DGK sədrinin kadrı necə mövqe qazanıb? - İDDİA
Sosial
Oxunub: 306
30 apr 2020 | 22:50
DGK sədrinin kadrı necə mövqe qazanıb? - İDDİA


Heç kimə sirr deyil ki, Səfər Mehdiyev Dövlət Gömrük Xidmətinin rəhbəri təyin olunduqdan sonra Gömrükdə “təmizlik” işləri aparmağa başladı. “Təmizlənənlərsə” keçmiş iş ortaqları olmaqla yanaşı Kəmaləddin Heydərova ən yaxın olan adamlardır. Bu proses uzun müddətdir ki, davam edir. Lakin maraqlı nüanslardan biri də odur ki, bir çoxları məhz Kəmaləddin Heydərova görə vəzifədən alınsalar da, “fövqəlnazir”ə çox yaxın olan isimlərdən biri hələ də gömrüyün rəhbərliyində çalışmaqdadır, hətta Səfər Mehdiyev onun vəzifəsini belə yüksəldib. Söhbət gömrükdə və FHN-də hər kəsin Kəmaləddin Heydərovun “adminstratoru”, yəni yeyib-içmək məclislərinin tərtibatçısı kimi tanıdığı Ehtiram Xəlilovdan gedir. Bununla bağlı cumhuriyyet.az xatırladır ki, hazırda Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general mayoru Ehtiram Xəlilovu bu vəzifəyə Səfər Mehdiyev təyin edib.

Daha əvvəl isə o, Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib. Lakin harda işləməsindən, yəni hansı kürsüdə oturmasından asılı olmayaraq Ehtiram Xəlilovun əsas vəzifəsi Kəmaləddin Heydərovun özü və qonaqları üçün məclis tərtib etmək olub.

Onu da bildirək ki, Kəmaləddin Heydərovun da Ehtiram Xlilovla münsibətləri çox yüksək səviyyədə olub. Bunu cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rast gəldiyimiz bir məlumat da təsdiqləyir: “Ehtiram Xəlilovun yeganə övladının toy mərasimində Kəmaləddin Heydərovun ailəvi şəkildə iştirak etməsi də “fövqəlnazir”in bu şəxslə yaxınlığını göstərir. Halbuki bundan əvvəl belə hallara rast gəlinməyib. Kəmaləddin Heydərov hətta Enerji Gömrük İdarəsinin rəisi Vaqif İbrahimovun qardaşının toyunda da iştirak etməyib. Ancaq Ehtiram Xəlilovun yeganə övladının toyunda ailəvi şəkildə iştirak edib. Ümumiyyətlə Kəmaləddin Heydərovun ailəvi şəkildə məmur toylarında iştirak etməsi az-az hallarda müşahidə olunur. Ehtiram Xəlilovun övladının toyunda Kəmaləddin Heydərov yalnız ailəvi şəkildə iştirak etməyib. Bu toya “fövqəlnazir”in komandasına mənsub olduqları iddia edilən nazir, komitə sədrləri, icra başçısıları və iş adamları da qatılıblar. Kəmaləddin Heydərovla quda olduğu söylənilən Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev toya ailəvi şəkildə qatılıb. Toya qatılanlardan biri iddia edirmiş ki, hələ bu günə kimi belə yüksək səviyyədə toy görməyib”.

Bu toy mərasimi ilə bağlı başqa məlumatlar da var və onları araşdırırıq və dəqiqləşdirdikdən sonra oxucularımızla tanış edəcəyik.

Onu da bildirək ki, general paqonunu da E.Xəlilova elə Kəmaləddin Heydərov hədiyyə edib. Amma Səfər Mehdiyev Xidmətə rəhbər təyin olunduqdan sonra Etiram Xəlilovu yanına çağıraraq ya ərizə yazmağı, ya da Kəmaləddin Heydərovla bütün əlaqələri kəsməyi tapşırıb. Ehtiram Xəlilov isə ikincini, yəni Kəmaləddin Heydərovu itirməyi seçib və buna görə də mükafatlandırılıb.

Onu da bildirək ki, E.Xəlilovla bağlı zaman zaman mətbuatda müxtəlif iddialar səsləndirilib. Həmin məlumatların birini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “hələ Sumqayıtda işləyərkən Göyçayın Çərəkə kəndində bir neçə hektar ərazini alaraq, orada özünə böyük obyekt tikib. Bəzi məlumatlara görə, həmin torpaq sahəsi kənd sakinlərindən birinə məxsus olub. İlk olaraq tərəflər qiymət məsələsində anlaşa bilməyiblər. Çünki Ehtiram Xəlilovun təklif etdiyi 100 min manatlıq bir məbləği torpaq sahibi qəbul etməyib. Sonradan isə qiymət yenidən qaldırılıb, amma yenə razılaşma əldə olunmayıb. Bundan sonra isə generalın rütbəsi və vəzifəsindən sui-istifadə edərək, zorla həmin torpaq sahəsini ələ keçirdiyi deyilir”. Ehtiram Xəlilov Çərəkə kəndindəki həmin ərazidə sonra bir xeyli tikinti işləri də aparıb. Özünə bahalı istirahət mərkəzi düzəldən gömrük generalının bu qədər maddi imkana sahib olması isə müəmma olaraq qalır. Çünki aylıq əmək haqqı ilə bu qədər geniş imkana sahib olmaq mümkün deyil.

Bununla bağlı cumhuriyyet.az yerli mediada dərc olunan başqa bir iddianı diqqətinizə çatdırır: “Aksizsiz malları ölkəyə gətirən şəbəkəyə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi general mayor Ehtiram Xəlilovun rəhbərlik etdiyi iddia olunur. Aksizsiz mallarıın ölkəyə gətirilməsinin qarşısını almalı olan və satış məntəqələrindən aksizsiz malları toplayaraq dükan sahiblərini cəzalandırılmalı olan qurum – Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi aksizsiz malların ölkəyə gətirilməsini və onların satışını özlərinin əsas biznes sahəsinə çeviriblər. Həmçinin iddia olunur ki, Ehtiram Xəlilova aid olan “TIR”lar Rusiyadan, (Dağıstandan), spirtli içkilər gətirirlər və bu spirtli içkilər gömrük qeydiyyatından keçmir”.

//cumhuriyyet.az
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi