Gömrük hospitalı da əcaib qanunlarla işləyir - İDDİA
Sosial
Oxunub: 283
20 may 2020 | 22:22
Gömrük hospitalı da əcaib qanunlarla işləyir - İDDİA


Karantin dövründə xarici ölkələrə uçuş olmadığından daha ciddi müayinələr üçün xaricə gedən vəzifəli məmurlarımızın adları son vaxtlar “Gömrük xəstəxanası”ndan gəlir.
Əcəba, bu xəstəxana o qədərmi yüksək səviyyəlidir ki, canını hər şeydən çox sevən oliqarxlarımız da oraya üz tutmağa başlayıblar?

Məlumat üçün bildirək ki, “Gömrük xəstəxanası” “Kaspar” kimi tanınan məşhur xəstəxananın yaxınlığında yerləşir. Hospital 2007-ci ilin dekabrında fəaliyyətə başlayıb. Bu hospital DGK-nın strukturlarına əlavə edilib. Prezidentin 2004-cü ildə imzaladığı fərmana uyğun olaraq gömrük orqanlarına xidmətə qəbul olunan əməkdaşların sağlamlıq vəziyyətinin müəyyən edilməsi, gömrük əməkdaşlarının tibbi xidmətə ehtiyaclarının ödənilməsi və tibbi təminatının yaxşılaşdırılması məqsədilə inşa edilib. O, ən müasir sağlamlıq ocaqlarından biri hesab olunur. Hospitalda quraşdırılmış avadanlıq əsasən Almaniyanın və digər Avropa ölkələrinin istehsalıdır.
Ancaq burdakı qiymətlər aşağı təbəqə üçün əlçatmazdır. İstər Kəmalədin Heydərovun, istərsə də Səfər Mehdiyevin vaxtında fərq etmir- bahalıq və korrupsiya bu hospitalın vizit kartıdır.

Hospitalda pulsuz heç nə etmək istəmirlər. Xatırlayırsınızsa bir dəfə qalmaqal da qopmuşdu.
İcbari Tibbi Sığortanın göndərişi ilə gələn xəstəni müalicə etməkdən boyun qaçırmışdılar.
“İcbari Tibbi Sığortanın göndərişi ölüm ayağında gətirdiyimiz bacım Ülviyyəni Mərkəzi Gömrük Hospitalı qəbul etmədən geri qaytardı”.
Bunu Bizimyol.info saytına açıqlamasında Yevlax rayon sakini Telman Sadıqov demişdi. O bildirirdi ki, 2014-cü ildə ondan bacısına orqan transpalnasiyası yolu ilə qaraciyər köçürülüb. “Bacım Ülviyyə Sadıqovanın əməliyyatına 100 min dollarədək xərc çəkilib. Nə qədər bankdan kredit götürdük. Xeyirxah insanların da maddi yardımı ilə orqan köçürməsi baş tutdu. Buna görə də bacısıma I qrup əlillik dərəcəsi verilib. Bundan sonra həm əməliyyatı edən həkim tərəfindən, həm də Yevlax Mərkəzi Xəstəxanası tərəfindən nəzarətdə olub. Ancaq bu qədər ciddi əməliyyat kerçirən xəstəyə qarşı Yevlax xəstəxanasında etinasız yanaşırdılar. Vəziyyəti kəskin pisləşdikdən sonra digər xəstəxanalara göndərişlər verildi. Amma artıq gecdir və məlum olur ki, vəziyyət həddindən artıq pisdir, qarnına su yığılmağa başlayıb”.
T.Sadıov bildirir ki, bu gün ( 2019-cu il-red) İcbari Tibbi Sığorta tərəfindən Mərkəzi Gömrük Hospitalına göndəriş verilib və səhər saat 9-dan təcili yardım maşını ilə onu Gömrük Hospitalına çatdırıblar. “Ölüm ayağında olan xəstə saatlarla gözlədikdən sonra hospital qəbul etmədi və onu yenidən təcili yardım maşını ilə rayona qaytardılar. Bildirdilər ki, onun problemi hospitala aid deyil. Amma orqan köçürən həkim Mircəlal Kazımi də burada işləyir və ondan başqa heç kim müalicə etmir. Ancaq buna baxmayaraq, xəstəni geri qaytardılar”.
Gundelik-baku.com bildirir ki, 2018-ci ildə isə hospitalın iranlı cərrahı Cahani Mohammad həbs edilmişdi.Onun evindən axtarış zamanı çoxlu sayda qeydiyyatdan keçməmiş dərman və kosmetik preparatlar aşkarlanıb götürülmüşdü.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev,Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Gömrük Hospitalının əməkdaşı Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclaslarında da maraqlı faktlar üzə çıxmışdı.
Prosesdə Gömrük Hospitalının Planlama və marketinq şöbəsinin müdiri Leyla Mustafayeva şahid qismində ifadə verərkən demişdi ki, aylıq məvacibinin 170 manatını kartla, 1000 manatını isə nağd şəkildə alıb: "Hospitalda həkimlər aylıq 10 min, 20 min, 60 min, 90 min maaş alırlar. Orada ən çox cərrahlara maaş verilir".
Azərbaycanda bu məbləğdə maaşları təsəvvür edirsiz? O pula öyrəşmiş cərrah kasıbı əməliyyat edərmi?
Ona görə bu hospitalda qiymətlər əl yandırır.

P.S. Arada hospitalın girişindəki lövhəyə əl gəzdirin, hərflər düşüb. Onlar da bu bahalığa etiraz edir deyəsən.
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh