Əlil jurnalist Əli Həsənovu ittiham etdi... - "Tənqidə-qınağa görə..."
Sosial
Oxunub: 280
22 in 2020 | 23:39
Əlil jurnalist Əli Həsənovu ittiham etdi... - "Tənqidə-qınağa görə..."


"Çoxlarından ayrı olaraq bu sətirlərin yazarı Prezidentin keçmiş köməkçisi Əli Həsənovun KİV-i kütləvi dezinformasiya vasitəsinə çevirməsini mətbuatda işıqlandırmağa çaba göstərib. Nə yazıq, “sinəsinə döyən” mətbuat orqanlarının heç biri “Əli Həsənovun kütləvi dezinformasiya biznesi”ni işıqlandırmağa cəsarət etməyib". Bu sözləri DİA.AZ-a müraciətində əlil jurnalist Məğrur Bədəlsoy yazıb.

Müəllif daha sonra bildirir: "Əli Həsənovun qohum-qardaş əlaltıları ilə Qarabağ əlili -jurnalistə qarşı bütün “ictimai-siyasi cəbhə boyu hücuma keçməsi” , hətta işgəncə verdirməsi də bu açıq qınaqla bağlıdır. Fikir verin, “dövləti idarə etdiyi bildirilən” şəxs dövlətin Ana Qanununa qarşı çıxaraq, tənqidə-qınağa görə əlil jurnalisti təqib edib və hətta fiziki-psixoloji işgəncə verdirib. Birinci evin bölgüsünün qanunsuzluğundan ali dövlət hakimiyyəti orqanlarına, baş prokurorluğa şikayətlərə cavab olaraq PA-dan Vüqar Əliyev zəng edib növbəti evdən mənzil ayrılacağına söz verdi. İkinci evin bölgüsü ərəfəsində qəbulunda olduğum PA-nın ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev rəhbərliklə danışıb, iki əlil-jurnalisti olan ailənin mənzil problemini çözəcəyini bildirdi. Daim arxa -dayağımız olan Mətbuat Şurasının sədri millət vəkili kimi KİVDF -yə sorğu göndərib, sənədlərin PA-ya göndərildiyi haqqında bilgiləndirdi.

Əli Həsənov isə korrupsiyanı Konstitusiyadan üstün tutdu. Təsəvvür edin, Qarabağ əlillərinin 10 il sahibkarlıq amacı İlə icarələrinə götürmək istədikləri Nərimanov heykəlinin yanından metronun “İçərişəhər” stansiyasına düşən “Qırxpilləkən” kompleksinin başındakı zibilxananı Prezidentin köməkçisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək MTRŞ -ya üzv təyin etdirdiyi keçmiş “JEK” müdiri, dayısı oğlu Cəfərov Məmməd Hüseyn oğlunun adına sənədləşdirib və keçmiş ƏMDK-nın keçmiş, İqtisadiyyat Nazirliyinin (İN) müvafiq qurumunun hazırkı sədr müavini Rafiq Cəlilovun “dövlət müəssisəsi” adlandırdığı “40 pillə” kafesinə çevirib! Özü də vergi uçotuna belə dayanmadan ! Keçmiş Vergilər Nazirliyinin (müavin İlkin Vəliyev ) , hazırkı İN yanında Vergi Xidməti Departamentinin həddi nə idi Prezident köməkçisinin “dövlət 40 pillə kafesi”nin vergidən yayınması haqqında əlillərin müraciətini araşdırsın? ! Axı, sahibkarlıqla məşğul olması yasaq edilən prezident köməkçisinin “kommersiya sirri”ni açıqlamaq yolverilməzdi!

Əli Həsənov əlil-jurnalistə qarşı təkcə dayoğlusundan deyil, qardaşının “xidmətindən” də yararlanıb. Qarabağ əlilinin icarəsinə 29 il qabaq verilən Nardarandakı bağına girməyə Sabunçu RİH-in ictimai-siyasi şöbəsinin müdiri, eyni zamanda prezident köməkçisinin qardaşı İsa Həsənovun qadağa qoymasından yazılıb. Bu rüşvət (oxuma ,dövlət!) məmurları özbaşınalığa PA-nın qarşısında təkbaşına etiraz edən Qarabağ əlilini 9-cu Polis Bölməsinə apardıb 6 saat ağır xəstə vəziyyətdə saxlayıb, həkim yardımına da imkan verməyiblər. Bölmə rəisi açıq bildirib ki, PA-dan göstərişdir. Yalnız DİN rəhbərliyinin işə qarışması ilə 6 saatdan sonra əlil-jurnalist azad olunub ! Görün, Prezidentin ictimai -siyasi məsələlər üzrə köməkçisi PA -nı necə “işgəncə aparatı” na çevirmişdi!

İkinci evin qanunsuz bölgüsünə etiraz edən Qarabağ əlillərinin evlərindən polisə aparılmaları da Əli Həsənovun “ictimai-siyasi yardımı”ndan özgə bir şey deyil".
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib