Travmatologiya inisitutunda ÖZBAŞINALIQ - rüşvət verə bilməyən xəstəyə ''xərçəng diyaqnozu'' qoyuldu
Sosial / Dunya
Oxunub: 645
25 may 2020 | 21:47
Travmatologiya inisitutunda ÖZBAŞINALIQ - rüşvət verə bilməyən xəstəyə ''xərçəng diyaqnozu'' qoyuldu


Son illər Respublikamızda baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən ölkəmizin səhiyyə sahəsinin inkişafına da, müəyyən qədər öz təsirini göstərmişdir. Yəni, arxada buraxdığımız illər ərzində səhiyyəmizin idarəolunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində Azərbaycan səhiyyəsinin dünya standartlarına cavab verə biləcək formada inkişaf etməsinə müəyyən qədər zəmin yaratmış və beynəlxalq miqyasda səhiyyəmizin nüfuzunun nəzərəçarpacaq dərəcədə artması ilə də nəticələnmişdir.

Bütün bunlar uğur gətirən addımlar olsa da, hal-hazırda Azərbaycan səhiyyəsində yaşanan biabırçılıqların, minbir oyun qaydalarının, hər cür avantürist əməllərin və s. varlığını eşitdikcə, sanki dəhşətə gəlirik.

Çünki, 19 may 2020-ci il tarixdə Qarabağ müharibəsi veteranı Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət-32 ünvanında fəaliyyət göstərən Elmi-Tədqiqat​ Travmatologiya​ və Ortopediya İnstitutunun əl cərrahiyyəsi şöbəsində başına gətirilən müsibətlərin varlığı onu söyləməyə əsas verir ki, bu gün də Azərbaycan səhiyyəsinə “üzqaralığı gətirən” bəzi həkimlərimiz var. Məhz onlardan biri də, Travmatologiya​ və Ortopediya İnstitutunun əl cərrahiyyəsi şöbəsində çalışan Akif həkimdir.

Bir anlığı diqqət yetirək ki, DQ müharibəsi veteranı öz sağlamlığını Vətən yolunda itirmiş və qolunun birinə yığılmış çirkli suyu əməliyyat etdirib götürdürmək istədikdə, Akif həkim bu şəxsdən istədiyi məbləğdə “haqq-hesab” almaq üçün “minbir dona” girir və hər cür avantürist əməllərə də qol qoyur. Belə olan halda o, Gundemxeber.Az saytına müraciət etmək qərarına gəlir ki, adı çəkilən bu səhiyyə müəssisəsində başına gətirilən müsibətlərdən geniş ictimaiyyət xəbərdar ola bilsin.

Elə ki, müharibə veteranı redaksiyamıza etdiyi müraciəti dinləyib baş verənlərdən az-çox xəbərdar olduq, o halda dəhşətə gəldik.​ Yəni, bu şəxs qolunda əmələ gəlmiş çirkli suyu əməliyyat etdirib götürtmək üçün, ilk əvvəl Travmatologiya​ və Ortopediya İnstitutunun əl cərrrahiyyəsi şöbəsinə müraciət edir. Həmin gün bu şöbənin müdiri, tibb elmləri doktoru Fikrət Qafarov iş yerində olmadığından, onu şöbədə çalışan Akif həkim qəbul edir və az sonra o, xəstəyə əməliyyatın vacib olduğunu və bununla bağlı razılıq verildiyini də dilə gətirir. Ümumi söhbət əsnasında Akif həkim xəstəyə belə bir əməliyyatın 800 AZN-ə başa gələcəyini, həmçinin əməliyyatdan əvvəl və sonra dərman, iynə, sistem almağa,​ hətta süpürgə, zibil və s-yə görə ödəniləcək əlavə xərclərin 700 AZN olacağını bildirir. Yəni, bura dövlət xəstəxanası olmağına baxmayaraq, belə bir əməliyyatın üstüstə 1500 AZN-ə başa gələcəyini vurğulayır.

O, Akif həkimin bu cür tələb-şərti ilə razı olmur və bu əməliyyata görə cəmi 500 AZN verə biləcəyini bildirir. Qarabağ döyüşçüsünün verdiyi cavab Akif həkimi heç cür qane etmir, o halda həkim ona “sən mütləq UZİ-dən keçməlisən, baxıb görək səndə onkoloji xəstəliklə bağlı hansısa problem var, ya yox” deyir. Həmin an xəstə ona “iki-üç gün bundan öncə Milli​ Onkologiya​ Mərkəzində olmub KT-dan keçmişəm və məndə heç bir problemin olmadığını deyiblər”. Belə bir cavabın qarşılığında Akif həkim “sən mütləq bizdəki UZİ-dən keçməlisən” deməklə, bir növ xəstəni bu yöndə addım atmağa təkid edir. Çıxılmaz duruma düşən xəstə həkimin təkidlərinin qarşılığında müəyyən qədər xərc çəkib, Travmatologiya​ və Ortopediya İnstitutundakı “UZİ”dən keçir. O halda xəstəni başlarından etmək üçün “səndə onkoloji problem var” deyə cavab verirlər. Çox keçmir ki, bu cür iyrənc və avantürist durumla üz-üzə qalan veteran xəstəxananı tərk etməli olur.
Elə ki, “Gundemxeber.Az saytının əməkdaşı DQ müharibəsi veteranının redaksiyamıza etdiyi müraciəti əsasında Travmatologiya​ və Ortopediya İnstitutu əl cərrrahiyyəsi şöbəsinin müdiri Fikrət Qafarovla görüşür və yaşananlarla bağlı müəyyən müzakirələr aparır, o halda şöbə müdiri “mən həmin vaxt xəstəxanada olmamışam və baş verənlər haqda Akif həkimdən müəyyən məlumatları əldə etsəm də, yaşanan problemlərin mahiyyəti haqda tam dəqiq məlumatım yoxdur” deyir. Bir sözlə, Fikrət Qafarovla söhbət zamanı bəzi mətləblərə aydınlıq gətirilir və şöbədə çalışan Akif həkimin yalan və fırıldaq əməllərinin mahiyyəti bəlli olur. Maraqlı hal o olur ki, şöbə müdiri Akif həkimi yanına çağıran zaman əməkdaşımız ona “sən hansı əsasla bir əməliyyata görə xəstədən 1500 AZN pul istəmisən deyə sual verdikdə “sən mənimlə pul söhbəti etmə” deyir. Əməkdaşımız dərhal ona “sən xəstədən pul tələb etmisən, indi də mənimlə pul söhbəti etmə” deyirsən. Az sonra əməkdaşımız Akif həkimin iş otağında onun özü ilə görüşüb söhbət edir və digər xəstələrin ifadə etdikləri narazılıqları canlı şəkildə də görür. Düşündürücü hal o olur ki, o, əməkdaşımızla söhbət edərkən “mənim qohumlarım MM-də işləyir, elələri də var ki, jurnalistdirlər” desə də, söhbətin sonunda ​ “müəllim, biz xəstənin qolundakı çirkli suyu əməliyyat edib götürə bilərik, amma sümüyə çatdıqda isə, nəsə etməyi bacarmayacağıq” deyir. Bu da o anlama gəlir ki, hələ də Travmatologiya​ və Ortopediya İnstitutunda bu cür savadsız və bacarıqsız həkimlər çalışmaqda davam edirlər. Onu da unutmaq olmaz ki, ölkəmizin ərazisində koronovirus (COVİD-19) infeksiyası yayıldığı ilk vaxtlarda hər kəsin, o cümlədən cənab İlham Əliyevin də həkimlərimizdən gözləntilərinin çox olduğu dilə gətirildi. Akif həkimin belə bir yanaşması və söylədiyi açıqlamaların varlığı isə, həkim auditoriyasına olan inamın heçə enməsi deməkdir.
​Xüsusi vurğulanası hal odur ki, Qarabağ döyüşçüsü Travmatologiya​ və Ortopediya İnstitutundan narazı şəkildə çıxıb getsə də,​ o, çox keçmir ki, başqa bir səhiyyə müəssisəsinə müraciət etməli olur. Həmin vaxt həkim onu əməliyyata götürülməzdən öncə, tam sağalacağı yöndə zəmanət verir və həyata keçirilmiş əməliyyat da uğurla başa çatır. Nəzər-diqqəti o halın varlığına da yönəldək ki, Travmatologiya​ və Ortopediya İnstitutunun əl cərrahiyyə şöbəsinə professor Çingiz həkim rəhbərlik edərkən heç vaxt belə bir biabırçılıqlar, bu cür həngamələr baş verməyib, hansısa avantürist addımlar atılmayıb. Hal-hazırda adı çəkilən bu şöbədə isə, hər cür iyrəncliklərə qol qoymaq, xəstələri müxtəlif yollarla “dəridən-qabıqdan soymaq” və s. kimi addımları atmaq, sanki adi hala çevrilib.
​ Mövzunu diqqətdə saxlayacağıq.
Gundemxeber.Az
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib