100-200 manat cərimə azdı, azı 3 dəfə artırılsın – Həkim-deputat
Sosial
Oxunub: 368
27 in 2020 | 15:00
100-200 manat cərimə azdı, azı 3 dəfə artırılsın – Həkim-deputat


Gündəlik 600 insanın yoluxması ölkə və səhiyyə sistemi üçün böyük fəlakətə çevrilə bilər.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili İlham Məmmədov teleqraf.com-a açıqlamasında belə deyib.

Həkim-deputat karantin qaydalarının daha da sərtləşdirilməsini təklif edib:

“Virus çox surətlə yayılır. Artıq bəşəriyyət üçün faciəyə, insanlıq üçün ölüm kabusuna çevrilib. Virusun dinamikasının dəyişkənliyi, mutasiyası onun təhlükəli olmasından xəbər verir. Karantin qaydalarının yumuşaldılmasından sonra ikinci dalğanın yaranması ÜST-ün böyük narahatlığına səbəb olub. ÜST-ün açıqlamasında qeyd olunur ki, yumuşalmadan sonra azı 30 ölkədə kəskin artım qeydə alınıb. Avropada gündəlik 20 min yoluxma, minlərlə ölüm var. Əgər ciddi tədbirlər görülməsə, ümumilikdə, səhiyyə sistemi çökə bilər”

Millət vəkili bildirib ki, ölkəmiz virusun yayılmasının qarşısını almaq məqsədilə ilk günlərdən ciddi tədbirlər gördü, konkret nəticələr əldə olundu:

“Bir çox ölkə koronovirusla mübarizənin Azərbaycan modelini tətbiq etməyə başladı. Orta, ali, peşə məktəblərinin bağlanması, kütləvi tədbirlərin ləğvi, sərhədlərin bağlanması öz müsbət nəticəsini verdi. Bizim yeganə çətinliyimiz insanların davranışı ilə bağlıdır. İnsalarımızın karantin rejiminə tam riayət etməsi üçün ciddi hüquqi, texniki, sosial baza hazırlamalı və tətbiq etməliyik. Düzdür, bir çox tədbirlər artıq görülüb, inzibati xətalar məcəlləsinə dəyişiklər olunub, cərimələr tətbiq olunub və artıq nəticələr də var. Hesab edirəm ki, insanlar sərt karantin rejimini gündəlik həyat tərzinə çevirməyi bacaracaqlar. Bu, onların sağlamlığı, həyatı üçün əhəmiyyətlidir. Bir çox inkişaf etmiş ölkələrə nəzər salsaq, onların sərt karantin rejimi dönəmində çox ciddi tədbirlərə əl atdıqlarını, dronlarla, müxtəlif texniki vasitələrlə məsuliyyətsiz insanları yerindəcə cəzalandırdıqlarını görərik. Millət vəkili kimi təklif edirəm ki, bizdə də belə sərt qaydalar tətbiq olunsun, 100-200 manatlıq cərimlər azı 2-3 dəfə artırılsın. Biz, məsuliyyətsiz insanları bu formada cərimələməklə yoluxmadakı kütləviliyi önləyə bilərik”.

Deputat vurğulayıb ki, bizdə müəyyən sosial, iqtisadi məqamları nəzərə alaraq tədbiq olunan yumuşalma faciə ilə nəticələndi:

“Yoluxanların sayı rekord həddə çatmış oldu. Dünya artıq koronovirusla təhdid olunur. Mənə hər gün tək millət vəkili kimi deyil, həkim kimi də yüzlərlə insandan zəng gəlir, qaydaların sərtləşməsini istəyirlər. Qeyd edirlər ki, bəzi məsuliyyətsiz insanlara görə xəstəxanalar dolub, yaxınlarımız, qohumlarımız yoluxublar. Təmsil olunduğum Yevlax rayonunda da insanların sərt karantinə əməl etmələri ilə bağlı çağırışlarımız oldu. Hal-hazırda insanlardan yaganə tələb qaydalara əməl olunmasıdır. İnsanlar bilməlidir ki, virus mutasiyaya uğrayıb, “vəhşiləşib”, daha böyük təhlükələrə səbəb olur. Dəfələrlə qeyd olunduğu kimi maskadan istifadə, gigiyenik qaydalara əməl etmək və sosial məsafə saxlamaqla, karantin qaydalarına əməl etməklə cəmiyyətimizi qoruya bilərik. Həkimlər qeyd edir ki, bəzi xəstələrdə 1 gün ərzində ağciyərin tamamilə yox olması müşahidə olunur. Hələlik isə virusa qarşı ən unikal mübarizə qadağalardır. Karantin rejimi ilə bağlı bütün münasibətlər hüquq çərçivəsində tənzimlənir. Gürcüstanda hər ötən gün yoluxma sayı azalır. Bəs bunun səbəbi nədir? Orada cərimələr 1000 dollardan çoxdur. Məhz buna görə insanlar qaydalara tam riayət etdilər və sınaqdan çıxdılar. Eləcə də ABŞ-da, Fransada, İtaliyada, Almaniyada çox yüksək cərimələr tətbiq edilib. Hətta cərimədən başqa digər sərt qaydalar, bəzi hallarda isə həbslər tətbiq edirdilər”.
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest