"MedEra" gənc qızı İFLİC ETDİ - Bakıda daha bir həkim naşılığı...
Sosial
Oxunub: 385
26 in 2020 | 20:41
"MedEra" gənc qızı İFLİC ETDİ - Bakıda daha bir həkim naşılığı...


Bakıda gənc qız əməliyyatdan sonra sağlamlığını itirib.

"Medicina.az"ın məlumatına görə, adının ictimailəşməsini istəməyən xanım axşam.az-ın redaksiyası ilə əlaqə saxlayaraq mədəkiçiltmə əməliyyatından sonra iflic olduğunu deyib.
O, bildirib ki, bu ilin əvvəlində "MedEra" klinikasında bariatrik-metabolik cərrah Fərid Rəfiyev tərəfindən əməliyyat olunub. Əməliyyatdan ay yarım sonra pasientin səhhətində ciddi problemlər başlayıb:
"Əməliyyat yanvarın 16-da baş tutdu. Ay yarım sonra qusmalar, mədəmdə güclü ağrılar başladı. Karantin vaxtı olduğu üçün xəstəxanalar işləmədi, analizə gedə bilmədim. Mədəmdəki ağrılarla bağlı Fərid həkimə mesaj yazdım. O, bunun normal olduğunu dedi. Analiz vermədən, yoxlamadan mənə dərmanlar yazdı. Qusma dayansın deyə dərmanları içdim, amma tam əksi oldu. Sən demə, yazdığı dərmanlar mədə-bağırsaq əməliyyatı olanlara qadağan imiş. Ağrılarım daha da şiddətləndi, mədəm keyidi. Mədə nahiyəmdə hissiyatım itdi. Normal yeriyə bilmədim, ayağımı sağa-sola atırdım. Fərid həkimə bunu bildirdim, mənə iynə və sistem yazdı. Onu da etdim. Nəinki mədəm düzəldi, düz ayaq barmaqlarıma qədər uyuşma yarandı. Hissiyatım itdi, tamamilə iflic oldum. Apreldən bu yana yataq xəstəsi olmuşam. Fərid həkimə yenidən bununla bağlı məlumat verəndə isə qayıtdı ki, təcili nevropatoloqa müraciət et, sinirlərin sıxışıb.

"MedEra" gənc qızı İFLİC ETDİ - Bakıda daha bir həkim naşılığı...


Məni “nasılka” ilə "MedEra"ya apardılar. Təklif etdim ki, ekspertizaya gedək, nə sizdə, nə də məndə şübhə qalsın. Əvəzində gəlib qanımı yudular ki, dərmandan bu hala düşdüyümü sübut edə bilməyim. Xəstəxanada bir həftə məni müalicə etdilər. Sonra şantaj etdilər, məhkəməyə versəniz, sizə dəlilik kağızı hazırlayacağıq dedilər. Polis çağırdım, xəstəxanadan çıxmaq istədiyimi bildirdim. Evə gəlib fizioterapiya etdirdim. 2 aydır heç bir irəliləyiş olmayıb. 10 min manat pulum gedib. Mədəmdən ayağıma kimi iflic olmuşam. Gənc qızam, gələcəyim məhv edildi”.

Məsələylə bağlı Axşam.az-a açıqlama verən bariatrik-metabolik cərrah Fərid Rəfiyev pasientin ittihamlarını rədd edib. O, xanımın əməliyyat və ya dərmanlara görə iflic olmadığını deyib:

"MedEra" gənc qızı İFLİC ETDİ - Bakıda daha bir həkim naşılığı...


Əməliyyat yanvarda icra edilib və xanım evə göndərilib. Martda pasientin ayağında keyləşmələr başladı, ona nevropataloqa müraciət etməsini məsləhət gördüm. Müraciət etmədi, sakitləşdirici dərman verdik. Klinikaya dəvət edildi, nevropatoloq, psixoloq tərəfindən müayinə aparıldı. Onurğa-beyin problemləri aşkarlandı, nevroloji xəstəlik diaqnozu qoyuldu. Müalicə təklif edilsə də, bunu qəbul etmədi. Öz evinə qayıtdı. Müalicəni icra etmədiyi üçün xəstəlik daha qabarıq olub. Əməliyyatın nəticəsində bu hala qaldığını iddia edir. Ona izah olundu ki, əməliyyatdan deyil. Mədəkiçiltmə əməliyyatı həzm sistemi ilə əlaqədardır. Həzmdə problem olsa, buna aid edilə bilər. Pasiyent şər atmaqla məşğuldur. Biz də qanunla cavab verəcəyik. Əməliyyatla bağlılığı varsa, tibbi ekspertiza aparılsın, təsdiq edildiyi halda klinikamız müalicəni öz üzərinə götürəcək".
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest