“Gördüyünüz insanlar bir neçə ay sonra olmaya bilər” – Azərbaycanlı psixoloq
Sosial
Oxunub: 264
4 in 2020 | 18:19
“Gördüyünüz insanlar bir neçə ay sonra olmaya bilər” – Azərbaycanlı psixoloq


Psixoloq Vüsalə Rüstəmin Yenisabah.az saytına müsahibəsi:

– Karantin rejimi yumşaldılanda, məhdudiyyətlər aradan qaldırılanda insanlar koronavirus bəlasından xilas olduqlarını düşündülər. Qaydaların yenidən sərtləşdirilməsi, şənbə və bazar günləri küçəyə çıxmağın qadağan olunması cəmiyyətə necə təsir göstərəcək?

– Koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanda çox adam bu bəladan qurtulduğumuzu zənn etdi . Televizyalar, saytlar daim maarifləndirmə işləri apararaq, insanlarımızı daha diqqətli olmağa, virusun hələ də cəmiyyətə təhlükə yaratdığını söyləsələr də bir xeyri olmadı.Təəssüflə qeyd etməliyik kı, bütün təbəqədən olan insanlar öz sağlamlığına biganə yanaşaraq sosial məsafə saxlamadılar, maska və əlcəkdən istifadə etmədilər. Ölkə başçısı çıxışlarında dəfələrlə bu məsələylə bağlı öz iradını bildirdi. Burda ortaya maraqlı bir sual çıxır: insanlar niyə qayda-qanuna tabe olmamağı və anlamadığı sahənin – virusologiyanın mütəxəsisi kimi çıxış etməyi sevirlər? Cavab çox sadədir, psixoloji durumun normal olmaması və cahillik. Kobud səslənsə də bunun başqa adı yoxdur. Karantin qaydalarına əməl etməmək, özündən əlavə ətrafdakı insanların da sağlamlığını təhlükə qarşısında qoyan məsuliyyətsiz insanların sayəsində qaydalar yenidən sərtləşdiriləcək və sərtləşdirilməlidir də. Bir insanın gün boyu çox insanı yoluxdurduğunu nəzərə alsaq, təhlükənin hansı səviyyədə olduğunu dərk edərik.

– Sizcə, insanlar yeni qaydalara əməl edəcəklərmi? İki günlük “ev dustaqlığı” hansı fəsadlara səbəb ola bilər?

– Yeni qaydalara əməl edən yenə də az sayda insan olacaq. Virus gözə görünmədiyi üçün çox insan “gözüm görmürsə, qorxu da yoxdur” prinsipi ilə yaşayır. “Ev dustaqlığı”dediyimiz məsələ əslində sosial ünsiyyəti azaltmaq üçündür və belə vəziyyətdən qorxmaq lazım deyil. Normal insan bütün vəziyyətə qısa müddət ərzində adaptasiya olunur. Gündəlik çalışan və kirayədə yaşayan insanlarımıza isə yenə də dövlət və imkanlı şəxslərimiz kömək etməlidir. Biz xeyirxah və rəhmli xalqıq, yəqin ki, qonşumuzu belə ağır günlərdə ac qoymarıq.

– Etiraf edək ki, yeni qərarlar cəmiyyət üçün gözlənilməz oldu. Sizcə, insanları sərt karantin rejiminin qayıdacağına psixoloji cəhətdən hazırlamaq lazım deyildi?

– Qərarların gözlənilməz olması artan xəstə sayından asılı olur. Virus Çində qəfil ortaya çıxıb sürətlə yayılanda heç bir dövlət buna hazır deyildi. Səhiyyəsi zəif inkişaf etmiş ölkələr üçün daha çətin oldu. Qəfil ortaya çıxan və tam olaraq öyrənilməyən virusun törətdiyi fəsadı və artımı bilmədiyimiz üçün görüləcək tədbirləri öncədən planlaşdırmaq olmur. Yoluxma və sağalma, ölüm sayına görə qərarlar qəbul olunur.

– Karantin rejiminin yenidən sərtləşdiriləcəyi təqdirdə insanlar necə davranmalıdırlar? Bu dönəmdən daha az itki ilə çıxmaq üçün cəmiyyət nə etməlidir?

– Karantin rejimi yenidən sərtləşdiriləcəyi təqdirdə insanlar qaydalara tam əməl etməlidirlər. Hər kəs öz ailəsini və xəstəliyi qəbul etməyən dostunu və qohumunu məlumatlandırmalıdır. Əks halda faciəvi son qaçılmazdır. Gördüyünüz insanlar bir neçə ay sonra olmaya bilər. Bu zaman siz onları dəfnnində belə iştirak edə bilməyəcəksiniz. Bir-birimizə qarşı bu qədər biganə olmayaq.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO