Polis də çəkinir: bunun bədəlini ödəyəcəyik – Millət vəkili
Sosial
Oxunub: 269
16 in 2020 | 19:45
Polis də çəkinir: bunun bədəlini ödəyəcəyik – Millət vəkili


Acı-acı düşünürəm ki, bu millət nə siyasətdə, nə sağlıqda, nə gələcəyə münasibətdə niyə xeyrini-şərini anlamır? Ötən gün bir qızın paylaşdığı videoya baxdım. Balkondan video çəkərək küçədən keçən polislərə sataşırdı. “Bəlkə soyunum məni də gəlib evdən aparasınız” deyirdi. Bu həyasızlığın qarşısında polislər təmkinlə yollarına davam etdilər.

Bu sözləri millət vəkili Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, cahillik bizi koronaya məğlub edib:

“Əsəbləri onsuz da gərgin olan, üç aydır həyatı riskin altında vətəndaşımızın nazını çəkən tibb işçilərimizə və polislərimizə qarşı göstərdiyiniz bu küstahlığın bədəlini mütləq ödəyəcəksiniz, həm də bir çox hallarda canınızla. İnsan haqları küyçüləri, bu insanların haqlarına girdiyinizə görə, onlar haqlarını sizlərə çətin ki, halal etsinlər.

Əslində maska taxmamağa görə qanunvericilikdə cərimə nəzərdə tutulsa da, vətəndaş provokasiyası ilə qarşılaşmasın deyə, artıq polis də bunu irad olaraq insanlara bildirməkdə çətinlik çəkir. Xəstəxanalardan onlarla həkim, tibb bacısı zəng edib vəziyyətin kritik olduğunu söyləyir. Artıq xeyli insanın xəstəxanada yer olmadığına görə, həkim çatışmadığına görə evində müalicə aldığını bilirik. “İnanmıram” deyənlər inanların taleyini həll etməyə başlayıblar. Özümün onlarla tanışım orta-ağır vəziyyətdə ölümlə çarpışırlar xəstəxanada. Bir gerizəkalı vəkil zəng edib deyir ki, bu xəstəliyə inanmıram, sizlər də hər dəfə xalqı qorxudursunuz. Deyirəm ki, QİÇS xəstəliyinə inanırsan? Deyir, əlbəttə. O halda haçansa QİÇS tutmusan? Deyir, yox. O zaman koronavirusa inanmaq üçün hökmən gərək yoluxasan?”

F.Mustafa bildirib ki, bu pandemiya şəraitində, insafən Azərbaycan hökuməti çox işlər gördü və görməkdədir:

“Deyən gərəkdi, millət, gəlin başqa işləri qoyaq kənara, heç olmazsa, bu işdə görürsənmi ki, hökumət sənin yanındadır? Niyə yerindən olmalısan ki? Qoy bu xəstəlik sovuşsun, sonra görək nə edə bilirik. Hələ də xəstəliyin olmadığını sübut eləməyə çalışan insanabənzər məxluqlar var. Guya adi xəstəlikdən ölənləri koronavirusdan öldü deyə yazdırmaq üçün pul təklif edənlər varmış. Yalanın, fitnənin bu boydası… nə deyəsən? Üzü payıza gələcək ikinci dalğa pis sürprizləri önümüzə çıxaracaq. Müşahidəm onu göstərir ki, təcili görüləcək tədbirlərin başında bir neçəsi aşağıdakılar ola bilər. Türkiyədəki kimi, avtobusda maska taxmayan, yaxud da mindikdən sonra maskasını çıxaran insanı təsbit edən kimi sürücü nəqliyyatı idarə etməkdən imtina etməlidir ki, sərnişinlər özləri bu qanuntanımazı yerə düşürsünlər. Maskasız sərnişin daşıyan nəqliyyat şirkətinə dərhal cərimələr kəsilsin. O halda əlavə 30 qəpiyin avantajı üçün maskasız adamı avtobusa almayacaq.

İkincisi, marketlərə maskasız daxil olan hər bir şəxsə görə market sahibinin cərimələnməsini dərhal həyata keçirmək! Bu halda market sahibi on-on beş müştəri avantajına görə bu virusun yayılmasının qarşısını qapıda nəzarəti gücləndirməklə özü alacaq.

Üçüncüsü, tibbi maskanın satış qiymətini maya dəyərinə uyğun olmasa belə, 5 qəpiyə endirmək lazım ki, məsulyyətsiz vətəndaş üçün zərrə qədər də bəhanə yeri saxlanılmasın.

Ayrıca vətəndaş məsuliyyəti məsələsinə gəldikdə isə buna qarışmayın, çünki xəstəlik riskinə aldırmadan rayonlara kabab çəkməyə gedən insanlara nə hüququn, nə də dilimizin leksik potensialının gücü yetəcək. Bunlara koronanın təsiri də olmayacaq.

Cahilliyin əlaməti nədir? Bir növ cahil deyir ki, Allahı göstər, inanım. İkinci növ cahil də deyir ki, bir büt kimi inandığım özü elə Allahdır.

Bunlar cahillik virusu üzündən çoxdan ayrı dünyanın sakinlərinə çevrilmişlər”. (axar.az)
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Dünən, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Dünən, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Dünən, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Dünən, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Dünən, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Dünən, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Dünən, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Dünən, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Dünən, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Dünən, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Dünən, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Dünən, 10:10
ADNA terrorundan 15 il ötür