Üçuşaqlı evdar xanıma 190 manat verilməsindən imtina edilib... - GİLEY
Sosial
Oxunub: 362
27 apr 2020 | 20:45
Üçuşaqlı evdar xanıma 190 manat verilməsindən imtina edilib... - GİLEY


"İşsiz və ya işini itirən şəxslərə 190 manatlıq 2 aylıq dövlət dəstəyinin göstərilməsi üçün müraciətlərin qəbulunun bu gündən dayandırıldığı və indiyədək daxil olunan müraciətlərin emalı prosesində daha 200 min şəxsin yardım alacağı bildirilib. Beləliklə, toplam işsizlik yardımı alan şəxslərin sayının ortalıq 600 min olacağı gözlənilir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bəs ƏƏSMN, görəsən, müraciətləri necə emal edir, vətəndaşların işləmədiyini hansı meyarlarla ölçür, bəlirləyir? Bu prosesdə şəffalıq, obyektivlik , sosial ədalət prinsipləri təmin olunur, yoxsa elə əlilliyin müəyyən edilməsi, ünvanlı sosial yardımın təyin olunması, mənzil bölgüsündə olduğu kimi ayrı-seçkilik, “dost-tanış” meyarları əsas tutulur?

Proses dövlətin 1-ci şəxslərinin nəzarətində olduğundan budəfəki “yardım emalı” prosesində ayrı-seçkilik halları kütləvi xarakter daşımır. Di gəl, bu məsələdə azacıq diqqətsizlik və ayrı-seçkilik böyük narazılıq yaratmağa qadirdir. Ağsu şəhəri, Sabir küçəsi, 31 saylı evdə yaşayan Mehdiyevlər ailəsinin evdar xanımı üç körpə uşaqlı anadır və yeganə işi uşaqlarına baxmaqdır. Özü də heç bir ödəniş tələb etmədən . Amma xanımın işsizlik yardımı ilə bağlı müraciətinə verilən imtina cavabında yazılıb :“AKTİV ƏMƏK MÜQAVİLƏNİZ AŞKARLANDIĞI ÜÇÜN, MƏŞĞULLUQ HAQQINDA QANUNA ƏSASƏN, SİZƏ İŞSİZ KİMİ QEYDİYYATA ALINMAQDAN İMTİNA EDİLMİŞDİR “ . Dövlət dilinin normalarının pozulmasını , gerçəkdə bunun özü də ciddi pozuntu olsa da , bir qırağa qoyaq , axı, 3 körpə uşaqlı ananın aktiv əmək müqaviləsi aşkarlanıbsa, bəyəm hansı qurumla müqavilə bağladığı aşkar olunmayıb? Eyni zamanda, lap tutaq ki, evdar xanım əmək müqaviləsi ilə işləyib . Bəs koronavirus epidemiyası dövründə iş yerini məcburi itirdiyinə görə, ona kompensasiya verilməli deyil?

Yəqin ki, bu aşkar suallara cavab verilməsini təmin etmək ƏƏSMN rəhbərliyinə və nəzarətedici qurumlara çətin olmaz. Media olaraq bizim görəvimiz isə belə aşkar narazılıqları diqqətə çatdırmaqdır".

İddia olunanlarlka bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib