“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər…
Sosial
Oxunub: 347
23 may 2020 | 18:19
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər…


Azərbaycanda xalqın pulu hesabına həddən artıq varlanan məmurların və digər vəzifəli şəxslərin böyük iddialara düşməsi “ənənə” halını alıb. Məsələn, dövlət büdcəsini talamaqla milyonlara sahib olan icra başçılarının son vaxtlaradək “balaca padşahlar” adlandırılması heç də təsadüf deyildi. Xüsusən də Salyanın keçmiş icra başçısı Tahir Kərimovun simasında, biz, icra başçılarının oturduqları kreslolarına “sığmadıqlarının” şahidi olduq. Hansı ki, özünü Osmanlı sultanlarına bənzədən icra başçısı Tahir Kərimovun şagirdlərin əllərində tutduğu qızılgül çələnginin altından keçməsi hələ də yaddaşımızdan silinməyib(FOTO 1,2).

“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər…


Əlbəttə, təkcə icra başçılarının deyil, bir çox məmurların, vəzifəli şəxslərin buna oxşar əməllərinin şahidi olmaqdayıq. Həmçinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının və bu günlərdə həbs olunan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun öz adlarına 1 şüşəsinin qiyməti 5 min dollardan baha olan (FOTO 3,4) içkilər sifariş verdirməsi də bu qəbildən hesab oluna bilər. Hansı ki, bu faktlar həmin şəxslərin qanunsuz yollarla hədsiz varlanmasını nümayiş etdirməklə yanaşı, onların özlərini “seçilmiş”, “fövqəlgüc sahibi” hesab etdiklərinin bariz nümunəsidir.

“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər…


Əlbəttə, hansısa məmurun özü haqqında yüksək fikirdə olması, belə desək, “padşahlıq” arzusuna düşməsi qəbahət deyil. Amma bu, xalqın sərvətini talamaq və ətrafındakı və tabeçiliyindəki insanları aşağılamaq hesabına olursa, ən böyük qəbahət hesab oluna bilər…

Hurriyyet.org-un əldə etdiyi məlumata əsasən, “padşahlıq” arzusunda olanlardan biri də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovdur. Qeyd edək ki, mətbuatda Zaur Hüseynovun xaricdə və ölkə daxilində böyük biznes şəbəkəsinə və milyonlarla dollar dəyərində sərvətə malik olduğu haqda çoxsaylı informasiyalar var. Görünür, bu səbəbdən də QSC sədri daha böyük iddialara düşüb. Doğrudur, o, Tahir Kərimov kimi gül çələnginin altından keçməyib. Və yaxud digər məmurlar kimi adına bahalı içkilər sifariş etdirdiyi haqda bilgimiz yoxdur. Amma Z.Hüseynovun əməlinin onlardan heç də geri qalmadığını deyə bilərik…

Dəyərli oxucularımızı intizarda saxlamaqdan qeyd edək ki, söhbət “Bakı Metropoliteni” QSC-nin sədrinin rəhbərlik etdiyi idarədə keçirdiyi qalmaqallı ad günündən gedir. Niyə qalmaqallı? Məsələ ondadır ki, Z.Hüseynovun ad günündə – sentyabrın 26-da Baş Polis İdarəsinin “Bakı Metropoliteni”ndə Polis İdarəsinin bu günlərdə vəzifəsindən azad olunan rəisi, polkovnik Samir Hüseynov qohumuna (Sabiq rəisin Zaur Hüseynovun bibisi oğlu olduğu bildirilir – müəl.) sürpriz hazırlamaq istəyib. Belə ki, tabeçiliyində olan bütün polis əməkdaşlarını “Bakı Metropoliteni” QSC-nin binasının həyətində toplayaraq, onları dəfələrlə “Ad günün mübarək”, “Təbriklər, cənab sədr!” deyə qışqırmağa məcbur edib. Bundan sonra Z.Hüseynov, dövlət başçılarının qarşılanma mərasimində olduğu kimi, yaşlı və cavan polislərin önündən keçərkən(FOTO 5,6), polis nəfərləri onun şərəfinə ucadan təbrik nitqləri səsləndirməyə başlayıb. Üstəlik, bu mərasim “Bakı Metropoliteni”nin operatoru tərəfindən video-lentə də alınıb. O cümlədən, bəzi əməkdaşlar tərəfindən gizlin şəkildə foto-çəkiliş də aparılıb. Tədbdir Z.Hüseynovun doğüm günü üçün sifariş olunan böyük tortun kəsilməsi ilə davam etdirilib…

“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər…


Mənbə deyir ki, polislərin bir çoxu bu biabırçılığa öncədən etiraz etsə də, sonradan işlərini itirə biləcəklərindən ehtiyat edərək rəis (keçmiş-red.) Samir Hüseynovun əmrinə tabe olub. Məlumata görə, S.Hüseynovun bir neçə gün əvvəl daxili işlər naziri Vilayət Eyvazov tərəfindən vəzifəsindən azad olunmasına da məhz bu kimi qanunusuz əməlləri səbəb olub. Ən maraqlısı isə odur ki, Zaur Hüseynov qohumu olan polis rəisinə hüdudsuz səlahiyyət verdiyindən, idarədə kimsə rəhbərlikdən şikayət etməyə cəsarət etməyib. Şikayət edənlər isə müxtəlif şəkildə cəzalandırlıb…

Onu da əlavə edək ki, hansısa idarə rəhbərinin öz işçilərinin əhatəsində ad gününü qeyd etməsi normal haldır. Amma, yuxarıda da qeyd etdiyimiz kimi, bu, hansısa işçilərin aşağılanması və onların iradəsinə zidd əməllərə məcbur edilməsi hesabına olursa, şübhəsiz, bu, böyük qüsurdur və həmin şəxsin “öz yerində” olmadığının göstəricisidir.

Digər tərəfdən, prezident İlham Əliyevin dəfələrlə bu və digər məsələlərlə bağlı məmurlara irad tutmasına və digər məmurlara nümunə olsun deyə, öz doğum günündə cəbhə bölgəsinə, yaxud da qaçqın şəhərciklərinə baş çəkməsinə rəğmən, hansısa məmurun, vəzifəli şəxsin bu cür təmtəraqlı ad günü keçirməsi həm də ölkə başçısının iradəsinə qarşı çıxmaqdır.

//Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO