Özəl Klinika dövlətin karantin dövründə ayırdığı pulu xərcləyib işçilərə pul vermir-VERGİLƏR Nazirliyinin diqqətinə
Sosial
Oxunub: 299
8 may 2020 | 12:44
Özəl Klinika dövlətin karantin dövründə ayırdığı pulu xərcləyib işçilərə pul vermir-VERGİLƏR Nazirliyinin diqqətinə

Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planına əsasən, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən sahibkara dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilib. Dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülüb.
Fərdi sahibkarlar, yəni VÖEN şəhadətnaməsi alaraq fəaliyyət göstərən fiziki şəxslər üçün iki istiqamətdə yardım nəzərdə tutulub. Onlardan biri işçiləri olan fərdi sahibkarlara işçilərinin əmək haqlarının və məcburi sosial ayırmaların ödənilməsinə dəstək məqsədi daşıyır. Digəri isə işçisinin olub-olmamasından asılı olmayaraq fərdi sahibkarın özü üçün nəzərdə tutulub.
Lakin dövlət dəstəyindən yararlanmaq istəyən fərdi sahibkarlar arasında yaranan fürsətdən sui-istifadə çalışanlar var.
Azerinfo.tv-yə məlumat verilib ki, “Atetik Lave” adlı klininkanın rəhbərliyi dövlətin işçilər üçün ödədiyi pulu xərcləyib. Yəni işçilərə pul ödəməkdən imtina edib.
Əvvala qeyd edək ki, bu klinikanın adı tez-tez dəyişir. Əvvəllər “VIP Style Estetik Klinika” adı altında fəaliyyət göstəriblər.
Ancaq ünvan adları tez-tez dəyişsə də eynidir- Koroğlu Rəhimov küçəsi 47.
Məlumat verən mənbə bildirir ki, klinika əsasən kosmetoloji xidmətlər göstərir və kosmetoloji vasitələrin satışını həyata keçirir.
Onun dediyinə görə əvvəl əmək müqavilələrində adları satış mütəxəssisi kimi gedirmiş. Aprelin 18-də dəyişdirib hamıda kosmetoloq yazıblar. Nə məqsədlə rəhbərlik bunu edib bilinmir. İzah verilməyib. Əmək müqavilələrinin surətləri də işçiyə verilmir.
Maaşlar da iki cür ödənir. Məsələn işçiyə verilən 500 manatın 250 manatı nəğd verilir. 250 manatı kartına oturulur. Yəni rəsmi olaraq ödənilən məvacib 250 manatdır. Yaqin ki, dövlətə ödəniləcək vergidən yayınmaq üçün. İşçilər yarımştat kimi qeyd olunur. Karta pullar “Azturbank” vasitəsilə köçürülür.
Karantin başlayandan isə həmin o 250 manatlıq rəsmi hissə azalıdılıb 135 manat olub. Yəni karta 135 manat köçürülür.
Klinika dövlətin yardımından yaralanıb. Ancaq klinika rəhbərliyi bu puldan bütün işçilərə verməyib. O işçilərin ki, kartı VÖEN-lədir ona 250 manat otuzdurulub. Adi kartı olanlara qəpik də verilməyib. Deyilib ki, klinika bu vəsaiti biznesinin işinə xərcləyib. Kim razı deyilsə 250 manatı alıb işdən çıxa bilər.
İşi itirmək qorxusunda heç kim dinməyib. Məsələ qırağa çıxsa da hamının ixtisara düşcəyi ilə bağlı hədə gələnib.Qeyd edək ki, klinikanın sahibi Aydın Cəfərov adlı şəxdir.
Vergilər Nazirliyinin sahibkarlara dəstək mexanizmi ilə bağlı yaydığı məlumatda qeyd olunmuşdu ki, bank tərəfindən ayrılan maliyyə dəstəyi vəsaitinin yalnız əmək ödənişləri üzrə köçürülməsinə icazə verilir. Vergi ödəyiciləri bu vəsaitlərdən hər hansı digər məqsədlər üçün istifadə edə bilməzlər və bu məsələyə ciddi nəzarət olunacaq.
Bu faktı Vergilər Nazirliyinin diqqətinə çatdırmağı borc bilirik.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"