Bu nazirlikdə dövlətin mövqeyi deyil, korporativ maraqlar əsas götürülür - İTTİHAM
Sosial
Oxunub: 290
4 may 2020 | 20:44
Bu nazirlikdə dövlətin mövqeyi deyil, korporativ maraqlar əsas götürülür - İTTİHAM


Beş aydır sivilizasiyanın kabusuna çevrilən COVİD-19 dövlətləri çökdürməkdə davam edir. Bəzi ölkələr, məsələn, Almaniya, Malayziya kimi dövlətlər hətta iqtisadiyyatlarını xilas etmək üçün karantin rejimini ləğv etmək qərarına gəliblər. BMT-nin FAO təşkilatının proqnozuna görə bu pandemiya dünyada ciddi ərzaq qıtlığı yaradacaq. Ehtimalların ölkəmizə necə təsir edəcəyini öyrənmək üçün Azərbaycana virtual səyahətə çıxdıq. Müşahidələrimiz isə heç də ürək açan olmadı. Çünki mart ayının ortalarından tətbiq edilən xüsusi rejim yaz əkini kampaniyasının pik vaxtına düşdü. Qərara əsasən fermerlər 40 gün evdə oturmaq məcburiyyətində qaldılar. Bu da yaz əkinlərinin ən azı keçikməsinə səbəb oldu.

Gecikmənin fəsadlarının aradan qalxması üçün indiki vaxtda Kənd Təsərrüfatı Nazirliyinin üzərinə çox böyük yük düşür. Çünki ölkənin ərzaq təhlükəsizlinin təminatında İqtisadiyyat Nazirliyi ilə bərabər bu qurumun da xüsusi payı var. Qeyd edək ki, son illər aqrar sektorun inkişafı üçün dövlət tərəfindən əsaslı dəstək proqramları hazırlanıb. Elə tək bir faktı deyək ki, son 17 ildə regionların inkişafı ilə bağlı 4 dövlət proqramı qəbul edilib. Bu istiqamətdə yüzlərlə milyon manat vəsait xərclənib. Bu tədbirlər hesabına ölkənin ərzaq təhlükəsizliyi əslində tamamilə təmin edilmiş olmalı idi.

Çox təəssüf ki, reallıq bunu demir. Əsas qida məhsullarına, eləcə də meyvə- tərəvəzə olan ehtiyacımızın xeyli hissəsi idxal hesabına ödənilir. Ən pisi də odur ki, idxal olunan məhsullarının həcmi ilbəil artır. Belə ki, 2018-ci ildə ölkəmizə 1 milyon 80 min ton buğda gətirilib. Ötən il isə bu rəqəm 1 milyon 585 min ton olub. Birdən-birə idxal 50 faizdən çox artıb. Yerli istehsalda isə elə bir müsbət dəyişilik görünmür. Belə ki, 2018-ci ildə respublikamızda 2 milyon 42 min ton buğda istehsal edildiyi halda, ötən il bu rəqəm 2 milyon 217 min ton olub. Bir ildə yerli istehsalda artım cəmi 10 faiz olduğu halda, idxalda bu rəqəm 50 faizdir.

Hələ onu demirik ki, yerli istehsalın hesabatında müəyyən şübhələr var. Hesablama metodologiyası əsasən verilən dövlət subsidiyalarına əsasən aparılır.Yəni xərclənən dövlət vəsaiti ilə istehsal edilən məhsul zorən uzlaşdırılır. Bura məhsuldarlığın hesablanması da aiddir.Çünki, Ümummilli liderin respublikamıza rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində kənd təsərrüfatının ən sürətli inkişaf etdiyi dövrdə belə taxılçılıqda bu qədər yüksək məhsuldarlıq qeydə alınmayıb. Yəni Zərdab, Ucar, Biləsuvar və yaxud Lerikdə 30 sentner buğda əldə edilməsi indiki vaxtda reallıq deyil, xoş bir arzudur. Digər məhsulların idxal və istehsal vəziyyəti də ürəkaçan deyil.

Məsələn, 2018-ci ildə ölkəmizə 47 min 399 ton, 2019-cu ildə isə 51 min 546 ton ət idxal edilib. İdxalda son bir ildə 10 faiz artım olub. Ölkəmizdə isə 2018-ci ildə 556 min ton, ötən il isə 573 min ton ət istehsal olub. Artım cəmi 3 faiz. Meyvə-tərəvəzi götürək. 2018-ci ildə 303 min 2 ton,2019-cu ildə isə 345 min 741 ton meyvə tərəvəz idxal olunub. Fərq 17 faizdən çoxdur.

Yerli istehsalda isə son iki ildə 4 faiz azalma qeydə alınıb. Ümumilikdə, 2018-ci ildə yeyinti məhsullarının idxalı üçün xarici ölkələrə 1 milyard 370 milyon 596 min ABŞ dolları, ötən il isə 1 milyard 666 milyon 237 min dollar valyuta axıdılıb. Tək bir ildə təxminən 500 milyona manata yaxın artıq vəsait ölkədən gedib. Yəqin ki, Kənd Təsərrüfatı Nazirliyi yerli istehsalı stimullaşdıra bilsəydi, 500 milyona yaxın vəsait ölkəmizdə qalmış olardı. Ümumilkdə ötən il aqrar sektorun bir çox sahələrində geriləmə qeydə alınıb.

Məsələn, 2018-2019-cu illərlə müqayisədə pambıq istehsalı 24,5 faiz, şəkər çuğunduru istehsalı 14 faiz, tütün istehsalı 8 faiz, kartof istehsalı 4 faiz, ən nəhayət strateji məhsul sayılan buğda istehsalı 1,2 faiz azalıb.

Bundan əlavə, mal-qaranın baş sayında heç bir artım qeydə alınmayıb, əksinə xırda buynuzluların sayında 300 başa qədər azalma olub. Bu rəqəmlərin əksinə son iki ildə kənd təsərrüfatına dövlət dəstəyinin həcmi artıb. Təkcə subsidiyaları desək, məncə kifayət edər.

2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı üçün dövlət büdcəsində 342 milyon 824 milyon subsidiya ayrılıb. Ötən il isə bu vəsait 379 milyon 423 min manat olub. Bir ildə subsidiyaların həcmi 36 milyon 599 min manat artıb. Bəs nəticə niyə yoxdur? Nəyə görə əsas qida məhsulları üzrə ehtiyacların xeyli hissəsi yenə də ixrac hesabına ödənilib? Görünən odur ki, dövlət aqrar sektorun inkişafına zəruri dəstəyi göstərir.

Lakin bu dəstək Yardımlı, Gədəbəy, Qusar, Yevlax və digər bölgələrdəki fermerlərə layiqincə çatdırılmayıb. Bunun məsuliyyəti təbii ki, Kənd Təsərrüfatı Nazirliyinin üzərinə düşür. Dediklərimizin başqa bir sübutu da var. Hazırda ölkəmizin iri şəhərlərində, o cümlədən Bakıda kənd təsərrüfatı məhsullarının təminatında Nazirliyin payı nəzərə çarpmayacaq qədər azdır. Bütün marketlərdə və topdansatış məntəqələrinə məhsullar ölkəmizdəki aqroparklardan və xarici ölkələrdən daxil olur.

Aqroparklar isə İqtisadiyyat Nazirliyinin layihəsidir. Deməyim odur ki, regionlardakı fermerlər məhsullarını nəinki xarici bazara, heç iri şəhərlərə çıxarmaq imkanına malik deyil. Baxmayaraq ki, ölkə başçısı bu problemin həlli üçün bir-neçə il əvvəl kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı ASC adlı bir qurumun yaradılmasına sərəncam verdi. Lakin bu qurum qısa fəaliyyəti dövründə korporativ maraqlardan uzağa gedə bilmədi.

Əhalinin və dövlət qurumlarının kənd təsərrüfatı məhsullarına olan ehiyacları yerli istehsal hesabına deyil, idxal hesabına ödənilməsinə üstünlük verildi. Bunu görən ölkə başçısı bu qurumu Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verdi. Amma yenə də heç nə dəyişmədi. Bu gün ixracda və iri şəhərlərdəki ərzaq təminatında yerli fermerlərin payı 5-10 faizi keçmir.

Yeri gəlmişkən, bir həssas məqama da toxunmaq istəyirəm. Dövlət qurumları əhalinin ərzaq təminatında idxala daha çox üstünlük verir. Məsələn, Dövlət Taxıl Fondu hər il öz ehtiyaclarını yalnız idxal hesabına ödəyir. Səbəbini soruşanda isə deyirlər ki, yerli buğda Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab vermir. Eləcə də digər dövlət qurumları. Bu gün nəinki xəstəxanaların, körpələr evinin, elə cəza müəsissələrinin də ərzaq təminatında idxal məhsulları xüsusi pay sahibidir.Təbii ki, bu məsələdə yenə də dövlətin və Prezidentin mövqeyi deyil, korporativ maraqlar əsas götürülür. Bu isə xalqa və Dövlət Başçısına yumşaq desək, sədaqətsizlikdən başqa bir şey deyil. Ona görə də ölkəmizin ərzaq təhükəsizliyi sual altındadır. Bəs nə etməli? Təbii ki, bunun çox sadə yolu var.

Yerli istehsal stimullaşdırılmalıdır. Kəndliyə subsidiya deyil, kömək əli uzadılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi təcili olaraq hər bir torpaq sahibinin yanına getməli, ona istehsal edəcəyi məhulun alıcısı olduğunu söyləməlidir. Dövlətin ayırdığı subsidiyalar keyfiyyətsiz gübrələrə deyil, fermerin istehsal etdiyi məhsul əvəzinə ona ödənilməlidir.Tədarük edilən orqanik məhsullar isə asanlıqla Rusiya və digər bazarlara çıxarıla bilər və yaxud iri şəhərlərin bazarlarına ayaq açar.

Yəni bu gün dövlət fermerin dəstəkçisi deyil, tərəfdaşı kimi çıxış etməlidir. Məsələn, qonşu İranda dövlət aqrar sektoru stimullaşdırmaq üçün əsas ərzaq məhsullarını kəndlidən bazar qiymətlərinə alır. Sonra isə bu məhsulu 25-30 faiz ucuz qiymətə emalçıya və yaxud tədarükçüyə satır. Arada yaranan qiymət fərqini isə dövlət öz üzərinə götürür. Ona görə də uzun illərdir ki, iqtisadi blokadada yaşayan qonşu ölkədə ərzaq qıtlığı hiss olunmur. Təsadüfi deyil ki, cənub bölgəmizin əhalisinin ərzaq təminatında bu ölkədən idxal edilən məhsulların xüsusi çəkisi var.

COVİD-19 pandemiyasının vurduğu ziyanın bir qismini aradan qaldırmaq üçün Kənd Təsərrüfatı Nazirliyi günü bu gün fermerlərlə danışığa getməlidir. Çünki bostan və tərəvəz məhsullarının yenidən əkinini təşkil etmək üçün may ayının sonuna qədər vaxt var. Əks təqdirdə gözlənilən çox böyük ziyanların həcmini hesablamaq kimi acı bir reallıqla qarşılaşmaq məcburiyyətində qalarıq. //konkret.az//
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib