Aybəniz İsmayılova: “Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz”
Sosial
Oxunub: 290
25 may 2020 | 18:22
Aybəniz İsmayılova: “Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz”


“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova qondarma “Dağlıq Qarabağ respublikası”nı Almaniyada təbliğ edən “nümayəndəliyin” və “qeyri-hökumət təşkilatının” fəaliyyətinin qadağan olunması ilə bağlı AZƏRTAC-a açıqlama verib.

Şöbə müdiri qeyd edib ki, həmin “nümayəndəlik” və “QHT” Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmə nəticəsində yaradılmış kriminal rejimi təbliğ etmək və “tanıtmaq” kimi qanunsuz fəaliyyətlə məşğuldur. Bu isə QHT konsepsiyasından sui-istifadə edilməsi deməkdir. Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz.

“Bir müddət bundan əvvəl Almaniyada aparılan istintaq hərəkətləri çərçivəsində "erməni mafiyası” adı altında kriminal qruplaşma və diplomat, diaspor və QHT adı altında fəaliyyət göstərən erməni mənşəli şəxslərin bu mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqələri ortaya çıxmışdı.
Sözügedən “QHT” də Almaniya qanunlarını pozaraq erməni mafiyasının pulları hesabına siyasi lobbizm fəaliyyəti aparmaq, Almaniyada üçüncü tərəflərin maraqlarına xidmət etmək və “beşinci kalon” funksiyasını yerinə yetirmək, bu ölkədə birmənalı qəbul olunmayan radikal və ifrat siyasi partiyalarla əlaqəyə girmək və onların nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşkil etmək kimi qanunsuz əməllərlə məşğuldur.

Bu xüsusda, ABŞ, Rusiya, Fransa, Almaniya kimi ölkələrin hüquq mühafizə orqanlarını QHT, vətəndaş cəmiyyəti çətiri altında gizlənən və özünü qondarma kriminal rejim nümayəndələri kimi təqdim edən belə təşkilatların fəaliyyətini təftiş etməyə və onların fəaliyyətinə son qoymağa çağırırıq”, - deyə Aybəniz İsmayılova vurğulayıb.

O qeyd edib ki, Azərbaycan ərazilərini işğal edən və yüz minlərlə azərbaycanlını öz doğma yurdlarından didərgin salan Ermənistanın və onun əlaltısı olan kriminal rejimin insan hüquqları və ədalətdən danışması siyasi möhtəkirlik və riyakarlıqdan başqa bir şey deyildir. İnsan hüquqları və ədalətdən danışan tərəf, ilk növbədə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının erməni icması ilə sülh şəraitində birgəyaşayış çağırışlarına müsbət cavab verərdi və bu istiqamətdə əməli addımlar atardı.

Şöbə müdiri deyib: “Dünya birliyi heç vaxt işğal və etnik təmizləmənin nəticəsində yaranmış vəziyyəti qəbul edə bilməz. Ermənistan bu sadə həqiqəti nə qədər tez başa düşərsə, biz bir o qədər tez ədalətli və davamlı sülhə yaxınlaşacağıq. ATƏT-in Minsk qrupunun üzv dövləti və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Almaniyanı etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin hüquqlarının, Azərbaycanın ərazi bütövlüyünün bərpası və ədalətli sülhün təmin olunması üçün səylərini artırmağa çağırırıq”.
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest