Ceyhun Bayramovun növbəti biabırçılığı - Baytara vəzifə verildi
Sosial
Oxunub: 361
16 in 2020 | 22:50
Ceyhun Bayramovun növbəti biabırçılığı - Baytara vəzifə verildi


Müxtəlif qruplaşmalar arasında intriqalar meydanına, pərdəarxası çəkişmələrinə meydan olan Təhsil nazirliyi özünütəcrid günlərində də köhnə ampulasındadır. Əslində nazirlik özünü cəmiyyətdə gedən proseslərdən çoxdan təcrid edib. Ceyhun Bayramov – Məhəbbət Vəliyeva tərəfdarlarının mübarizə meydanına çevrilən nazirlikdə təhsilimizin inkişafı karantin altına alınıb.

Ceyhun Bayramovun nazir təyinatından keçən müddətdə növbəti bir islahat piarının fiaskoya uğradığının şahidi olduq. Sistem nəinki yenilənmədi,əksinə uzun illər burada isti yuva qurmuş korrupsioner məmurların yenidən himayə olunması nəticəsində uçurumun kənarına bir az da yaxınlaşdı. “Mehriban düşmənlər” kimi üz-üzə duran C.Bayramov və M.Vəliyeva öz mövqelərini möhkəmləndirmək üçün qüvvələr nisbətini xeyrinə dəyişmək üçün öz yaxınlarını nazirliyə doldururlar. Azərbaycan təhsili bir neçə qruplaşmanın çəkişmələr meydanına çevrilib, naşı kadrların əlində məhv edilir.

Rubrika.Az saytı xəbər verir ki, bu ilin yanvarında C.Bayramovun əmri ilə Orxan Abbasov nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini təyin olunub. İlk baxışda burada qeyri-adi bir şey yoxdur. Sıradan bir kadr dəyişikliyi kimi də yanaşmaq olar. Amma məsələnin mahiyyəti ondan ibarətdir ki, nazirlikdə çalışanların böyük əksəriyyəti kimi Orxan Abbasovun da təhsil sahəsinə yaxından-uzaqdan heç bir bağlılığı yoxdur. Bu adam kənd təsərrüfatı üzrə mütəxəssisdir – baytardır. Yəni C.Bayramovun təhsil sisteminə yanaşması bundan uzağa getmir. Yəqin ki,yaxın vaxtlarda məktəblərdə ətlik və südlük inəklərin də yetişdirilməsinə başlanılacaq. Hətta C.Bayramov O.Abbasovun mövqelərini möhkəmləndirmək üçün atasını kollec direktoru da təyin edib. Bax beləcə canlanır hər qarış çöl Sumqayıtda…

“Bu günlərdə bütün sahələrdə olduğu kimi təhsil sistemində də pandemiya qanunları hökm edir” demək istəyirdik ki, aldığımız məlumatlar bizi fikrimizdən daşındırdı. Məktəblərin birinci siniflərinə qəbul prosesində baş verənləri eşidəndə həm təəccübləndik, həm də yox. Əslində elektron qaydada aparılan bu prosesdə şıdırğı alverin getdiyi bildirilir. Paytaxtın prestijli məktəblərinə uşaq qəbul etdirmək Avropanın qabaqcıl universitetlərinə qəbuldan çətin olub. Məktəblərdə heç bir karantin qaydaları gözlənilmədən şıdırğı sövdələşmələr aparılır. Təbii ki, bütün bunlar Təhsil nazirliyinin-şəxsən nazirin gözləri önündə baş verir. C.Bayramov öz baytar yaxınlarını nazirlikdə vəzifəyə gətirmək əvəzinə belə biabırçılıqlara son qoysaydı daha yaxşı olmazdımı?

“Ulduz” filminin məhşur epizodunu xatırlayırsınızmı?

-“Kadrlardan düzgün istifadə etmək lazımdır. Adam var ki, yeri tarladır, adam da var ki…

-Toyxana !

-Xeyr,rəhbərlik!

Rubrika.Az
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Dünən, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Dünən, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Dünən, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Dünən, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Dünən, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Dünən, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Dünən, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Dünən, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Dünən, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Dünən, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Dünən, 10:22
Bu həftə 6 gün işləyəcəyik?