəfli yardımlar göstərir, onların xarici bazarlarda möhkəmlənməsi üçün gərəkən bütün lazımı addımları atır. Müxtəlif ölkələrdə fəaliyyətinə start verilən Azərbaycan Ticarət Evləri şəbəkəsinin qurulması bu yöndə atılan mühüm addımlardandır.

“Abşeron Şərab"ın Rusiyada Azərbaycan əleyhinə FƏALİYYƏTİ – Milli brendlər necə hörmətdən salınır?


Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bu gün qarşıda duran əsas məqsədlərdən biri “Made in Azerbaijan” brendini dünyada tanıtmaq, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını təmin etmək və ölkənin ixrac potensialını artırmaqdır.

Etiraf edək ki, ölkə xaricində milli brendlərimizin tanıdılması, daha geniş təqdimatı heç də asan başa gəlməyib. Məkrli düşmənimiz ermənilərin, erməni iqtisadi elitasının daimi təxribatları, milli brendlərimizi öz adlarına çıxması bu yöndə ardıcıl mübarizə aparılmasını diqtə edib. Bu baxımdan Azərbaycan sahibkarları xarici bazarlara həm keyfiyyətli məhsullar təqdim etmək, həm də düşmən təbliğatına qarşı izafi enerji sərf etmək zorunda qalıb və qalır. Amma…

“Abşeron Şərab"ın Rusiyada Azərbaycan əleyhinə FƏALİYYƏTİ – Milli brendlər necə hörmətdən salınır?


Amma təəssüf hissiylə qeyd olunmalıdır ki, “Made in Azerbaijan” brendinə qarşı təkcə bəlli düşmənlə mübarizə yetərli deyilmiş. Elə ölkəmizdə fəaliyyət göstərən elə şirkətlər var ki, onlar milli brendlərimizi nüfuzdan salmaq və dolayısı ilə ölkəmizin ixrac potensialına zərbə vurmaq baxımından daha təhlükəlidirlər. Hörmətli oxucu konkret fakt və ya misal istəyirsə, buyursun!

BU DA FAKT – Rusiya bazarlarında “Abşeron Şərab” ASC milli şərab brendlərimizin düşməninə çevrilib. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, “Abşeron Şərab” ASC “Gəncə Şərab 2” ASC-yə qarşı nə iqtisadi rəqabət etikasına, nə də istehsalçı mədəniyyətinə sığmayan davranış tərzi sərgiləyərək “Made in Azerbajan” brendinə etimadsızlığın yaranmasına səbəb olur.

“Abşeron Şərab"ın Rusiyada Azərbaycan əleyhinə FƏALİYYƏTİ – Milli brendlər necə hörmətdən salınır?“Abşeron Şərab"ın Rusiyada Azərbaycan əleyhinə FƏALİYYƏTİ – Milli brendlər necə hörmətdən salınır?Belə ki, “Abşeron Şərab” ASC Azərbaycanın ən böyük şərab istehsalçısı olan “Gəncə Şərab 2” ASC-nin sahibi olduğu brend adlarını oğurlayıb və eyni adlı məhsulları Rusiya bazarında satmağa başlayıb. Eyni adlı məhsulları brend sahibindən daha ucuz təqdim edən “Abşeron Şərab” ASC-ni isə nə məhsulun keyfiyyəti, nə də Azərbaycan brendinin nüfuzu düşündürmür. Saxta yolla qazanc əldə edənlər isə unudur ki, burada uduzan bütövlükdə ölkə iqtisadiyyatı və idxal potensialıdır.

Qeyd edək ki, “Gəncə Şərab -2” 650 işçisi və 400 ha üzüm plantasiyası olan “Gəncə Şərab-2” ASC bu sahədə Azərbaycanın həm ən böyük şirkəti, həm də iri vergi ödəyicisidir. Hər bir brendin formalaşması, tanınması üçün artıq iki onillikdir ki, böyük əmək sərf edir. Yarandığı gündən də Rusiyaya 13 adda şərab ixrac edir. Şirkətin “Огни Баку” (Bakı işıqları), “Девичья башня” (Qız qalası), “Семь красавиц” (Yeddi Gözəl), “Букет Азербайжана” (Azərbaycan buketi) və sair brendləri 1997-ci ildən başlayaraq, məhz Rusiyada bir çox müsabiqələrin qalibi olub və mükafatlandırılıb.

“Abşeron Şərab"ın Rusiyada Azərbaycan əleyhinə FƏALİYYƏTİ – Milli brendlər necə hörmətdən salınır?
“Abşeron Şərab” isə özünə yeni brend yaratmaq əvəzinə “Gəncə Şərab”ın Rusiya bazarında populyarlıq qazanmış brendlərinin saxtasını dövriyyəyə soxmaqla daha asan yolla pul qazanmaq eşqinə düşüb.

Hesab edirik ki, ölkənin beynəlxalq iqtisadi nüfuzununun mövzu olduğu bu məsələ müvafiq orqanların diqqətinə səbəb olacaq və problem müsbət həllini tapacaq./Sfera.az/
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest