Əbülfəs Qarayevin yerinə kimi gətirirlər? - İDDİA
Sosial
Oxunub: 326
26 may 2020 | 19:13
Əbülfəs Qarayevin yerinə kimi gətirirlər? - İDDİA


Mayın 21-də prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan mədəniyyət naziri Əbülfəs Qarayevin yerinə hələ təyinat olmayıb. Azərbaycanın uzunömürlü nazirlərindən biri olan Ə.Qarayev son 14 ildə mədəniyyət naziri sahəsinə rəhbərlik edirdi. Mayın 8-də DTX-nın nazirlikdə keçirdiyi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramovun və idarə rəisi Zakir Sultanovun həbsindən sonra Ə.Qarayevin taleyi həll olunmuşdu.

İndi mədəniyyət cəmeəsində əsas suallardan biri yeni nazirin kimin ola biləcəyi və mədəniyyət sahəsində bərbad vəziyyətin necə tənzimlənəcəyi ilə bağlıdır. Bu səbəbdən ictimai diqqət bu nazirlikdə gedən proseslərə yönəlib.

Mediada verilən xəbərlərə görə, mədəniyyət nazirinin səlahiyyətləri nazirin birinci müavinini Vaqif Əliyevə həvalə olunub. Bu iddiadan sonra V.Əliyev haqda tənqidi yazılar artıb, onun da nazirlikdə yaranmış vəziyyətə görə məsuliyyət məsələsi gündəmə gəlib. Mədəniyyət Nazirliyindən isə bildirilib ki, nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib. “Hazırda mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər” deyə, xəbərdə bildirilir.

Musavat.com xəbər verir ki, Mədəniyyət Nazirliyi 6 iyun 2018-ci ildə qəbul olunmuş əsasnaməsində nazir və müavinləri haqda bənd var. Əsasnamənin 5.7 bəndində deyilir ki, “nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını birinci müavininə və ya müavinlərindən birinə həvalə edə bilər”.

Əsasnamənin 5.10-cu bəndində isə Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib. Mədəniyyət nazirin rəhbərlik etdiyi kollegiyaya nazirin bütün müavinləri(sayları 3-dür), Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru daxildir. Kollegiyanın tərkibini o zamankı baş nazir Novruz Məmmədov 2018-ci ilin sentyabrında təsdiq edib.

Əbülfəs Qarayevin yerinə kimi gətirirlər? - İDDİA


Məşhur akademikin qızı-Sevda Məmmədəliyeva

Əvvəlcə, mədəniyyət nazirinin hazırda işləyən iki müavinindən biri-geniş ictimaiyyətin az tanıdığı Sevda Məmmədəliyeva haqda məlumat verək. S.Məmmədəliyeva 1946-cı il noyabrın 14-də Bakı şəhərində akademik Yusif Məmmədəliyevin ailəsində anadan olub. Bakı şəhər 2 saylı Uşaq Musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub və 1967-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Milli Elmlər Akademiyasının aspiranturasını bitirdikdən sonra Akademiyanın elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışıb.
1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrində işləyib. Fəlsəfə elmləri doktoru, professordur. 1998-ci ildə prezident seçkilərində Heydər Əliyevin vəkili kimi iştirak edib. 1999-cu il ildən mədəniyyət nazirinin müavinidir. Mədəniyyət sahəsində digər xidmətləri olsa da, aydındır ki, 74 yaşı səbəbindən onun nazir postuna gətiriləcəyi gözlənilmir. Məlumata görə, ümumiyyətlə yeni nazir təyinatından sonra nazirlikdə ciddi dəyişikliklər olacaq və müavinlə də yeni kadrlarla əvəz olunacaq.

Vaqif Əliyev də yola salınacaq

1953-cü ildə Naxçıvanda anadan olan 67 yaşlı nazir müavini Vaqif Əliyevin də nazir postunu tuta biləcəyi haqda ehtimallar çətin ki, gerçəyi əks etdirsin. V.Əliyev 1994-2003-cü illərdə gənclər, idman və turizm nazirinin birinci müavini , 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı, 2011-ci ildə mədəniyyət və turizm nazirinin birinci müavinidir. Prezidentin 18 may 2018-ci il tarixli sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Xalq artistinin nazir arzusu

Xalq artisti Afaq Bəşirqızı olke.az saytına mədəniyyət naziri kimi görmək istədiyi şəxs barədə bunları deyib: "Mədəniyyət sahəsinə təyin olunan adam mütləq mədəniyyəti, onun içini bilməli, mədəniyyət xadimlərini tanımalı, musiqi, teatr kimi sahələrə bələd olmalıdır. Ora elə insan təyin edilməlidir ki, ətrafına dəyərli mütəxəssislər yığa bilsin. Hansı ki o mütəxəssislər çox böyük zərbə ilə dağıdılıblar, pərən-pərən salınıblar. Mənim özümün bir fikrim var və bu, illərin təcrübəsidir. Sumqayıt teatrında15 il işləmişəm və o teatr heç vaxt bina görməyib. Vaqif Əliyevin Sumqayıta icra başçısına təyin olunandan sonra onun teatra insanlara göstərdiyi misilsiz xidmət də yadımdadır. Vaqif müəllim şəhərə rəhbər təyin olunandan sonra teatra evlər verildi, bina verildi və bütün bunlar Vaqif Əliyevin zəhməti idi. Mən bu postda Vaqif Əliyevi və Qənirə Paşayevanı görərdim. Qənirə Paşayevanın da işgüzarlığı, insanlara olan münasibəti göz önündədir".

Sonda mədəniyyət nazirinin kimin təyin ediləcəyi barədə qərarın birbaşa dövlət başçısının səlahiyyəti daxilində olduğunu xatlırladaraq, qeyd edək ki, yeni naziri heç də asan iş gözləmir və onu bu vacib sahədəki problemləri həll etmək kimi məsuliyyətli iş gözləyir. Bu məsuliyyətin altına girəcək o şəxs də nazir olacaq...
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest