Cavid Qurbanovun oğlu biznesdə necə meydan sulayır - İLGİNC
Sosial
Oxunub: 349
4 in 2020 | 21:22
Cavid Qurbanovun oğlu biznesdə necə meydan sulayır - İLGİNC


Son günlər ayrı-ayrı məmurların və məmur övladalrının əllərində saxladıqları hüdudsuz biznesləri ilə bağlı ilginc faktlar yerli KİV-də kifayət qədər populyardır. DİA.AZ bildirir ki, bu dəfə isə belə bir fakt Cavid Qurbanovla, daha dəqiqi onun oğlu ilə bağlı yayılıb.

Sosial şəbəkələrdə yer alan həmin materialda deyilir: "ABŞ-ın "Kentucky Fried Chicken", yaxud KFC fast food restoranları dünyanın bir çox ölkələrində olduğu kimi, 2010-cu ildən Bakıda da fəaliyyət göstərir. Bu ticarət markasının Azərbaycandakı fəaliyyəti ilə bağlı mətbuatda bir-birini təkzib edən fikirlər səslənir. Bəzi mətbu orqanlar KFC fast food restoranlarının ölkəmizə keçmiş oliqarxlar - ata-oğul Nəsib və Nizami Piriyevlər tərəfindən gətirildiyini iddia edirdi. Hətta belə fikir var idi ki, Piriyevlərin dünyanın bir çox başqa MDB ölkələrində də KFC restoranları fəaliyyət göstərir.

Məsələn, bir neçə il əvvəl mətbuatda azərbaycanlı iş adamı Nəsib Priyevin Ukraynada yaratdığı "Ukrayna qida şirkəti" MMC-nin Kiyevdə ilk "Kentucky Fried Chicken" (KFC) restoranı açdığı haqda informasiya verilmişdi. Bəzi mənbələr isə bu brendin Azərbaycana keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən gətirildiyini iddia edirdi.

Buna əsas kimi o göstərilirdi ki, KFC-ni Azərbaycana A.Məmmədovun rəhbərlik etdiyi "Garant Holding"ə məxsus AFK şirkəti gətirib. Elə KFC restoranlar şəbəkəsinin saytında da bu haqda qeyd olunur.

Cavid Qurbanovun oğlu biznesdə necə meydan sulayır - İLGİNC


Amma bir müddət əvvəl Türkiyənin məşhur "Hürriyyət" qəzeti yazmışdı ki, KFC restoranları "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun oğluna məxsusdur. Bu şirkətin Bakıdakı ən böyük restoranının 28 may metrosunun yaxınlığındakı "Azərbaycan Dəmir Yolları" QSC-nin balansında olan binada yerləşməsi heç də təsadüf deyilmiş. Qeyd olunur ki, PNN Group-un rəhbəri Nizami Piriyev "Beynəlxalq Bank işi" çərçivəsində həbs olunandan və Ziya Məmmədov nəqliyyat naziri vəzifəsindən uzaqlaşdırılandan sonra KFC restoranlar şəbəkəsi Cavid Qurbanovun nəzarətinə keçib. Hazırda bu şirkətə onun oğlu Şəmşir Şəmşirlinin rəhbərlik etdiyi vurğulanır.

Mənbə deyir ki, Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda vitse-konsul vəzifəsində çalışan Ş.Şəmşirli, paralel olaraq Türkiyədə böyük biznes şəbəkəsinə də rəhbərlik edir. Xatırladaq ki, "Gilan Holding" şirkətlər qrupu korporativ saytını qismən yeniləyərək, ticarət və ictimai iaşə sektorunda fəaliyyət göstərən bir neçə müəssisəni bir arada təqdim edib. Onların arasında "AFK" MMC də var. Bu məlumatdan belə nəticə çıxarılıb ki, KFC restoranlar şəbəkəsi Məmmədovların əlindən alınaraq "Gilan holding"ə verilib. Amma araşdırmalarımız zamanı məlum olub ki, əslində "Gilan holding"in əvvəldən bu şəbəkədə payı var imiş.

Z.Məmmədovun vəzifəsindən gedişindən sonra KFC restoranlar şəbəkəsinin bu ailəyə məxsus hissəsi isə "Gilan"a deyil, məhz baş dəmiryolçu C.Qurbanovun oğlunun nəzarətinə keçib. Bu dəqiqləşdirmə nəticəsində KFC-nin Məmmədovlara aid səhminin Ş.Şəmşirlinin kurasiyasına keçdiyinin ortaya çıxması "Hüriyyət"in bir müddət əvvəl yazdıqlarını təsdiqləyir.

Ümumiyyətlə, sabiq nazirin vəzifəsindən uzaqlaşdırılması ilə onun əlindəki bəzi sahələr C.Qurbanova verilib. Məsələn, Azərbaycan Voleybol Federasiyasına prezidentliyi də artıq Z.Məmmədov yox, C.Qurbanov edir..."
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Dünən, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Dünən, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Dünən, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
8-05-2024, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
8-05-2024, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
8-05-2024, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
8-05-2024, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
8-05-2024, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
8-05-2024, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
8-05-2024, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
8-05-2024, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
8-05-2024, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
8-05-2024, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
8-05-2024, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
8-05-2024, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
8-05-2024, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
8-05-2024, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
8-05-2024, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
8-05-2024, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8-05-2024, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil