Cavid Qurbanov kütləvi ixtisara hazırlaşır... - Minlərlə adam işsiz qalacaq...
Sosial / Dunya
Oxunub: 581
27 apr 2020 | 21:47
Cavid Qurbanov kütləvi ixtisara hazırlaşır... - Minlərlə adam işsiz qalacaq...


"Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kütləvi ixtisar gözlənilir. Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən informasiya daxil olub. Qeyd edək ki, buna qədər də, yəni Cavid Qurbanovun ADY-yə rəhbər təyinatının ilk dönəmlərində də sözügedən qurumda total ixtisarların həyata keçiriləcəyi söylənilirdi və bu istiqamətdə müəyyən addımlar atıldı da. İndi isa ixtisarların kütləvi xarakter daşıyacaöğı deyilir.

Mənbə dia.az-a açıqlamasında bildirir ki, koronavirus pandemiyası səbəbindən işi ciddi şəkildə axsayan ADY sistemində onsuz da nə zamandır maaş böhranı da yaşanır: "Və bu pandemiya rəvac verib ki, Cavid Qurbanov çoxdan bəri planlaşdırdığı addımını atsın".

Bəs hansı sayda dəmiryolçu işini itirməli olacaq? Bu suala cavab verən mənbə ən azından 5-7 min nəfərin işi ilə vidalaşacağını da iddia edib.

Xatırladaq ki, buna qədər də ADY-də ixtisarların olacağı proqnozlaşıdırılırdı və qeyd olunurdu ki, 2022-ci ilə qədər "Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarının sayının 3 dəfədən çox azaldılması nəzərdə tutulur.

Bunu dövlət müəssisəsinin auditini həyata keçirən KPMG audit şirkəti hələ keçən il bəyan etmişdi.

Həmin məlumatda vurğulanırdı: "Audit nəticəsində məlum olub ki, ADY-nin işçi heyətinin sayı, təxminən, 22 min nəfərdir və bu rəqəmin 6 422 nəfərə qədər azaldılması, orta aylıq əmək haqqının isə 596 manat təşkil etməsi tövsiyə olunub".

İndi isə Cavid Qurbanov onsuz da sosial durumu çətin olan dəmriyolçuları daha da gərgin vəziyyətə salacaq addımı atmağa hazırlaşır. Ən azından iddia olunanı budur...
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib