"Məhkəmə icraçıları bu adamı himayə edir..." - GİLEY
Sosial
Oxunub: 338
15 in 2020 | 23:14
"Məhkəmə icraçıları bu adamı himayə edir..." - GİLEY


Xaçmaz rayonu, Yaquboba kənd sakini Füzuli Murtazayev məhkəmə qətnaməsinin icra edilməməsindən şikayətçidir. Vətəndaş Ədliyyə Naziri Fikrət Məmmədova ünvanladığı müraciətdə məsələni nəzarətə götürməyi xahiş edir.

Vətəndaşın müraciətində qeyd edilir ki, onun iddiası əsasında Bakı şəhəri, Qaradağ rayon Məhkəməsi cavabdeh Məmmədov Xudaverdi Süleyman oğluna qarşı “inzibati xəta nəticəsində əmlaka vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” ilə bağlı qətnamə çıxarıb. Hakim Günay Həşimovanın çıxardığı qətnaməyə görə, Xudaverdi Məmmədov iddiaçı tərəfə 2630 manat məbləğində təzminat ödəməlidir. Qətnamənin üzərindən bir ildən çox vaxt keçsə də, tam icra edilməmiş qalır.

Füzuli Murtazayev bu barədə Yenisabah.az-a verdiyi açıqlamada bildirib ki, 2019-cu il iyunun 28-də sonuncu məhkəmə instansiyasında da təsdiqlənmiş qətnaməyə görə, Xudaverdi Məmmədov ümumi zərərin 1191 manatını ona ödəməlidir. Yerdə qalan məbləğ isə sığorta şirkəti tərəfindən ödənilməli idi. Bununla bağlı problem yaranmadığı üçün Füzuli Murtazayev sığorta şirkətindən şikayətçi deyil. Lakin onun sözlərinə görə, Xudaverdi Məmmədov qətnaməni icradan davamlı şəkildə boyun qaçırır və məhkəmə icraçıları da onunla bağlı hər hansı tədbir görmür:

“Xüdaverdi Məmmədovun qeydiyyatda olduğu Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru ilə dəfələrlə əlaqə saxlasaq da, qətnamənin icra edilməsi üçün heç bir tədbir görülməyib. Hətta o, karantin dövrünə qədər rahat şəkildə şəxsi avtomobili ilə Azərbaycan-Rusiya sərhədini keçib. Halbuki məlumdur ki, hər hansı bir səbəbdən borcu olan şəxslərin sərhəddən keçməsi əngəllənir. Vəziyyətdən belə anlaşılır ki, məhkəmə icraçıları bu adamı himayə edir, onun əməlini ört-basdır edib pulu ödəməməsinə şərait yaradırlar. Mən bununla bağlı Ədliyyə Nazirliyinə şikayət etmişəm”.

Bildirək ki, onun Ədliyyə Naziri Fikrət Məmmədova ünvanladığı müraciətində qeyd olunur ki, əvvəlki məktubuna cavab olaraq Nazirliyin İcra Baş İdarəsinin kredit borcları şöbəsinin aparıcı məsləhətçisi vəzifəsini icra edən Elnur Osmanlı 30 aprel 2020-ci il tarixdə rəsmi cavab yazaraq bildirib ki, cavabdeh şəxs Qaradağ Rayon İcra və Probasiya şöbəsinə dəvət edilib, izahatı alınıb və borcu ödəməkdən yayınacağı halda üzləşəcəyi məsuliyyət haqqında rəsmən məlumatlandırılıb. Amma yenə də qeyd olunan təzminat ödənmədən qalır. Bu səbəblə şikayətçi Füzuli Murtazayev Nazir Fikrət Məmmədovdan xahiş edir ki, işi nəzarətinə götürsün, dəymiş zərərin ödənilməsi üçün müvafiq tapşırıq versin.

Qeyd edək ki, məsələnin mahiyyəti ondan ibarətdir ki, cavabdeh Xudaverdi Məmmədov Yalama-Xudat yolunda idarə etdiyi nəqliyyat vasitəsilə sürət həddini aşmış, iddiaçı tərəfə aid qoyun sürüsünü vurmuşdur. Nəticədə ümumi dəyəri 2630 manat olan bir neçə qoyun ölüb, bir neçəsi də yaralanıb. Füzuli Murtazayev hadisə yerində cavabdeh şəxsə zərərin ödənilməsi və qarşılıqlı anlaşma üçün təklif etsə də o, özünü günahkar saymadığını bildirib. Nəticədə iş məhkəməyə gedib çıxıb və ayrıntılı şəkildə araşdırma aparıldıqdan sonra zərərçəkənə 2630 manat təzminat ödənilməsi ilə bağlı qətnamə çıxarılıb.
Bu gün, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Bu gün, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Bu gün, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Bu gün, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Bu gün, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Bu gün, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Bu gün, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Bu gün, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Bu gün, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Bu gün, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Bu gün, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Bu gün, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Bu gün, 10:10
ADNA terrorundan 15 il ötür
Bu gün, 10:04
Daha bir qrup sakin Laçına gedir
Bu gün, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Bu gün, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar