BNA-nın QIZILDAN BAHA BOYALARI... - Vüsal Kərimli milyonları belə xırıd edir...
Sosial
Oxunub: 370
11 in 2020 | 23:39
BNA-nın QIZILDAN BAHA BOYALARI... - Vüsal Kərimli milyonları belə xırıd edir...


Bakı Nəqliyyat Agentliyi (BNA) “Yol Xətt” MMC ilə maliyyə dəyəri 5 556 976.45 AZN (5 milyon 556 min 976.45) olan müqavilə imzalayıb.

Yenisabah.az xəbər verir ki, 5 iyun 2020-ci il tarxidə bağlanan müqaviləyə görə MMC bu məbləğə yolların rənglənməsini həyata keçirməlidir.

Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən “Yol Xətt” MMC 3 iyul 2006-cı il tarxidə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, 11-ci Dağlıq 3105-ci məhəllədə yerləşir. MMC-nin qanuni təmsilçisi isə Murad Mobil oğlu Muradovdur.

Murad Muradov 22 fevral 2020-ci ilə tarxidə Prezident İlham Əliyevin 1834 saylı sərəncamı ilə avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqləndiyinə görə “Tərəqqi” medalına layiq görülüb.

Araşdırmalarımız zamanı bəlli olub ki, Murad Muradov “Yol Xətt” MMC-nin qanuni təmsilçisi olsa da, əslində proxy şəxsdir. Əslində, MMC-nin idarə edilməsi başqa bir şəxsin əlindədir.

Həmin şəxs şirkətin əvvəlki rəhbəri Zaur Mayıl oğlu Həsənovdur. O, 2019-cu ilin dekabr ayının sonlarında MMC-nin rəhbərliyindən gedib. 2020-ci ilin yanvar ayından Avtomobil Yolları Dövlət Agentliyi yanında "№1 Xüsusi Təyinatlı Yol İstismarı" MMC-yə rəhbərlik etməyə başlayıb. Yeri gəlmişkən, Zaur Həsənov bu vəzifəyə təyinat alandan qısa müddət sonra, aprelin 21-də BNA “№1 Xüsusi Təyinatlı Yol İstimarı” MMC-ilə 1 029 000 AZN (1 milyon 29 min) dəyərində müqavilə bağlayıb. Bu müqavilədə də yolların rənglənməsi nəzərdə tutulur.

İddia olunur ki, BNA-nın əksər tenderlərində “Yol Xətt” MMC-nin qalib edilməsi də Zaur Həsənov faktoru ilə bağlıdır.

Məlumat üçün deyək ki, BNA 2017-ci ildə sözügedən MMC ilə 4 843 923,6 (4 milyon 843 min 923,6) AZN, 2018-ci ildə 6 245 674 (6 milyon 245 min 674) AZN, 2020-ci ilin mayında 4 779 364 (4 milyon 779 min 364) AZN dəyərində müqavilə imzalayıb.

Beləliklə, 3 il ərzində yolların rənglənməsi üçün dövlət büdcəsindən “Yol Xətt” MMC-yə 21 425 938.05 (21 milyon 425 min 938.05) AZN pul “axıb”.

Bunun üzərinə “№1 Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə ayrılan vəsaiti də gəlsək, aydın olur ki, 3 il ərzində yolların rənglənməsi 22 454 938.05 (22 milyon 454 min 938.05) AZN təşkil edib.

“Yol Xətt” MMC eyni zamanda sənaye nişanlarının istehsalını həyata keçirir. Lakin şirkətin rəsmi saytında Bakı şəhərinin yollarında istifadə olunan boyaların markası, haradan alınması, tərkibi və keyfiyyəti barədə heç bir informasiya yoxdur.

Həmçinin həm BNA, həm də Yol Xətt MMC il ərzində Bakı şəhərinin yollarına nə qədər boya işlənməsi və nə qədər xəttin çəkilməsi ilə bağlı hesabat vermir. Bu məsələrlər bağlı sözügedən qurumlardan mövqe öyrənmək də mümkün olmayıb.

BNA-nın QIZILDAN BAHA BOYALARI... - Vüsal Kərimli milyonları belə xırıd edir...BNA-nın QIZILDAN BAHA BOYALARI... - Vüsal Kərimli milyonları belə xırıd edir...
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”