Məmurların əcnəbi inək sevgisi yerli heyvanların “bəxtini bağlayır” - “Büdcə pullarının mənimsənilməsində maraqlı olanlar...”
Sosial
Oxunub: 293
7 may 2020 | 18:21
Məmurların əcnəbi inək sevgisi yerli heyvanların “bəxtini bağlayır” - “Büdcə pullarının mənimsənilməsində maraqlı olanlar...”


Ölkəmizdə kənd təsərrüfatına böyük ümidlər yaranmağa başlayıb. Ancaq Azərbaycanın kənd təsərrüfatı məhsullarının heç daxili tələbatı ödəyə bilmədiyini nəzərə alsaq, bu ümidlərin hələ doğrulmayacağı aşkardır. Bu sektoru inkişaf etdirmək üçün fermerlərə damazlıq mal-qaranın alınması üçün dövlət tərəfindən subsidiyalar (ümumi vəsaitin 60 faizi məbləğində) verilir. Fermerə vəsaitin 25 faizi avans şəklində ödənilir, qalan hissəsini isə banklar kredit şəklində tərtib edir. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi yerli fermerlər üçün məhsuldar cinsdən olan heyvanların xarici ölkələrdən gətirilməsinə maraq göstərir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun AYNA-ya dediyinə görə, son 5-6 il ərzində Azərbaycana başqa ölkələrdən damazlıq mal-qara gətirilib, lakin heyvandarlıqda müsbət dəyişikliklər müşahidə olunmayıb: “Mal-qara dövlət tərəfindən fermerlərə pulsuz olaraq paylansa da, heç bir şey dəyişməyəcək. Yetərli və yüksək keyfiyyətli yem bazası yoxdursa, heyvanlara qulluq üçün müvafiq standartlar mövcud deyilsə, ən yaxşı cinslərlə belə, heyvandarlıqda hər hansı bir irəliləyiş mümkün deyil. Respublikada baytarlıq xidməti çox zəifdir, inkişaf etmiş ölkələrdə olan seleksiya bizdə yoxdur, mütəxəssis çatışmazlığı var. Nailiyyət əldə etmək üçün kompleks tədbirlər görmək lazımdır”.

Məhərrəmov avtomobil sənayesindən nümunə gətirib: “Azərbaycanda avtomobillər yığılır, lakin bütün hissələri xaricdən gətirilir və nəticədə istehsal baha başa gəlir. Eyni şey heyvandarlığa da aiddir – heyvanlar, eləcə də dərmanlar başqa ölkələrdən gətirilir, hətta yem, saman kimi hər bir ehtiyacı xaricdən alınır. Belə şəraitdə rəqabətqabiliyyətli məhsullar barədə necə danışmaq olar?”.

“Heyvanların idxal edildiyi ölkədə olduğu kimi eyni şərait yaradılmasa, idxalın mənası nədir? Məsələn, İsraildə bir inək ildə 12 tona qədər süd verə bilir. Onu buraya gətirsək, eyni nəticə olmayacaq, çünki İsraildəki kimi qulluq edə bilməyəcəyik heyvana. Üstəlik, başqa bir ölkədə yetişən, böyüyən, oranın təbiətinə uyğunlaşan heyvanlar Azərbaycanda eyni nəticəni verə bilməz”, - ekspert bildirib.

Həmsöhbətimiz hesab edir ki, ən yaxşı variant yerli cins heyvanların yetişdirilməsidir: “Yerli cinslər düzgün bəslənilsə, nəticə heç də pis olmaz. Niyə öz ölkənizdə heyvandarlıqla məşğul olmursunuz? Belə bir vəziyyətdə xaricdən bir neçə yüz baş yerinə 10-15 baş heyvan gətirmək kifayət edər. Büdcə pullarının mənimsənilməsində maraqlı olanlar xaricdən inək, keçi, qoyun idxalı üçün canfəşanlıq edirlər. Son illərdə 40 min başa yaxın inək idxal edilib. Bu heyvanların artımını da hesablasaq, məlum olur ki, Respublikada 300-400 min baş belə heyvan var”.

Qeyd edək ki, fermerlər dövlətdən təkcə damazlıq mal-qaranın alınmasına deyil, həm də kənd təsərrüfatı texnikasına görə dotasiya alırlar, bu isə xərcin 40%-ni təşkil edir. V.Məhərrəmovun fikrincə, istehsalçıların özlərini Azərbaycana gətirsələr, daha yaxşı olar: “Belə bir sistem Baltikyanı ölkələrdə fəaliyyət göstərir. Əgər Belarusda, Rusiyada, Çində, Avropada kənd təsərrüfatı texnikası istehsal edən fabriklərin Azərbaycanda nümayəndəlikləri açılsaydı, onda fermerlər özləri üçün maraqlı olanı seçə bilərdilər. Zavod özü məhsulunu fermerlərə satacağı təqdirdə, birbaşa onlara cavabdeh olacaq. Seçim əla, keyfiyyət yüksək, qiymətlər normal olacaq. İndi isə sifarişçi, daha doğrusu, inhisarçı ondan tələb edir, o da istəniləni yerinə yetirir”.

“İndi isə inhisarçılara yaxın bəzi şirkətlər tərəfindən texnika gətirilir ölkəyə. Monopolistlərin özləri fabriklərdən razıdırlar, bu yolla böyük qazanc əldə edəcəklərini bilirlər. Üstəlik, çox vaxt ucuz avadanlıqları alıb, burada baha satırlar. Bu da daha keyfiyyətsiz material deməkdir”, - mütəxəssis vurğulayıb.
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"