"İndiyədək jurnalist evlərinin verilməsi ilə bağlı seçim doğru edilməyib" — Vüsalə Mahirqızından MARAQLI TƏKLİF
Sosial
Oxunub: 254
3 in 2020 | 19:44
"İndiyədək jurnalist evlərinin verilməsi ilə bağlı seçim doğru edilməyib" — Vüsalə Mahirqızından MARAQLI TƏKLİF


Əməkdar jurnalist, "APA-Holding"-in rəhbəri Vüsalə Mahirqızı növbəti jurnalist evlərinin verilməsi ilə bağlı müraciətlərin fərdi və elektron qaydada həyata keçirilməsini təklif edib.

Vüsalə Mahirqızı qeyd edib ki, ev məsələsi media orqanlarında əməkdaşları baş redaktorlarla üz-üzə qoyur.

O təklif edib ki, bundan sonra ev almaq istəyən hər bir jurnalist onlayn qaydada sənədlərini təqdim edərsə, bu, daha şəffaf olar.

Demokrat.az Vüsalə Mahirqızının fikirlərini təqdim edir:

"Neçə gündür ki, həmkarlarımızın yeni jurnalist evlərinin verilməsi mövzusundakı statuslarını oxuyuram. Vaxt yaxınlaşdıqca yəqin ki, bu statuslar daha da artacaq. Hamı özünü haqlı hesab edir və hərənin də özünə görə arqumenti var. Mənim təklifim, hətta xahişim bundan ibarətdir ki, bu dəfə bu məsələnin seçimində media orqanları iştirak etməsin.

Bir online sistem hazırlamaq və müraciət kriteriyalarını müəyyən etmək olar. Həmin kriteriyalara uyğun, ev almaq istəyən hər bir jurnalist online qaydada sənədlərini təqdim edir. Kriteriyalar dəqiqliklə seçilsə, müraciətlər minlərlə olmayacaq. Daha sonra isə müraciətlərin araşdırılması üçün ekspertlərdən və dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradıb, yekun siyahını Prezidentə təqdim etmək mümkündür. Bu, bir neçə məsələyə görə vacibdir:

1. Jurnalistlərin hansısa media orqanında işləməsi şərtidir. Sabah ev alandan sonra həmin şəxs jurnalistikadan gedə də bilir, amma o ev ondan geri alınmır. Və ya jurnalist başqa media orqanına, dövlət qurumuna transfer oluna bilər.

2. Ev məsələsi bir çox jurnalisti az maaşla illərlə bəzi redaksiyalarda işləməyə və gözləməyə vadar edir, girova çevirir, sonunda da çoxuna vəd olunan evlər verilmir, yəni adları siyahıya daxil edilmir.

3. Ev məsələsi media orqanlarında illərdir ki, əməkdaşları baş redaktorlarla üz-üzə qoyur. Nə qədər ədalətli davransan da, yenə də kimlərsə özünü daha çox haqqı çatan hesab edir və s. Bir halda ki, ev alan şəxs konkret hansısa media orqanına görə yox, jurnalist olduğu üçün ev alır, o zaman bu seçimi niyə redaksiya rəhbəri etməlidir və subyektiv mülahizələr yaranmalıdır?

4. Ev seçiminə media orqanı o vaxt qarışa bilər ki, ev konkret olaraq media qurumuna verilir. Məsələn, APA Agentliyinə 5 ev ayrılır. APA-dan işdən çıxan jurnalist isə evdən məhrum olur, eynilə hərbi strukturlarda olduğu kimi. Jurnalist evlərinin verilməsində qayda bu deyil və belə olmaması da çox yaxşıdır. O zaman çox sadə sual meydana gəlir. Media orqanı ona aid olmayan prosesdə niyə iştirak edir?

Mənim evlərin veriləcəyi vaxtla bağlı informasiyam yoxdur. Bildiyim odur ki, indiyə qədər bu seçim doğru edilməyib və buna görə də prosesdə qeyri-şəffaf, subyektiv maraqlar çox olub. Bununla bağlı əvvəllər də dəfələrlə demişəm, amma prosesi aparanların marağında olmayıb.

Ümid edirəm ki, KİV DF-nin yeni rəhbərliyi bu məsələnin daha rahat və qalmaqalsız həlli yolunu tapacaq. Bir modeli mən təklif etdim. Şəxsən mənim media rəhbəri olaraq bu prosesdə heç bir marağım yoxdur və bacardıqca uzaq qalmaq istəyirəm".
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK