İstanbulda “girov” qalan azərbaycanlı səyyah çarəsiz durumda - “İki tərəfin qərarını gözləyirik”
Sosial
Oxunub: 320
29 apr 2020 | 19:46
İstanbulda “girov” qalan azərbaycanlı səyyah çarəsiz durumda - “İki tərəfin qərarını gözləyirik”


Məlum karantinlə bağlı dünya ölkələri arasında gediş-gəlişin kəsilməsi bəzi səyyahları qəfil yaxaladı. Hazırda hansısa xarici ölkədə qalıb, öz vətəninə dönməyi səbirsizliklə gözləyən insanlar var.

İstanbuldan Azərabycana gəlməyə tələsən, sosial şəbəkədə səyyah bloqer kimi tanınan Vuqar Quliyev kimi. Dünyanın 76 ölkəsini və 143 şəhərini gəzən səyyah hazırda İstanbulda “ilişib” və Azərbaycana qayıda bilmir.

Quliyev başına gələnləri AYNA-ya nəql edib: “Sonuncu səfərim Braziliyaya idi. Ənənəvi olaraq, dünyada pandemiya böhranı olmasına baxmayaraq, səfərimə ara vermədim. Çünki mənim səfər planlarım xeyli müddət qabaq olur. Münasib qiymətə uçuş biletləri tapmaq, bron etmək, getdiyim ölkə barədə məlumat toplama – bunlar hamısı səfər planlarıma daxildir. Braziliya səfərim bitər-bitməz öyrəndim ki, artıq təyyarə keçidi edib ölkəmə gedəcəyim Türkiyədə koronavirusla bağlı vəziyyət ciddiləşib. Türkiyəyə gəldim və qəfil yoluxma, ölüm hallarının artması xəbərindən dərhal sonra Türkiyə təhlükəsizlik tədbiri kimi xaricə uçuşlarını dayandırdı. Halbuki, elə uçuşlar təxirə salınan günə əlimdə hazır biletim vardı. Hava limanı bağlandı, ucuşlar təxirə salındı”.

“Tam 5 gün İstanbul Hava Limanında qaldım. Bu müddət cansıxıcı keçsə də, Türkiyə hökuməti bizi qida ilə təmin edirdi. Daha sonra mən də daxil olmaqla, tranzitdə qalan sərnişinləri 14 gün ərzində tələbə yataqxanasında karantində saxladılar. Aprelin 15-dən isə İstanbuldakı otellərdən birindəyəm. Türkiyədəki Azərbaycan səfirliyinə müraciət etmişdim, əvvəldən onların siyahısında qeydə alınmışam. Hazırda səfirliyimiz oteldə gecələmə pulumu ödəyir. Günlük yemək xərci özümə aiddir, 35-40 lirəlik gündəlik xərcim çıxır”, - Vüqar bildirib.

Yeri gəlmişkən, Türkiyədəki azərbaycanlı tələbələrə, səfəri təxirə salınanlara səfirliyimizin 200 TL (65 AZN) məbləğində maddi yardım verdiyi deyilir. Lakin bir çox adamlar bunun verilməməsindən gileylənirlər. Xəbər nə qədər doğrudur?

Vüqar deyir ki, səfirlikdən ayrılan pul nəğd ödənilmir: “Səfirliyimiz məşhur market şəbəkəsi ilə müqavilə bağlayıb və ərzağa ehtiyacı olan azərbaycanlılar, tələbələr, buradan ölkəsinə gedə bilməyən həmvətənlərə xüsusi şifrə verilir. Bu şifrəni marketə təqdim etməklə 200 TL dəyərində bazarlıq etmək olar. Hətta, mən bu dəstək paketindən ikinci dəfə istifadə etmişəm. Sərt karantin günlərində evdə qalacam deyə müarciət etdim, səfirlik mənə növbəti kodu göndərdi. Geri dönməyimiz haqqında isə hələlik hər hansı məlumat yoxdur. Azərbaycandakı vəziyyəti izləyirəm, yəqin ki, Operativ Qərargahın verdiyi qərarlardan, o cümlədən Türkiyə tərəfinin qərarından sonra məsələ dəqiqləşəcək”.

“İstanbulda karantində olmaq çətindirmi” sualını cavablandıran müsahibimizin dediyinə görə, orada hamıya evdə qalmaq tövsiyyə olunur: “Burada bizdəki kimi SMS iznlə küçəyə çıxmaq məsələsi yoxdur. Arada çıxmaq olar. Amma maska məcburiyyəti var, əgər küçəyə maskasız çıxsan, 3000 TL (1000 AZN) cərimə ödəməlisən. İki həftədir, iri şəhərlərdə, o cümlədən İstanbulda ciddi karantin tətbiq olunur. Bu həftə də yenə bir neçə gün belə “ev həbsi” olacaq”.

Sonda V.Quliyev onu da əlavə edib ki, bu günədək səfər etdiyi və geri döndüyü ölkələrdə uçuşla bağlı belə çətinlik yaşamayıb.

İstanbulda “girov” qalan azərbaycanlı səyyah çarəsiz durumda - “İki tərəfin qərarını gözləyirik”
Bu gün, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Bu gün, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Bu gün, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Bu gün, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib