Varlıya dənizi satır, kasıba şıllaq atır…
Sosial
Oxunub: 268
3 in 2020 | 20:48
Varlıya dənizi satır, kasıba şıllaq atır…


Dörd divar arasında keçirdiyimiz günlər arxada qaldı. İndi hamı öz işiylə məşğuldur. Azca vicdanı olan adamlar başlarını aşağı salıb, balalarına bir tikə çörək qazanırlar. Vicdansızlar da həmişə olduğu kimi yenə haramla, yalan və talanla başlarını dolandırırlar…

İş yerini itirən, bir tikə çörəyə möhtac olan insanlarla danışmaq, onların qayğılarını dinləmək çətin idi. Bu insanlara kömək edə bilməmək isə ikiqat çətin idi. Heç vaxt yadımdan çıxmayacaq, aprelin 14-də telefonuma tanımadığım nömrədən zəng gəldi. Hal-əhval tutandan sonra birbaşa mətləbə keçdi: “Müəllim, mənə kömək edə bilərsiniz?”

Həmin vaxt hər gün ən azı üç-dörd nəfər yardım üçün müraciət edirdi. Mənim həmin adamlara ən böyük köməyim onları imkanlı dostlarıma yönləndirmək olurdu. Odur ki, aramızda belə bir dialoq baş verdi:

- Mən sizə necə kömək edə bilərəm? Pul lazımdır, yoxsa ərzaq istəyirsiniz?

- Yox, qadan alım. 59 yaşım var, hələ heç kimdən bir manat pul istəməmişəm. Mən həmişə halal zəhmətimlə dolanmışam…

- Bəs niyə zəng etmisiniz?

- Mən Qaradağda yaşayıram. Ustayam. Dünən işə çıxdım. İki daşı üst-üstə qoymağa macal tapmamış, gəlib hərəsinə bir təpik vurdular…

- Kim vurdu?

- Kim olduqlarını bilmirəm. Amma geyimlərindən müftəyeyən adamlara oxşayırdılar…

Mənzərə aydın idi. Ağsaqqal karantin rejimini pozduğu üçün onun işləməyinə icazə verilməmişdi. Qanunun qarşısında hamımızın boynu tükdən incədir. Dünyagörmüş adam olduğu üçün məni başa düşdü, hətta vaxtımı aldığına görə üzrxahlıq edib, sağollaşdı…

Onun daşını uçuranlar həmin gün mənim ürəyimdən bir parça daş asıb getdilər…

Üç-dörd gün əvvəl Cəlilabaddan Bakıya qayıdırdıq. Hacıqabulun boz çöllərini keçəndən sonra Qaradağa çatdıq. Sovet şairlərinin vəsf etdiyi Xəzər bu rayonun ərazisində “yoxa çıxmışdı”. Allahın Azərbaycan xalqına bəxş etdiyi əvəzsiz nemət olan gözəl dənizimiz yolboyu hasarlanmışdı. Xəzərlə aramıza məmurların tamahı girmişdi…

Qeyri-ixtiyari olaraq, balalarına bir tikə çörək qazanmaq üçün aprelin 14-də işə çıxan ustanı xatırladım. Dediyinə görə, üst-üstə qoyduğu iki daşı təpiklə vurub havaya uçurmuşdular. Həmin vaxt ağlımdan keçən ilk sual bu oldu: kasıba şıllaq atan bu adamlar Xəzəri hasarlayan varlıları görmürlər? Axı qanun dənizə 130 metrdən yaxın ərazidə inşaat işləri aparmağa imkan vermir. Niyə kasıbın komasını uçuran həmin məmurlar varlının villasının həndəvərinə yaxınlaşa bilmirlər? Niyə yaxınlıqda yaşayan sadə insanlar dənizin üzünə həsrət qalmalıdırlar? Axı rayonun adının Qaradağ olması o demək deyil ki, camaatın günü qara olmalıdır…

Dövlət başçısı dəfələrlə vurğulayıb ki, məmur xalqın xidmətçisidir. Təəssüf ki, bəzi məmular özlərini xalqın yox, varlı adamların xidmətçisi kimi aparırlar…
Seymur VERDİZADƏ //yenisabah.az//
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO