“Toyları təxirə sala-sala getməyin ağlabatan izahı yoxdur” — Deputatdan REAKSİYA
Sosial
Oxunub: 1 774
5 in 2020 | 22:00
“Toyları təxirə sala-sala getməyin ağlabatan izahı yoxdur” — Deputatdan REAKSİYA


“Artıq şadlıq evlərinin funksiyası dəyişməlidir, bir çox insanlar yeni ixtisasa keçməlidirlər”.
Bu fikirləri koronavirus pandemiyasının toy və yas mərasimlərinin təşkili ilə bağlı yaratdığı gərginliyə münasibət bildirən deputat Fazil Mustafa qeyd edib.

Fazil Mustafaya görə, virus insanlara gələcəyi yenidən qurmaq çağırışı edir və buna görə də toy-yas mərasimləri ilə bağlı klassik adət-ənənələrimizdə də dəyişikliklər etmək lazımdır:

“Virusun islah olunmaq fikri üfüqdə görünmür, proses uzandıqca, əsəblər daha da gərilir. Virus öz inadında, azərbaycanlılar da öz inadında… Azərbaycanlılar da bir neçə ay öncə yaşadıqları və uzun illərdir, yaşatdıqları adətlərə, vərdişlərə qayıdış üçün həsrət çəkirlər.
Anlaşılandır, bir şadlıq evində hamı dolanırdı: müğənnidən başlamış qabyuyana qədər, aşpazdan tutmuş “Limuzin” sürücüsünə qədər. Lakin birdən-birə virusun təhdidi ilə hamının həyatı sadələşib.

Bu, o deməkdir ki, artıq şadlıq evlərinin funksiyası dəyişməlidir, bir çox insanlar yeni ixtisasa keçməlidirlər. Bu, eyni qaydada mərasim evlərinə də aiddir. Virusa yoluxma təhlükəsinə görə bir yerə toplaşmaq imkanı olmayacaq. Yəni tədbirləri təxirə sala-sala getməyin də ağlabatan izahı yoxdur”.

Fazil Mustafa təklif edir ki, sözügedən sahələrdə xidmət göstərən vətəndaşların işsiz qalmaması üçün dövlət tərəfindən lazımi addımlar atılmalıdır:

“Sosial gərginliyin qarşısını almaq məqsədilə dövlət bu qəbildən olan vətəndaşlar üçün məşğulluqla bağlı şəbəkələşməni gücləndirməli, yeni iş yerlərini açmağa çalışan sahibkarları stimullaşdırmalıdır. Özəl sektorun alternativlərini artırmaq üçün inhisarçılığın hasarlarını söküb atmaq zərurəti hər kəs tərəfindən anlaşılmalıdır”. Yenicag.az
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
8-05-2024, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
8-05-2024, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
8-05-2024, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
8-05-2024, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
8-05-2024, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
8-05-2024, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO