Azərbaycanlı həkim həyəcan təbili çaldı: “Karantin davranışları sərtləşdirilməlidir, əks halda…” - MÜRACİƏT
Sosial
Oxunub: 266
28 may 2020 | 13:30
Azərbaycanlı həkim həyəcan təbili çaldı: “Karantin davranışları sərtləşdirilməlidir, əks halda…” - MÜRACİƏT


Azərbaycanlı həkim, tibb elmləri doktoru Adil Qeybulla Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.

Modern.az-ın məlumatına görə, A.Qeybulla müraciətində xatırladıb ki, COVID-19 ştamı ilə bağlı hələlik dünyada müşahidə edilən mənzərə ürəkaçan olmasa da, iri əczaçılıq şirkətləri, ABŞ-ın Allergiya və İnfeksion Xəstəliklər Milli İnstitutu vaksin və spesifik dərman preparatlarının yaradılması üzərində ciddi intensiv iş aparmaqdadır.

“Hemorragik qızdırma törədən Ebola qızdırması zamanı istifadə olunan Remdesevir preparatından tutmuş və monoklonal antitellərə qədər müxtəlif dərmanların tətbiqi ünlü virusoloqlar, molekulyar biologiya mütəxəssisləri, genetiklər, infeksionistlər tərəfindən ciddi şəkildə araşdırılır. Hələlik real nəticə ortada yoxdur.
Pandemiyanın ötən dövrünün retrospektiv təhlili göstərir ki, sərt karantin tədbirlərinin məqsədəuyğunluğuna inam getdikcə sarsılmaqdadır. Çin təcrübəsi göstərdi ki, bütün dünya üzrə bu tədbirlər eyni anda başlasa və sərt şəkildə həyata keçirilsəydi, bu gün biz virusun adı keçən ştamı haqda keçmiş zamanda danışa bilərdik. Amma biz qloballaşan dünyada yaşayırıq. Uçaqla bir neçə saata minlərlə kilometr məsafə qət etmək imkanı virusun qısa müddətdə dünyanın hər yerinə daşınmaq şansı yaradır”.

A.Qeybullanın sözlərinə görə, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində aparılan işlər göstərdi ki, tətbiq eilən karantin şəraiti iki əsas istiqamətdən ibarət oldu.

“Birincisi hissə, karantin şərtləri adlandırıla bilər ki, bunalr evdə qalmaq, sosial izolyasiya, fərdi və sistemli dezinfeksiya tədbirlərini əhatə edir. Digər hissə, karantin davranışları adlandırıla bilər. Karantin davranışlarına sosial məsafə gözləmək, maska taxmaq (ağız və burun dəliklərini bağlamaqla xəstə şəxsdən nəfəs aerozoulunun xaricə atılmasını əngəlləmək və virusun sağlam adamın nəfəs yollarına düşməsinin qarşısını almaq), əllərin sabunla isti su altında yuyulması və dezinfeksiyası aid edilə bilər.
Təəssüf ki, bu gün ölkəmizdə karantin davranışları vətəndaşlarımız tərəfindən sözün həqiqi mənasında iqnor olunub.

Yoluxma dinamikasında nəzərə çarpan artım qeyd olunur, ölüm halları da hləlik epizodik şəkildə olsa da, artmaqdadır. Qarşıdan yay gəlir. İnsanların gözləniən istidən qaçaraq ölkə üzrə rayonlara istirahət səfərləri qaçılmazdır. Bu isə virusun rayonlara transferinin intensivləşməsi deməkdir. Yoluxma sayının artması, infeksiyanın yayılma coğrafiyasının genişlənməsi və bütövlükdə epidemioloji vəziyyətin pisləşməsi proqnozlaşdırılır”.

“Nə etməli” sualına A.Qeybulla müraciətində belə cavab verib:

“Düşünürəm ki, qarşıdakı isti yay aylarında karantin tədbirlərinin sərtləşdirilməsi dözülməz olardı. Digər tərəfdən, sərt karantin tədbirləri görülsə belə, SMS icazələrindən sui-istifadə təcrübəsi ortadadır. Belə olarsa, yenə də insanlar bir-birinə qonaq getmək, evlərdə ziyafətlər təşkil etmək, həyətə düşüb söhbət etmək, domino oynamaq, çay içmək, liftdən sürəkli istifadə və s. sui-istifadə yolları ilə infeksiyanın yayılmasına nədən olacaqlar.
Ən mühümü karantin davranışlarının sərtləşdirilməsidir. Bu istiqamətdə maarifləndirmə işləri qənaətbəxş hesab edilə bilməz. Verilən informasiyalar, sadəcə, konstatasiya xarakteri daşıyır. Bu istiqamətdə fəaliyyətə yenidən baxılmalıdır. Ya biz bu yolla yoluxma sayını azalda və ağırlaşma, ölüm hallarını minumumda saxlaya bilərik, ya da kollektiv (kütlə) immunitetinə doğru gedəciyik. Kollektiv immunitetin yaranması üçün ən azı 70% əhalinin yoluxması tələb olunur ki, virus tədricən yoxa çıxa bilsin. Bu isə paralel olaraq ciddi itkilər deməkdir”.

Adil Qeybulla bəzi təkliflər irəli sürüb:

“1. Sosial həyatın canlanması və qadağaların ləğvi fonunda karantin davranışlarına (sosial məsafə gözləmək, maska taxmaq, əllərin mütəmadi sabunla yuylması və dezinfeksiya tədbirləri) əməl edilməsinə nəzarətin ciddiləşdirilməsi və sərt qaydaların tətbiqi; Artan xəstə sayı yoluxma mənbəyinin genişlənməsi, itkilərin artması və böyük məsrəflər deməkdir! Karantin davranışlarına sayğısız yanaşmaq genofondun sağlamlığına qəsd deməkdir!

2. Xaricdən ölkəmizə gətirilən vətəndaşlarımıza selektiv yanaşmaq, xəstəlik şübhəsi olanları karantinə, xəstələri müalicəyə götürmək, xəstəlik əlaməti olmayanları və test cavabı mənfi olanları sahə həkiminin nəzarəti altında ev karantininə göndərmək; hamını karantinə göndərməyə qəti ehtiyac duyulmur.

3. Bu istiqamətdə maarifləndirmə və inzibati tədbirlərin gücləndirilməsi”.
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”