DTX-də yüksək vəzifəyə təyin olunan Baş prokurorun kürəkəni kimin oğludur? – DOSYE
Sosial
Oxunub: 422
4 in 2020 | 17:48
DTX-də yüksək vəzifəyə təyin olunan Baş prokurorun kürəkəni kimin oğludur? – DOSYE


Ötən gün Azərbaycanın yeni Baş Prokuror Kamran Əliyevin imzaladığı əmrə əsasən Səbail rayon prokurorunun müavini Orxan Nuriyevin başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunaraq, prokurorluqda qulluq keçməsinə xitam verilib.
Mətbuata verdiyi açıqlmada Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatı təsdiqləsə də, Orxan Nuriyevin hansı səbəbdən işdən çıxdığını açıqlmayab.
Qeyd edək ki, yayılan məlumatlarda Orxan Nuriyevin Baş Prokuror Kamran Əliyevin kürəkəni olması səbəbindən işdən çıxdığı bildirilir. Bildirilir ki, “Korrupsiyaya qarşı mübarizə” haqqında qanun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməyən halları müəyyən edir. Bu maddədə qeyd olunur ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
Onu da bildirək ki, bu gün mətbuatda yer alan digər bir məlumatda Orxan Nuriyevin DTX-nın İstintaq Şöbəsinin rəisi təyin olunduğu qeyd olunub.

Məlumat üçün bildirək ki, Baş Prokuror Kamran Əliyevin kürəkəni Orxan Nuriyev Azərbaycan Ədliyyə nazirinin müavini Eldar Nuriyevin oğludur.
Eldar Qasım oğlu Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Universiteti bitirdikdən sonra Gəncə şəhər prokurorluğunda prokuror köməkçisi, 1993-cü ildə Bakı şəhəri prokurorluğuna rəhbər işə göndərilərək Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dövlət-hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində çalışıb.
2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Baş prokurorunun müavini təyin edilib. 2006-cı ilin aprel ayından 2019-cu ilin noyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində işləyib.
25 dekabr 2019-cu ildən Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasına sədr təyin edilib.
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, ”Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin, Azərbaycan Ədliyyəsinin, Azərbaycan Polisinin, Azərbaycan Respublikası Prokurorluğunun 100 illiyi” xatirə medalları, “Prokurorluğun fəxri işçisi”, digər döş nişanı və fəxri fərmanlarla təltif olunub.
Onu da bildirək ki, 2017-ci ildə sabiq Vergilər naziri Fazil Məmmədovun əmrilə Cavanşir Eldar oğlu Nuriyev nazirliyin Daxili Təhlükəsizlik Departamentinin baş direktörü təyin olunub. Bildirilir ki, Cavanşir Nuriyev də Eldar Nuriyevin oğludur. /Yeniavaz.com/
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək