Təhməzlinin işçiləri narazılıq yaradır... - GİLEY
Sosial
Oxunub: 306
1 in 2020 | 21:43
Təhməzlinin işçiləri narazılıq yaradır... - GİLEY


Tənzimləyici qurum kimi yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sovet “obxess”i kimi fəaliyyət göstərməyə başlayıb

Ən azından İsmayıllı rayon Kürdmaşı kənd sakini Quliyev Tural Ramiz oğlunun və Aşıqbayramlı kənd sakini Zülfüqarov Anar Valeh oğlunun başına gələnlər bu qənaəti doğurur. GUNDEMXEBER.AZ bildirir ki, İsmayıllı rayonunun bu sakinləri Qida Təhlükəsizliyi Agentliyinin yerli qurumunun əməkdaşlarının “obxess”sayağı fəaliyyəti sayəsində işsiz qalıb... Agentliyin əməkdaşları Eldar Əzizov və Elşən Qasımov bu iki ailənin yeganə gəlir mənbəyi olan qəssab dükanını əvvəlcədən xəbərdar etmədən qapayıblar. Rayon mərkəzində onlarla belə satış dükanı olsa da, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları məhz bu sırada standarta uyğun şəraiti olan üç-beş dükandan birini qıfıllayıb(?) Sahibkarlar üzləşdiyi problemlə bağlı Prezident Adminstrasiyasına, Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə və İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət edib. Müraciətlərinin əksəriyyətinin ünvanına çatması haqqında cavab alsalar da, Qida Təhlükəsizliyi Agentliyindən hec bir cavab almayıblar. Aktuallığını nəzərə alıb müraciəti müəyyən ixtisarla dərc edirik:

"Etdiyimiz müraciətimizə müsbət nəticəsi olmadığından, Sizə müraciət etməklə, bəzi məmurların dövlətimizin adına yaraşmayan əməllərini ictiamiləşdirmək məcburiyyətindəyik. Belə ki, bir neçə vaxtdır İsmayıllı “Yaşıl Market” bazar kompleksinin sahibi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərovun cəzasızlıq, məsuliyyətsizlik, vəzifə borclarını yarıtmaz yerinə yetirmələri, rüşvət və korrupsiya mühitinin olması, sahibkarlıq subyektinin normal fəaliyyət göstərlməsinə qəsdən müxtəlif əngəllərin törədilməsi, ət kəsim sexində antisanitariya qaydalarına riayət olunmaması və s. özbaşınalıqlarla bağlı Prezidentə,1-ci Vitse Prezidentə, Kənd Təssərrüfatı Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa və İsmayıll Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Təəssüflər olsun ki, etdiyimiz haqlı müraciətimizə bu günədək cavab verilməmiş, biganə və laqeyid münasibət göstərilmişdir. Bütün dünya koronavurusla mübarizə aparır. Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərov isə karantin vəziyyətini fürsət bilib yazdığımız yazılara görə bizi susdurmaq istəyir. Açıq-aşkar qanunsuz hərəkətlər edir. Belə ki, 21 aprel 2020-ci il tarixdə bizə məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən obyektdə yoxlama aparmaqla güya, fəaliyyətdə olan ət satışı mağazasında sanitariya-gigiyena qaydalarına əməl olunmadığını əsas gətirərək, fəaliyyət göstərdiyimiz

mağazanın giriş qapısını qıfıllanmış və kağız parcasına “giriş qadağandır” sözləri yazaraq qırmızı lentlə bağlanmışdır. Halbu ki, 09 yanvar 2019-cu il tarixdə mağazamız sanitariya-gigiyena qaydalarına cavab verdiyi üçün Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərov bizdən 250 manat pul alaraq ət satışına icazə vermişdir.

Onların qanunsuz hərəkətlərlə məşğul olmaları haqqında, eləcə də saxta arayışlarla kəsilmiş ətə möhür vurularaq ət satışına icazə vermələrini bildirmişdik. Etdiyimiz bu müraciətimizdən sonra bizə qarşı qərəzli mövqe nümayış etdirməkdə davam edirlər. Qeyd olunan səbəblərə görə, rayon ərazisində fəaliyyətdə olan 35 ət satışı mağazasından yalnız bizim mağazamız hədəfə alınmışdır. Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərovun etdiyi qanunsuz hərəkətlər nəticəsində fəaliyyətimizi danandırmışıq. Onsuz da hər kəsin dərdi özünə bir yükdür. Ətrafımızda baş verən bu hallar bizi ağır duruma salır, haqlı narazılığımıza və şikayətimizə səbəb olur. Hesab edirik ki, bu qanunsuzluqlara son qoyulmalı və ədalət bərpa olunmalıdır”.

Redaksiyadan: Bu məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən açıqlama almaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. On gündən artıqdır ki, Agentliyə ünvanladığımız online müracətə cavab ala bilmədik(?) Bəlli olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyinin faəliyyətinin vətəndaşlarda narazılıq yaratması ilə bağlı bu məlumat ilk deyil. Tənzimləyici orqan kimi yaradılmış Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “obxess” kimi fəaliyyət göstərməsi haqqında iddialar isə qurum tərəfindən şərh olunmur və cavabsız qalır. Həm ictiami rəyin, həm də ekspertlərin bu Agentliyin fəaliyyətinə yanaşmalarının yumşaq desək birmənalı olmaması da sirr deyil.

Aktuallığını nəzərə alıb, mövzunu davam etdirəcəyik.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı