Maliyyə amnistiyası verilərsə, Rəsul Quliyevə də şamil olunacaq? - "Müxtəlif versiyalar olmalıdır..."
Sosial
Oxunub: 292
6 may 2020 | 18:53
Maliyyə amnistiyası verilərsə, Rəsul Quliyevə də şamil olunacaq? - "Müxtəlif versiyalar olmalıdır..."


Gələn həftə Milli Məclisə maliyyə amnistiyası haqqında sənəd daxil olacaq.

Azərbaycanda zaman-zaman maliyyə amnistisiyasının verilməsi ilə bağlı təkliflər səsləndirilib. Təkliflərə görə, gizli iqtisadiyyatla mübarizə sahəsində səmərəliliyin əldə edilməsi üçün maliyyə amnistiyasının verilməsi zəruridir.

Maraqlıdır, maliyyə amnistiyası barədə qərar qəbul olunarsa, kimlərə şamil olunacaq?

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Fazil Mustafa Cebhe.info-ya açıqlamasında ilk növbədə bu sənədin kimlərə və nəyə görə şamil ediləcəyinin öyrənilməli olduğunu deyib:

“Amnistiya aktı çox ciddi sənəddir. Müxtəlif versiyalar olmalıdır, bununla gərək tanış olaq. Hər halda müsbət məsələdir. O baxımdan ki, əvvəllər hansısa maliyyə məsələsinə, yaxud mənbəyi bəlli olmayan yollarla vəsait əldə etmiş şəxslərin mənbəyi göstərə bilmədiyinə görə iqtisadi həyatda iştirak problemi vardı. Çox güman ki, buradan qaynaqlanan sənəd ola bilər”.

Maliyyə amnistiyasının ABŞ-da siyasi mühacir həyatı yaşayan Rəsul Quliyevə şamil olunma ehtimalına gəlincə, deputat belə deyib:

“Əslində bilmirəm ki, Rəsul Quliyev əlahiddə fiziki şəxs kimi, yaxud sahibkar kimi nəzərdə tutulub, ya yox… Bu qayda konkret şəxsə görə verilmir. Ona görə də gözləmək lazımdır ki, hansı kateqoriyadan olan şəxslərə, digər subyektlərə amnistiya şamil olunacaq”.

Məlumat üçün bildirək ki, maliyyə amnistiyası əvvəllər gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının tam və ya qismən leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsi, ölkə ərazisindən çıxarılaraq xarici banklarda və şirkətlərdə saxlanılan qeyri-leqal kapitalın geri qaytarılması və əvvəllər yaranmış vergi-borc öhdəliklərinin bağışlanması üçün iqtisadi şəraitin yaradılmasına yönəlmiş bütün inzibati-hüquqi və sosial-iqtisadi tədbirlərin məcmusu kimi ifadə edilir. Təcrübədə maliyyə amnistiyalarının əhatə dairəsinə görə tam və ya qismən həyata keçirildiyinə təsadüf olunur. Tam amnistiya iqtisadiyyatın bütün sahələrində və hər növ əməliyyatlara şamil edilir. Həmçinin bu zaman amnistiya kriminal iqtisadi fəaliyyətlərdən əldə edilən gəlirləri də əhatə edir. Qismən amnistiya isə subyektlər üzrə, həmçinin iqtisadiyyatın bu və ya digər sahələrinə münasibətdə seçmə yolla həyata keçirilir. Maliyyə aministiyası proqramları inkişaf etmiş ölkələr (İEÖ) və inkişaf etməkdə olan ölkələr (İEOÖ) üzrə də fərqli xüsusiyyətlər kəsb edir. Belə ki, İEÖ-də gizli iqtisadiyyat kütləvi xarakter daşımadığından, əsasən vergidənyayınma formasında təzahür etdiyi üçün maliyyə amnistiyaları da demək olar ki, vergi məsələlərini əhatə edir və çox vaxt da “vergi amnistiyası” adlandırılır. İEOÖ-lər, xüsusilə postsovet məkanında isə gizli iqtisadiyyatın bütün formalarına rast gəlindiyindən bu tipli amnistiyalar da çox vaxt vergilərlə yanaşı, əmlakı, gəliri, fəaliyyəti, fəaliyyət subyektlərini və s. əhatə edir.
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər