Kirayə mənzillərin verilməsində qoyulan şərtləri yüngülləşdirmək lazımdır – Azay Quliyev
Sosial
Oxunub: 261
24 apr 2020 | 14:59
Kirayə mənzillərin verilməsində qoyulan şərtləri yüngülləşdirmək lazımdır – Azay Quliyev


Sosial kirayə müqaviləsi əsasında yaşayış sahələrinin verilməsində bəzi şərtlər və prosedur qaydalar çoxlu sayda vətəndaşın bu imkandan yararlanmasında ciddi problemlər yaradır.

Bunu Milli Məclisin yaz sesiyasının bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, şərtlərə əsasən kirayə mənzil əldə etmək istəyən şəxsin bank öhdəliyi olmamalıdır, yəni, deyək ki, adamın 500 manatlıq krediti var və o buna görə kirayə mənzili üçün müraciət edə bilməz. Əgər vətəndaşın ödəmə qabiliyyəti varsa, o bankdan götürdüyü məbləğindən asılı olmayan hər hansı bir kreditə görə kirayə mənzil əldə etmək hüququndan məhrum olmamlıdır:

“Mən hesab edirəm ki, bu çox ağır şərtdir və bu şərti aradan qaldırmaq lazımdır. Çünki, söhbət aztəminatlı ailələrdən gedirsə, onların çoxunda bu və ya digər formada bank öhdəliyi vardır. Əgər bu tələb mənzilin kirayə haqqının ödənilməsində mümkün problemləri və ya riskləri önləmək məqsədi daşıyırsa, onsuzda digər şərtlər bu məsələni tənzimləyir, yəni ödəniş olmadığı təqdirdə müvafiq qaydalar işə düşür və hətta vətəndaşın mənzilə olan mülkiyyət hüququ itirilir.

2-ci məhdudiyyət isə kirayə mənzil almaq istəyən şəxsin məhkumluğu olmaması haqqında tələbdir. Bunu ümumiyyətlə anlamaq çətindir.

Bilirsiniz ki, törədilən cinayətin ağırlıq dərəcəsindən asılı olaraq şəxsin məhkumluq müddəti bir ildən 8 ilə qədər müəyyən edilə bilər. Belə çıxır ki, vətəndaş kirayə mənzil almaq üçün məhkumluğun olması səbəbindən 8 ilə qədər gözləməlidir. Məncə bu tələbə ehtiyac yoxdur. Çünki bu şəxs nə seçkili orqanlarda iştirak edir, nə də yüksək dövlət vəzifəsinə təyin olunmur ki, onun məhkumluğu nəzərə alınsın.

Digər tərəfdən şəxsin sosial problemlərinin həlli yolunda məhkumluğun əsas baryera kimi saxlanılması Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanunun ruhuna da tamamilə ziddir.

Əksinə bu cür insanların sosial problemləri daha tez həll olunmalıdır ki, onların təkrar cinayət törətməmələri üçün əlavə stimulları olsun. Ona görə də bu tələbin də şərtlər toplusundan çıxarılmasını vacib hesab edirəm.

Ümid edirəm ki, müvafiq dövlət qurumu bu məsələni nəzərə alacaq”. (modern.az)
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”