Samir Şərifovun nazirliyi ittiham olunur - İDDİA
Sosial
Oxunub: 322
22 may 2020 | 21:45
Samir Şərifovun nazirliyi ittiham olunur - İDDİA


Azərbaycanda SERP proqram təminatına illik texniki dəstək adı altında korrupsiya oyunları davam edir. Dövlət qurumları bu xidmətlər üçün satınalmalar həyata keçirir. Bu satınalmalarda ancaq SİNAM şirkəti udur. Sual edirəm: bu şirkətdən başqa İT şirkəti yoxdurmu ölkədə?”

Belə bir bəyanatla "Neuron Technologies” MMC-nin prezidenti İsmayıl Ələkbərov çıxış edib.

Sahibkar iddia edir ki, SERP adlandırılan proqram təminatı (PT) dövlət sifarişi əsasında neçə illər bundan əvvəl SİNAM şirkəti tərəfindən hazırlanıb Maliyyə Nazirliyinə təhvil verilib. Bu sistem keçib dövlətin balansına.

"Sistem Azərbaycan dövlətinin qeyri-maddi aktivi olduğundan, onun mənbə kodları da dövlətə təhvil verilməli idi. Lakin SİNAM qanunsuz olaraq bu PT-nın kodlarını özündə saxlayır. PT Maliyyə Nazirliyinin data mərkəzində quraşdırılıb və büdcə və digər dövlət təşkilatlarının mühasibatlıqları üçün əlçatandır”, - deyə İ.Ələkbərov qeyd edir.

Neuron Technologies-in rəhbəri dəfələrlə dövlət və hüquq mühafizə orqanlarına müraciət edib. Lakin onun sözlərinə görə, dövlət satınalması adı altında korrupsiyanın qarşısının alınması üçün hec bir tədbir görülmür.

İsmayıl Ələkbərov öz şirkətinin nümunəsində də korrupsiya sövdələşməsinin detalarını açıqlayır.

"Əslində büdcə təşkilatlarının keçirdiyi SERP kotirovkalarında ixtisas göstəriciləri uyğun gələn istənilən İT şirkəti iştirak edə bilər. Kotirovkada qalib olacağı təqdirdə, həmin büdcə təşkilatı müraciət edib Maliyyə Nazirliyindən mənbə kodlarını alıb, konfidensiallıq sazişi əsasında həmin qalib şirkətə ötürməlidir.

Ancaq SİNAM buna imkan vermir. Kodları qeyri-qanuni olaraq özündə saxlayıb. Rəhbərlik etdiyim "Neuron Technologies” şirkəti ötən illərdə bir neçə dəfə SERP kotirovkalarında qalib olsa da, dövlət təşkilatları kodları Maliyyə Nazirliyindən alıb bizə təqdim edə bilmədiyindən, həmin kotirovkalar ləğv olunurdu”.

Xatırladaq ki, "Neuron Technologies” şirkətinin prezidenti İsmayıl Ələkbərov 2019-cu ildə də oxşar açıqlama ilə çıxış etmişdi.
Mənbə: Turan.az
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib