Şər və Böhtan yazanlara tutarlı cavab - İrşad Abbasov - ÖZƏL

Şər və Böhtan yazanlara tutarlı cavab - Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru hörmətli İrşad Abbasov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır
HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......
Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Kollec rəhbərinin rüşvət sevdası". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.
Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.
Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecin direktoru İrşad Abbasovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədrisin yüksək səviyyədə aparılması və cəmiyyətimiz üçün savadlı kadrların yetişdirilməsi məqsədilə son vaxtlar mühüm işlər görülüb.
Kollecin direktoru İrşad Abbasov bildirib ki, təhsil ocağının maddi-texniki bazasının gücləndirilməsi üçün xeyli iş görülüb, daxili imkanlar hesabına təmir-bərpa və yenidənqurma işləri aparılıb. Kollecin sinif otaqları, fənn kabinetləri, su-kanalizasiya sistemi, idman zalı, yeməkxana və kitabxanası təmir olunub, yeni plastik pəncərələr quraşdırılıb. Təhsil ocağına yeni avadanlıq və kompüterlər gətirilib. Kollecdə 30 mindən artıq kitab fondu olan böyük kitabxana yaradılıb. Elektron kitabxana vasitəsilə istənilən şəxs kollecin kitab fondundan yararlana bilir.
Kollec artıq çoxprofilli tədris müəssisəsinə çevrilib. On bir ixtisas üzrə 1100-dən çox tələbənin təhsil aldığı təhsil ocağında 120-ə yaxın müəllim çalışır. Tələbələr yalnız təhsil prosesində deyil, həm də kollecin ictimai həyatında da öz fəallıqları ilə seçilirlər. Ölkənin orta ixtisas məktəbləri arasında ilk dəfə olaraq bu təhsil ocağında yaradılan tələbə parlamenti tədris prosesində yüksək keyfiyyət göstəricilərinə nail olmaq üçün iş aparır. Tez-tez kollecin idarə olunması rəmzi olaraq tələbə parlamentinin üzvlərinə həvalə olunur ki, bu da tələbələrin müstəqil idarəetmə bacarığını formalaşdırır. Kollecdə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, onların təhsilə marağının artırılması sahəsində vacib iş görür.
Hazırda təhsil müəssisəsində kompüter sinifləri mövcuddur və informatika dərslərində tələbələr 30-a yaxın kompyuterdən əyani vəsait kimi geniş istifadə edirlər. Bundan əlavə, tələbələr günün ikinci yarısında kompüter proqramları üzrə təşkil edilən məşğələlərdə iştirak edirlər. Təhsil müəssisəsinin internetə qoşulmuş kompüter mərkəzi vasitəsilə xarici ölkələrin ali və orta ixtisas məktəbləri ilə müntəzəm əlaqə saxlanılır, onların tədris proqramları öyrənilir və tətbiq olunur. Kollecdə tələbələrin biliyi 100 ballıq sistemlə qiymətləndirilir.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecin direktoru İrşad Abbasovdur.
Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecin direktoru İrşad Abbasov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən İrşad Abbasov bu işin müqəddəsliyini qoruyub saxlayır. İrşad Abbasov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu İrşad Abbasovdan danışdılar yaxşı ki, İrşad Abbasov Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecin direktoru təyin olunub… İrşad Abbasov öz isguzarlığı ilə tanınır və seçilir….
İrşad Abbasov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə İrşad Abbasovu heç vaxt əqidəsindən döndərə bilməz.
İrşad Abbasov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
İrşad Abbasov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
İrşad Abbasov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən İrşad Abbasovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
İrşad Abbasov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
İrşad Abbasov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə İrşad Abbasov özünü doğruldub. Bizdə hörmətli İrşad Abbasovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Bu gün, 16:00
Sabah yağış yağacaq, külək əsəcək
Bu gün, 15:30
Türkiyədə naməlum obyekt göründü: aeroportun fəaliyyəti dayandırıldı
Bu gün, 14:25
Əhalinin və əczaçılıq müəssisələrinin nəzərinə!
Bu gün, 13:52
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
Bu gün, 13:36
Peskov: Putin Zelenski ilə danışıqlara hazırdır
Bu gün, 13:08
Mirsaleh Seyidov rəisi işdən çıxardı - Yeni təyinat
Bu gün, 13:03
Prezident və birinci xanım Ağdamda - YENİLƏNİB
Bu gün, 12:11
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Bu gün, 12:07
Danışıqlar start götürdü: Ər-Riyadda Putin-Tramp başlanğıcı
Bu gün, 12:02
İlham Əliyev Qambiya prezidentini təbrik edib
Bu gün, 11:15
Ərdoğanla Zelenski Putini KÜNCƏ SIXIŞDIRDI: DÜNYA ŞOKDA! – yeni sülh MODELİ
Bu gün, 11:08
İlon Maskın ŞOK PLANI: Ora robotlar GÖNDƏRİR
Bu gün, 10:57
100 qadının fotoları ilə söyüşlü videolar paylaşmışdı - Həbs edildi
Bu gün, 10:50
Azərbaycandakı dini konfessiyalar Trampa məktub ünvanladı
Bu gün, 10:21
Daha bir qanunsuz tikili söküldü - Video
Bu gün, 10:05
Ödənişli yoldan istifadə edənlər üçün yenilik - Video
Bu gün, 09:56
Rusiya ilə razılaşma olsa, qoşun göndərməyə hazırıq - İlk açıq bəyanat
Bu gün, 09:38
Suriyada Əl-Qaidə liderlərindən biri öldürülüb - Tramp
Bu gün, 09:11
Tramp Ukrayna müharibəsi planı ilə şoka sala bilər – İDDİA
Bu gün, 09:00
Mehridən dəhliz alacaqdıq... - Əliyevdən İrəvana tarixi zərbə
Dünən, 16:00
Bakıya bu tarixdə güclü qar gəlir!
Dünən, 15:30
Azərbaycada uşaqlara görə dövlətdən 120 manat almaq olar - Bu şərtlə...
Dünən, 14:07
Prezident təsdiqlədi: bu qida məhsullarını satanlar 10 ilədək həbs olunacaq
Dünən, 14:02
Prezident qanun imzaladı
Dünən, 13:36
Yeganə plandır, imkan versinlər ki, getsinlər - Netanyahu
Dünən, 13:27
BDYPİ sürücülərə xəbərdarlıq edib
Dünən, 13:01
ABŞ Ukraynada münaqişənin bitdiyini elan edib