İsveçrədəki səfirimizlə bağlı ŞOK İDDİA - Bir oğurluq xalçaya bir villa alıb
Sosial
Oxunub: 322
3 in 2020 | 22:50
İsveçrədəki səfirimizlə bağlı ŞOK İDDİA - Bir oğurluq xalçaya bir villa alıb


Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da çox önəmli rolu varmış.

Ovqat.com-un Mədəniyyət Nazirliyindəki mənbələrdən aldığı məlumata görə, 3 il bundan əvvəl İsveçrəyə səfir təyin olunan Xanım İbrahimova həmin ölkənin rəhbərliyinə hədiyyə kimi göndərilən çox bahalı bir xalçanı satıb. Onun yerinə isə saxta xalça alıb hədiyyə edib.

Maraqlıdır ki, Xanım xanım orjinal xalçanı heç Bakıdan çıxarmaq zəhmətinə də qatlanmaq istəməyib. Elə Bakıdaca xırd etdiyi xalçanın qiymətinə çox bahalı bir villa alıb. Törətdiyi həngaməni gizlətmək üçün villanı belə, özünün yox, yaxın qohumunun adına keçirib.

Bəli səhv oxumadınız; bir xalçanın puluna çox bahalı bir villa. Məsələ burasındadır ki, həmin xalçanın qiyməti 500 min avrodan yuxarı imiş. Sırf əl işi olan ipək xalçanın elə Bakıdaca başına gətirilən oyun Azərbaycan rəhbərliyinin İsveçrədən gözlədiyi təşəkkürün gəlməməsi səbəbindən aşkarlanıb. İsveçrənin diqqətsizliyindən duyuq düşən rəhbərlik həmkarlarıyla söhbətində xalçanı bəyənib-bəyənmədiyini xəbər alıb. Alınan cavabdan isə şoka düşüblər: “Adi bir xaçla idi”.

Araşdırmalar zamanı məlum olub ki, İsveçrə rəhbərliyinə ipək yox, sintetik xalça hədiyyə edilib. İpək xalçanının Bakıdan Bernə uçarkən birdən-birə necə “sintetikləşdiyini” araşdıran müvafiq qurumlar əsl həqiqəti öyrənə biliblər. Məlum olub ki, xalça Mədəniyyət nazirinin antikvar satışıyla məşğul olan dostları vasitəsilə “sintetikləşdirilib”. Daha aydın ifadə ilə desək, orijinal xalçanı satıb əvəzinə sintetik bənzərini tapıblar. Səfir Xanım İbrahimova da əsl xalçanın puluna villa alıb, saxta xalçanı isə qoltuğuna vurub Bernə aparıb.

Araşdırma zamanı o da aydınlaşdırılıb ki, Xanım İbrahimova Əbülfəs Qarayevin həyat yoldaşının rəfiqəsidir. Əbülfəs Qarayevin bu işə bulaşmasında xanım həmrəyliyi öz sözünü deyib.

Səfirin həm də Fuad Muradov tərəfindən himayə olunduğu bildirilir.

Qeyd edək ki, cəmi 41 yaşı olan Xanım İbrahimovanın diplomatik korpusda yüksəlişi xeyli sürətli olub. O, 19 yaşından diplomat kimi fəaliyyət göstərir. İsveçrəyə səfir təyin olunmamışdan əvvəl Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir vəzifəsində işləyib. Uğurlu diplomatik fəaliyyəti sayəsində Azərbaycan Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 2006-cı ildə xarici işlər nazirinin dəstəyi ilə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) konsepsiyasını hazırlayıb və həyata keçirib. Həmin agentlik hazırda Azərbaycanın beynəlxalq yardım sahəsində fəaliyyət göstərən əsas qurumudur. Qurumun həm strategiya, həm də hüquqi bazasının müəllifi kimi Xanım İbrahimova BMT-nin İnkişaf proqramı çərçivəsində topladığı vəsait hesabına Azərbaycan Diplomatik Akademiyası ilə birgə ilk texniki yardım layihələrini hazırlayıb və həyata keçirib. Peşəkar fəaliyyəti dövründə o, eyni zamanda Azərbaycan Diplomatik Akademiyasında beynəlxalq tələbələrlə bağlı müxtəlif layihələrin müəllifi və icraçısı olub.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi də Xanım İbrahimovanın beyninin məhsuludur. Məlumata görə, X.İbrahimova BMTİP-nin Azərbaycan Nümayəndəliyində Azərbaycan Hökuməti ilə birgə Fövqəladə halların idarə edilməsi layihəsi üzərində çalışıb. Həmin layihə sonralar təsis edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əsasını təşkil edib.

Bir sözlə, yaşının az olmasına baxmayaraq, həmişə Xarici İşlər Nazirliyinin ən pullu missiyasında yer alıb. Odur ki, onun İsveçrə rəhbərliyinə göndərilən xalçaya tamah salması xeyli təəccüblü görünür və keçmiş fəaliyyəti barədə də əsaslı şühbələr yaradır. Bildirilir ki, hazırda müvafiq qurumlar da səfirin keçmiş fəaliyyətini və onun ölkə rəhbərliyindəki bəzi şəxslərlə əlaqələrini araşdırırlar.

Xatırladaq ki, ölkə rəhbərliyinin əcnəbi həmkarlarına göndərdiyi hədiyyələrin mənimsənməsi faktı ilk deyil. Bundan əvvəl də Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun da əmirə göndərilən kürünü satdığı ortaya çıxmış və səfir dərhal geri çağırılmışdı. Bildirildiyinə görə, Xanım xanımı eynilə Daşqın Şikarovun taleyi gözləyir.
İsveçrədəki səfirimizlə bağlı ŞOK İDDİA - Bir oğurluq xalçaya bir villa alıbİsveçrədəki səfirimizlə bağlı ŞOK İDDİA - Bir oğurluq xalçaya bir villa alıb
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər