Nazirlikdən 23-30 maydakı qeyri-iş günləri ilə bağlı izahat
Sosial
Oxunub: 263
20 may 2020 | 12:25
Nazirlikdən 23-30 maydakı qeyri-iş günləri ilə bağlı izahat


“Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarının tətbiqi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi izahat açıqlayıb.

İzahatı təqdim edirik:

“Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarı ilə Ramazan bayramı və xüsusi karantin rejimi ilə əlaqədar olaraq iş və istirahət günlərinin ardıcıllığının təmin edilməsi məqsədilə həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 2020-ci ilin 23-30 may dövrü üçün bayram, istirahət və əmək haqqı saxlanılmaqla qeyri-iş günləri müəyyən edilib.

Bununla əlaqədar olaraq əmək haqqı ödənişlərinin düzgün aparılması üçün iş vaxtı tabellərində həmin günlər aşağıdakı kimi qeyd edilməlidir:




Tarixlər




Beşgünlük iş həftəsi




Altıgünlük iş həftəsi



23 may İstirahət günü




Ödənişli qeyri-iş günü


(xüsusi iş(əmək) rejimi ilə bağlı)

24 may Bayram günü Bayram günü
25 may Bayram günü Bayram günü
26 may İstirahət günü İstirahət günü
27 may İstirahət günü İstirahət günü
28 may Bayram günü Bayram günü
29 may Ödənişli qeyri-iş günü


(xüsusi iş(əmək) rejimi ilə bağlı)

Ödənişli qeyri iş günü(xüsusi iş(əmək) rejimi ilə bağlı)
30 may İstirahət günü Ödənişli qeyri-iş günü


(xüsusi iş(əmək) rejimi ilə bağlı)

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarının 2.2-ci bəndinə əsasən 2020-ci ilin istehsalat təqvimi dəyişmədiyi üçün 2020-ci ilin may ayı üzrə aylıq iş vaxtı norması, eləcə də 2020-ci il üzrə orta aylıq iş vaxtı norması, həmçinin bundan irəli gələrək saatlıq (gündəlik) tarif (vəzifə) maaşları əmək haqlarının hesablanmasında dəyişdirilmir. Qərarla 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirildiyi və 27 may tarixi qısaldılmış iş günü olduğu üçün Qərarın 2.2-ci bəndi nəzərə alınmaqla 2020-ci ilin 31 may tarixi qısaldılmış iş günü olacaqdır.

Fasiləsiz xidmət sahələrində istehsalat zərurəti ilə əlaqədar olaraq beşgünlük və altıgünlük iş həftəsində çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarı ilə müəyyən edilmiş qeyri-iş günlərində (29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri) işə cəlb edildikdə xüsusi əmək (iş) rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq,həm dövlət büdcədən maliyyələşdirilən, həm də özəl sektorda işləyənlərə həmin günlər üçün əlavə əmək haqqının və ya istirahət gününün verilməsi nəzərdə tutulmur. Özəl sektorda həmin günlərə görə əlavə əmək haqqının və ya istirahət gününün verilməsi məsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsi rəhbər tutularaq işəgötürənin mülahizəsi əsasında əmək normalarının yaxşılaşdırılması halı olaraq baxıla bilər.

Növbəli iş rejimində çalışan işçilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 may tarixli 177 nömrəli qərarı ilə müəyyən edilmiş qeyri-iş günlərində (29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri) işlədikdə həm dövlət büdcəsindən maliyyələşdirilən, həm də özəl sektorda işləyənlərə həmin günlər üçün əlavə əmək haqqının və ya istirahət gününün verilməsi nəzərdə tutulmur.Özəl sektorda həmin günlərə görə əlavə əmək haqqının və ya istirahət gününün verilməsiməsələsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsi rəhbər tutularaq işəgötürənin mülahizəsi əsasında əmək normalarının yaxşılaşdırılması halı olaraq baxıla bilər.

Xüsusi iş(əmək) rejimi ilə əlaqədar müəyyən edilmiş qeyri iş günləri ilə əlaqədar nəzərə alınmalıdır ki, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur”. /Avropa.info/
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB