Milli Məclisin «bahalı qanunları» - BÜDCƏYƏ NEÇƏYƏ BAŞA GƏLİR?
Sosial
Oxunub: 371
25 in 2020 | 16:22
Milli Məclisin «bahalı qanunları» - BÜDCƏYƏ NEÇƏYƏ BAŞA GƏLİR?


2020-ci ildə keçirilən seçkilər və tərkibinin dəyişməsindən sonra Milli Məclisin işində canlanma hiss olunur.

FED,az xəbər verir ki, bu özünü həm müzakirəyə çıxarılan qanun layihələrinin sayında, həm də müzakirə prosesində, xüsusilə də qanun layihələrinin komitələrdə müzakirələrində göstərir. Pandemiya problem yaratmasa, bu il Milli Məclisin fəaliyyəti əvvəlki illərlə müqayisədə daha məhsuldar ola bilər.

Milli Məclisə bu il dövlət büdcəsindən ayrılan məbləğ də xeyli artıb. Bu il parlamentarilərin fəaliyyəti üçün büdcədən 46,4 milyon manat ayrılacaq ki, bu da əvvəlki illə müqayisədə 19,3 milyon manat və ya 71% artıqdır.

FED.az Milli Məclisə ayrılan vəsaitlər və parlamentin iş həcmini nəzərə almaqla burada qəbul edilən qanunların «maya dəyəri»ni araşdırıb.

2000-ci illərin əvvəllərində Milli Məclisdə qanunvericilik fəaliyyəti o qədər də aktiv deyildi. Parlamentin iclasları maraqlı və qalmaqallı olsa da, bu daha çox siyasi proseslərə aid idi, qəbul edilən qanunların sayı az idi. Deputatların bir hissəsi elə dövlət qurumlarını təmsil edir, digərləri ümumiyyət qanun istehsalı prosesmlərinə qarışmırdılar.

Nəticədə 2001-2003-cü illərdə parlamentdə ildə 130-160 qanun qəbul edilirdi. İnsafən həmin vaxtlar parlamentə ayrılan vəsaitlər də indiki ilə müqayisədə 7-8 dəfə az idi – ildə 3-3,6 milyon manat. Həmin dövrdə qəbul edilən hər qanun ölkənin vergi ödəyicilərinə 20-28 min manata başa gəlirdi.

2004-cı ildən vəziyyət dəyişdi. Prezident İlham Əliyevin ölkədə dəyişikliklərə start verməsi qanunvericilik bazasının da dəyişməsini, yenidənməsini vaə yeni qanunların qəbulunu tələb edirdi. Nəticədə Milli Məclisin işi, qəbul edilən qanunların sayı da artdı, 2004-2005-ci ildə parlament ildə 220 qanun qəbul etdi. Əvvəlki illərlə müqayisədə 60 sənəd çox idi. Həmin illər büdcədən Milli Məclisin saxlanmasına ayrılan vəsaitlər həmin sürətlə artmamışdı. 2004-ci ildə bu xərclər 4 milyon manata yaxın idi və qunanların sayınınf artması nəticəsində hər qanun ölkəyə 18 min manata başa gəldi.

2005-ci ildə parlamentinr büdcəsi ikiqat artdı – tərkibi yenicə təzələnmiş Milli Məclisə 7,8 milyon manat ayrıldı, hər qanunun «maya dəyəri» də artaraq 35 min manati keçdi.

2006-cı ildə – ölkəyə böyük neft gəlirlərinin axını başlayandan sonra parlamentdə «istirahət dövrü başladı» - 2007-ci ili nəzərə almasaq, 2006-2010-cu illərdə parlament ildə 1450-195 sayda qanunlar qəbul edib, işini başa vururdu.

Qanunların sayının nisbətən az olması onların qiymətini də bahalaşdırmışdı. Həmin illərdə qəbğul edilən şhər bir qanun vergri ödəymicilərinə 70-107 min manata başa gəlmişdi. Ümumiyyətlə Azərbaycan parlamenti tarixində ən «bahalı» qanunlar 2009-cu ildə qəbul edilib. Həmin il Milli Məclisin saxlanmasına büdcədən 13 milyon 296 min manat ayrılmış, bunun müqabilində parlamentarilər cəmi 153 qanun qəbul etmişdilər - hər qanun orta hesabla 107 min manat.

2011-2012-ci illərdə parlament yenidən aktivləşdi. Yenicə seçilmiş Millit Məclis üzələri ildə 220 qanuvn qəbul etdilər, həmin vaxt büdcədən ayrılan vəsaitlər də artmaraq 18-19 milyon manata çatmışdı. Nəticədə deputatların qəbul etdiyi qanunların hər biri vergi ödəyicilərinə 82-86 min manata başa gəldi. 2013-2015-ci illərdə parlamentin işi bir qədər də artdı.

Struktur islahatları, qanunvericiliyin yenilənməsi, ASAN Xidmətin yaranması və fəaliyyyətə, ümumiyyətlə idarəçilikdə tətbiq edilən yeniliklər qanunlara yenidən baxılmasını tələb edirdi. Nəticədə 2013-2015-ci illərdə qəbul edilən qanunların sayı 270-310 arasında idi. İlk iki ildə Milli Məclis üçün ayrılan vəsaitlər 19-20 milyon manat arasında idi, 2015-də deputatların əməyi layiqincə qiymətləndirildi – MM-ə ayrılan vəsaitlər 24 milyona yaxınlaşdı. Nəticədə bu 3 il ərində qanunların «maya dəyəri» 62 min manatdan 83 min manata yüksəldi.

2016-cı ilin parlamentin işində dönüş nöqtəsi saymaq olar. Əvvəla ilk dəfə olaraq parlamentə ayrılan vəsait azaldı, doğrudur, azalma o qədər də böyük olmadı – 23,8 milyon manatdan 23,5 milyon manata. Əvəzində Milli Məclisin qəbul etdiyi qanunların sayı kəskin artdı. 2015-ci ildə 288 qanun qəbul edildiyi halda 2016-da bu rəqəm 75 sənəd artaraq 363-ə çatdı. Qanunların maya dəyəri də azaldı – artıq hər qanun vergi ödəyicilərinə 65 min manata başa gəlirdi.

2017-2018-ci illər isə parlamentin tarixində hələlik ən məhsuldar dövrə kimi qalıb. İqtisadiyyatda islahatların başlandığı, qanunvericiliyə yenidən baxılması, xüsusilə strukutur dəyişikliklərin davam etməsi nəticəsində parlament üzvlərinin işi əvvəlki illərlə müqayisədə ikiqat artdı – ildə 440-a yaxın qanun və sənəd qəbul edildi. Büdcədən ayrılan vəsait o qədər də dəyişməmişdi – 23,8- 24,9 milyon manat. Nəticədə qanunların «maya dəyəri» yenə aşağı düşməyə başlayıb – büdcədən ayrılan vəsaitin bir qanuna düşən hissəsi 54-57 min manat.

2019-cu ildə Milli Məclisin fəaliyyəti əvvəlki illərlə müqayisədə bir qədər zəifləyib. Büdcədən ayrılan vəsaitlərin artaraq 27 milyon manatı keçməsinə baxmayaraq, qəbul edilən qanunların sayı təqribən 2 dəfə azalıb. Nəticədə ötən il parlamentdə qəbul edilən qanunların maya dəyəri də artıb və vergi ödəyicilərinə 106 min manata başa gələb.

2020-ci ildə isə Milli Məclisə dövlət büdcəsindən ayrılan məbləğ, yuxarıda qeyd edildiyi kimi, daha artıqdır və parlamentin işgüzar aktivliyi də daha yüksəkdir. Pandemiya problem yaratmasa, bu il Milli Məclisin fəaliyyəti əvvəlki illərlə müqayisədə daha məhsuldar və daha səmərəli ola bilər.Milli Məclisin «bahalı qanunları» - BÜDCƏYƏ NEÇƏYƏ BAŞA GƏLİR?
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər