Tutulan kilkələrdi, akulaları ovlamaq lazımdır...
Sosial
Oxunub: 290
4 may 2020 | 19:20
Tutulan kilkələrdi, akulaları ovlamaq lazımdır...


DTX-nın rüşvətxor və talançı məmurlara qarşı həyata keçirdiyi əməliyyatlar cəmiyyətdə bayram ovqatı yaradıb. Müsəlman ölkəsi olan Azərbaycanda insanlar İlahi ədalətin qələbə çaldığına inanmağa başlayıblar.

Xeyirlə Şər arasında gedən mübarizənin simvoluna çevrilən qara maskalı oğlanı indi ölkənin dörd bir tərərində səbirsizliklə gözləyirlər. Axı hər rayonun öz Mahir Quliyevi var...

Ortada siyasi iradə var. Rüşvətxor və korrupsioner məmurlara qarşı mübarizə bundan sonra da davam edəcək. Çünki həmin adamlar xalqın nifrətini, komanda yoldaşlarının məzəmmətini qazanıblar. Loru dildə desək, onlar “iqtidarı biabır edən məmurlar” kateqoriyasına daxildir.

Çoxlu sayda gənc və perspektivli YAP-çı tanıyıram. Onları Əhəd Abıyevlə tərəzinin eyni gözünə qoymaq Allahsızlıq olardı. Yoxsul ailələrə çatmalı olan ərzağı acgözlüklə mədəsinə təpişdirən Mahir Quliyev onlarla eyni sırada dayanmağa layiq deyil. Bir neçə xarici dil bilən, yaxşı təhsil alan, ağa ağ, qaraya qara deməyi bacaran həmin gənclərlə indi məhbəs həyatı yaşayan Ağstafanın, Yevlaxın, Neftçalanın icra başçılarının heç bir ortaq tərəfi yoxdur.

Prezidentin etibarından sui-istifadə edən, cəmiyyətin sağalamz yarası, hakimiyyətin üz qarası olan həmin adamların cəzalandırılması sosial sifarişdir. Əvvəllər də yazdığım kimi, xalq qara maskalı oğlanın güclü əllərini rüşvətxor, korrupsioner məmurların xirtdəyində görmək istəyir. Bizə düşən “qoluna qüvvət” deməkdir.

Kağız üzərində mövcud olan “Naxçıvan” adlı universitetin diplomunu əlli yaşında əldə edib, vəzifə pillələrini sürətlə dırmanmaq təkcə bəxtin yüyrək olmasıyla bağlı deyil. Aydın məsələdir ki, bu adamların hamısının kürəyində “güclü əl” dayanıb. İki ayağının üstündə güclə dayanan bu şəxslərin uzun illər məsul vəzifələrdə duruş gətirməsi həmin əlin sayəsində mümkün olub. Cəmiyyət o əli görmək istəyir. Bu cür yaramaz kadrları xalqa sırıdığı üçün orta məktəb şagirdi olan qızımın xətkeşi ilə həmin əli döyəcləmək istəyirəm...

Biz kiçik kollektivimizə bir işçi götürəndə, beş adama zəng vurub araşdırırıq. İndi zamin olmadan heç kimi işə qəbul etmirlər. Ola bilməz ki, 97 şagirdi olan kiçik bir məktəbin direktorunu işə götürəndə bir ay araşdırsınlar, amma böyük bir rayona rəhbər təyin olunan adamın soy-kökünü öyrənməsinlər, savadını, dünyagörüşünü sınaqdan keçirməsinlər. Günün sualı budur: Ağstafanın, Yevlaxın, Neftçalanın, Biləsuvarın indi həbsdə olan icra başçılarını ölkə rəhbərinə kim təqdim edib? Bu adamlara kim zamin durub? Niyə həmin adamın kadrları bir-birinin ardınca lax yumurta kimi zay çıxır?

Pandemiya dünyada 130 milyondan çox insanı işsiz qoyub. Azərbaycanda da iş yerini itirən, bir tikə çörəyə möhtac olan minlərlə insan var. Elə adam var ki, koronavirusdan əvvəl də yeməyə çörək tapmırdı. Çünki çörək almaq üçün lazım olan pulu rüşvətxor məmurlar ciblərinə doldururdular. Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün minlərlə yeni iş yeri açılsa da, Mahir Quliyev kimi yaramaz adamlar həmin iş yerlərinin maaş katlrarını seyflərində gizlədiblər. Bu adamların nəfsi üzündən insanlar gözlərini Bayram Nurlunun əlinə dikiblər. Təkcə bu amil onların qanun qarşısında ən sərt formada cəzalandırılması üçün kifayət edir.
Seymur VERDİZADƏ //yenisabah.az//
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib