"Üstay" rəhbərliyi narazılıq yaradır - ETİRAZ
Sosial
Oxunub: 343
30 apr 2020 | 22:21
"Üstay" rəhbərliyi narazılıq yaradır - ETİRAZ


"Azərkimya” İstehsalat Birliyinin Etilen-Politilenn Zavodunun modernizasiya layihəsində çalışan Türkiyənin "Üstay” şirkətinin əməkdaşları etiraz edir. Onlar şirkətin binası önünə toplaşaraq pozulan hüquqlarının bərpasını tələb edilər. Bu barədə etiraz edən işçilər məlumat veriblər. Onlar COVİD-19 virusunun yayılması və karantin elan olunan gündən çalışdıqları şirkətin onların hüquqlarını pozduğunu söyləyirlər.

"Prezident çıxdı hamıya dedi ki, pandemiya dövründə müqaviləsi olan bütün işçilərin əmək haqları ödənməlidir. Lap virusa görə iş dayanmış olsa belə, fərq etmir, ödənməlidir. Ancaq bizim şirkət bir neçə işçini çalışdırıb, əmək haqqını ödəyir. Qalanlarını isə məzuniyyətə göndərib, qəpik-quruş verir”.

Şikayətçilər deyirlər ki, şirkətin yeni işçiləri var, onlar 3-4 ay əvvəl işə düzəliblər. Həmin işçilərin məzuniyyət haqları belə yoxdur. Deməli, onlara ödəniş olmayacaq: "Bu insanlar da 1-2 nəfər deyil. Bəs onlar ailələrini nə ilə dolandırmalıdırlar? Soruşanda da deyirlər ki, bəli, onlara məzuniyyət haqqı düşmür. Bəs onda bu insanlar nə etsinlər, onu deyən yoxdur. Həmin şəxslərin şirkətlə müqaviləsi olmasaydı, heç olmasa işsizlər üçün ödənən 190 manatı alardılar. Onu da ala bilmirlər, iş yerindən də gümanları qalmayıb. Hərəsinin evində azı 4 nəfər ailə üzvü var. Bu insanlar nə ilə dolanmalıdırlar?”

İşçilər deyirlər ki, bəzi əməkdaşlar ayın 28-dən işə çıxıb. Onları da aldadıblar. Əvvəlcə ikiqat əmək haqqı vəd ediblər. Sonra nə işləyəcəklərsə, onun pulunu verəcəklərini deyiblər: "Evdə qalıb, işə çıxmayanlarla bağlı da eyni şeyi deyirdilər. Əmək haqları ödənəcək. İndi də deyirlər ki, məzuniyyətə getsinlər. Lap məzuniyyətdə əmək haqqı ödənsə də, haqsızlıqdır. Hamı məzuniyyətini istədiyi vaxta, yaya, dincəlməyə xərcləmək istəyər. İndi məcbur hamımız evdə oturmuşuq. Şirkət bizim hüquqlarımızı hərtərəfli pozur”.

İşçilər deyirlər ki, şirkət problemlərindən xəbərdardır: "Bütün şikayətlərə cavab verirlər ki, guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynə məktub göndəriblər. Cavab gəlib ki, əmək haqqını verməyə bilərsiz, o zaman işçiləri məzuniyyətə göndərin. Ancaq məzuniyyəti olmayan adamların nə ilə dolanacağını demirlər. Hərtərəfli bədbəxt olmuşuq. Keçən dəfə şirkət rəsmisi bizə deyir ki, Prezidentin dediyi məsələ inşaat sektoruna aid deyil. Yəni işçilərin əmək haqqının verilməsi ilə bağlı dedikləri. İnşaat sektoru iş deyil? İnşaat sektorunda işləyənlər adam deyillər? Niyə Prezidentin dediyinin onlara aidiyyatı olmamalıdır? Danışanda, şikayət edəndə də deyirlər ki, sizi işdən çıxarıb, təzminat verməyəcəyik”.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi