General oğlu 4.5 milyon manatlıq əmlaka hərracda 305 min manata sahib olub
Sosial
Oxunub: 316
6 may 2020 | 15:45
General oğlu 4.5 milyon manatlıq əmlaka hərracda 305 min manata sahib olub


Aprel ayında prezidentin sərəncamı ilə əfv olunan keçmiş MTN generalı Sübahir Qurbanovun oğlu Erkin Qurbanzadə adına olan əmlakın həbsdən azad olunması ilə bağlı atasından məhkəməyə şikayət edib.

Nəsimi Rayon Məhkəməsi iddianı təmin etmədiyi üçün o, Bakı Apellyasiya Məhkəməsinə şikayət edib və iş araşdırılması üçün hakim Azad İmanovun icraatına verilib.

Qeyd edək ki, keçmiş MTN generalları həbs olunanda özlərinin və yaxın ailə üzvlərinin adlarına olan əmlakların üzərinə həbs qoyulmuşdu. Belə ki, “MTN işi” gedən zaman Cəmşid Novruzov adlı zərərçəkən bildirib ki, Bakı şəhərinin mərkəzində, “Zabitlər bağı”nda yerləşən və “Royal Bank”ın mərkəzi ofisinin köçürülməsi məqsədilə tikilmiş 3 mərtəbəli bina ona məxsusdur, lakin müxtəlif yollarla əlindən alınıb və təqsirləndirilən Sübahir Qurbanovun oğlu Erkin Qurbanzadə tərəfindən mənimsənilib. Ancaq təqsirləndirilənin vəkilləri zərərçəkmişin Bakı şəhəri, Mərdanov qardaşları, 94A ünvanında yerləşən binaya, ümumiyyətlə, heç bir aidiyyatı olmadığını bildirmişdilər.

Belə ki, bir vaxtlar C.Novruzovun atası Şövqi Novruzova icarə əsasında verilmiş həmin torpaq sahəsinin sənədlərinin də hazırda hansı vəziyyətdə olduğu məlum deyil. Bu sahədə tikilmiş binanın isə mülkiyyətçisi olaraq “Royal Bank”ın digər işçisi göstərilir və həmin bina ona etibarnamə ilə bankın sahibi Əli Cam tərəfindən verilib. Sonradan bina 305 min manata hərrac yolu ilə Erkin Qurbanzadəyə satılıb. S.Qurbanov C.Novruzovun 4,5 milyon manat dəyərində olan üçmərtəbəli qeyri-yaşayış obyektini sabiq vəkili Valeriy Vəliyev və Elçin adlı şəxsin vasitəsi ilə oğlu Erkin Qurbanzadənin adına keçirməyə müvəffəq olub.

S.Qurbanovun vəkili V.Vəliyev C.Novruzovun əmlakı ilə bağlı saxta sənəd düzəldərək, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı Şəhər Ərazi İdarəsinə (BŞƏİ) ərizə ilə müraciət edib. 2012-ci ilin sentaybr ayının 14-də həmin idarənin qərarı ilə ərizənin icrası qeyri-mümkün hesab edilib. Daha sonra V.Vəliyevlə S.Qurbanovun tanışı ilə birgə ƏMDK yanında DƏDRX-nin BŞƏİ-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutublar. 2013-cü ilin fevral ayının 13-də məhkəmənin qəraına əsasən, ƏMDK yanında DƏDRX-nin BŞƏİ S.Qurbanovun tanışının adına çıxarış verib. Bundan bir müddət sonra S.Qurbanovun tanışı həmin əmlakı həraca çıxarıb. O, saxta yolla əldə etdiyi əmlakı hərrac yolu ilə 300 min manatdan 1 milyon 200 min manat arasında satmaq niyyətində olduğunu bəyan edib (halbuki əmlakın bazar dəyəri 4,5 milyon manat olub). S.Qurbanovun oğlu E.Qurbanzadə isə həmin əmlakı 305 min manata alıb. 2013-cü ilin aprel ayının 25-də S.Qurbanovun tanışının satdığı əmlaka E.Qurbanzadə öz adına çıxarış almağa nail olub. (yenisabah.az)
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest