“Ola bilsin ki, növbəti ildə də dərslər başlamasın” — AÇIQLAMA
Sosial
Oxunub: 606
9 may 2020 | 00:00
“Ola bilsin ki, növbəti ildə də dərslər başlamasın” — AÇIQLAMA


Hazırda bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası səbəbilə tədris prosesi dayandırılıb.
Təhsil naziri Ceyhun Bayramov tədris prosesinin iyunun 1-də də bərpa olunmayacağını, dövlət bağçalarının yay mövsümündə işləməyəcəyini bildirib.

Şagirdlər sinifdən-sinfə 1-ci yarımilin qiymətləri nəzərə alınaraq keçiriləcək, yəni qiymətləndirmə də aparilmayacaq.

Anlaşılan odur ki, tədris prosesinin bərpası növbəti tədris ilinə qalacaq.

Maraqlıdır, əgər koronavirusla bağlı vəziyyətdə yaxşılığa doğru ciddi dəyişiklik olmasa, yaxud gözlənildiyi kimi ikinci dalğa başlayarsa, tədris prosesinin sentyabrn 15-də də başlamamaq ehtimalı varmi?
Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə virusun epidemioloji xüsususiyyətlərinin bəlli olmadığı üçün vəziyyətin nə vaxtadək davam edəcəyini heç kəsin bilmədiyini söyləyib:

"Heç kim dəqiq deyə bilməz ki, koronavirus nə qədər davam edəcək. Onu zaman göstərəcək. Bu, yeni virusdur, haqqında konkret nəsə demək olmaz. Virusun epidemioloji xüsusiyyətləri də hələlik bəlli deyil".

Bu barədə açıqlamasında təhsil eksperti Kamran Əsədov isə bildirib ki, əgər koronavirusla bağlı vəziyyət gərginləşərsə, o zaman növbəti tədris ili başlamaya bilər:

"Bu, bir dünya müharibəsidir. Nə vaxt bitəcəyi bilinmir. Dünya təcrübəsinə baxaq. Birinci Dünya Müharibəsi 1914-cü ildə başladı, 1918-ci ildə bitdi. İkinci Dünya Müharibəsi 1941-ci ildə başladı, 1945-ci ildə bitdi. Yəni heç kim bu müharibənin nə zaman bitəcəyini proqnozlaşdıra bilməz. Sadəcə, ehtimallar var. Yoluxmaların və həyatını itirənlərin sayı çox olarsa, təbii ki, növbəti tədris ilində də dərslərin başlanmasında müəyyən fasilələr ola bilər. Amma bu, indiki kimi olmayacaq. Sadəcə aidiyyatı orqanlar böhran vəziyyətində idarəetmə ilə bağlı “yol xəritəsi” çıxartmalıdır. Bəli, bu gün televiziya vasitəsilə virtual dərslər keçirilir, amma əhatəlik yoxdur. Bu gün 1,6 milyon şagird təhsil alırsa, onların yalnız 800 minə qədəri elektron resurslara qoşulub. Virtual dərslərdə isə bütün dərslər tədris olunmur. Elektron resurslar ancaq bilik verir, onları psixoloji hazırlamır. Vəziyyət yaxşı olmazsa, ola bilsin ki, növbəti ildə də dərslər başlamasın. Yəni pandemiya davam edərsə, orta məktəblərin növbəti ildə açılması sual altında olacaq. Belə olduqda bizim A, B, C planımız olmalıdır. Buna uyğun hərəkət etməliyik".Cebhe.info
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"