VƏZİFƏDƏ MİLYONÇU OLMUŞ KEÇMİŞ MƏMURLAR “YOXA ÇIXIB”... - Fonda ianə köçürməyə pul tapmırlar?
Sosial / Dunya
Oxunub: 505
18 apr 2020 | 20:43
VƏZİFƏDƏ MİLYONÇU OLMUŞ KEÇMİŞ MƏMURLAR “YOXA ÇIXIB”... - Fonda ianə köçürməyə pul tapmırlar?


Prezident İlham Əliyevin Fərmanı ilə əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi davam edir.

Aprelin 16-a olan məlumata görə Fonda toplanan vəsaitlərin ümumi məbləği 112 milyon manata çatır. Bu vəsaitin 7 milyon manatını fiziki şəxslər, qalan hissəsini müxtəlif biznes subyektləri, şirkətlər, banklar, dövlət qurumları ianə edib.

Xatırladaq ki, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva bir illik maaşlarını adıçəkilən Fonda bağışlayıblar.

Prezidentin Fərmanı ilə Fondun İctimai Nəzarət Şurası da yaradılıb ki, ora müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri, tanınmış ictimaiyyət nümayəndələri üzv təyin ediliblər. Şura qurumun fəaliyyətinə, toplanan vəsaitin səmərəli, şəffaf xərclənməsinə nəzarət edəcək.

Fonda ianə edilən vəsaitlərin miqdarı 5 milyon manatdan 1 manata qədər dəyişir. Əksər şirkətlər, onların rəhbər şəxsləri, məmurlar kifayət qədər iri məbləğlər bağışlamaqla dövlətin koronavirusla mübarizəsinə töhfə verməyə çalışıblar. Onların sırasında ADA Universitetinin rektoru Hafiz Paşayevin oğlu, iş adamı Mir Cəlal Paşayevi (100 min manat), Paşayev Cəlal Aqil oğlunu (100 min manat), "Qarabağ" klubu baş məşqçsi Qurban Qurbanovu (20 min manat), həmin komandanın kapitanı Rəşad Sadıqovu (50 min manat), Bakının keçmiş meri Hacıbala Abutalıbovu (37 min manat), Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu (10 min manat), keçmiş deputat Elxan Süleymanovu (7,8 min manat), Mədəniyyət naziri Əblüfəs Qarayevi (5 min manat), deputat Qənirə Paşayevanı (2800 manat), Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun direktoru Elmar Qasımovu (5 min manat) və s. misal göstərmək olar.

Qeyd edək ki, Fondun saytında ianə verən şəxslərin tam siyahısı ilə tanış olmaq mümkündür. Orada 1000 manatdan 20 min manata qədər ianələr vermiş fiziki şəxslərin, yüz min manatlarla dəstək verən biznes qurumlarının və dövlət təşkilatların adlarını oxumaq mümkündür.

Diqqətçəkən məqamlardan biri vaxtı ilə yüksək dövlət vəzifəsi tutmuş, kifayət qədər var-dövlət sahibi olan, hazırda hakim komandada təmsil olunmayan keçmiş məmurların bu çətin pandemiya günlərində dövlətə dəstək olmamalarıdır. Xatırladaq ki, onların bəzilərinin maliyyə imkanları, sahib olduqları iri biznes sahələri ilə bağlı mətbautda geniş məlumatlar dərc olunub.

Məsələn, "Azərenerji" ASC-nin keçmiş rəhbəri Etibar Pirverdiyevin adını Fondun ianə verən şəxlərin sihasında axtarsaq da, tapa bilmədik. Məlumdur ki, keçmiş məmur nəhəng tikinti biznesini həyata keçirən şirkətlər qrupuna sahibdir. Son on ildə bu şirkətlər on milyonlarla manat dövlət sifarişləri alıb, irimiqyaslı layihələrin icrasına cəlb olunub.

Bundan əlavə onun Şimal zonasında böyük təsərrüffatlarının, dəvə fermasının, at ilxısının olduğu bildirilir.

Mətbuatda E. Pirverdiyevin xaricdə istirahət zamanı xərclədiyi böyük məbləğli alış-verişin çekləri, yaşadığı dəbdəbəli imarətlərin fotoları yayılıb. Görünür, iki il əvvəl ölkədə yaranan işıq böhranı zamanı Prezident tərəfindən möhkəm danlanan və tutduğu vəzifəsindən uzaqlaşdırılan E. Pirverdiyev bunu hələ də həzm edə bilməyib.

Azərbaycan Teleradioverilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) keçmiş rəhbəri Arif Alışanov da dövlətin koronavirusa qarşı mübarizəsinə dəstək verməyən böyük maddi imkan sahiblərindən biridir. Ötən il vəzifəsindən azad edilən Alışanov son illər məhkəmə çəkişmələri, ailə-məişət mövzuları ilə mətbuatın gündəmində olub.

Keçmiş sədrin sui-qəsd ittihamı etdirdiyi Şücaət Əkbərovun məhkəməsi zamanı üzə çıxmışdı ki, A. Alışanov vəzifədə olduğu illərdə təkcə Şamaxı və ətraf rayonlarda milyonlarla manat dəyəri olan böyük torpaq sahələri alıb. Onun özünün istintaqa verdiyi ifadələrdə yaxın qohumları ilə birgə kənd təsərrüfatı, turizm və s. fəaliyyət üçün yüzminlərlə manat investisiya yatırdğını təsdiqləyib. Bununla yanaşı, keçmiş sədrin Bakıda böyük tikinti biznesi və s. gəlirli obyektləri var. Bu var-dövlətin böyük bir qismi Arif Alışanovun AzTV QSC-ya rəhbərlik etdiyi 10 ildə əldə olunub.

Dövlət vəzifəsindən gen-bol bəhrələnən keçmiş sədr indi dövlətə pandemiyanın yaratdığı gərgin situasiyada kömək əlini uzatmaq istəmir. Çox güman, onun heç Fonddan, ora ianə köçürən hüquqi, fiziki şəxslərdən heç xəbəri də yoxdur. İanə edənlərin siyahısına baxsaydı, orada 5,10, 20 manatla dövlətinə kömək etməyə çalışan sıravi vətəndaşların adlarını görsəydi, bəlkə də, utanardı...

Hökumətdə nazir vəzifələri tutmuş, neft gəlirlərinin pik dövrlərində rəhbərlik etdikləri sahələrə milyardlarla vəsait ayırmış bəzi keçmiş nazirlərin Fonda ödədikləri vəsaitin miqdarı da təəssüf doğurur.

Məsələn, keçmiş nəqliyyat naziri Ziya Məmmədov Fonda 2 min manat, oğlu, məşhur iş adamı, külli miqdarda pulları sağa-sola xərcləməsi ilə ad çıxarmış Anar Məmmədov 3 min manat, keçmiş rabitə naziri, hazırda AMEA-da vəzifəyə təyin olunan Əli Abbasov 500 manat keçirərək, koronavirusla mübarizəyə “dəstək” olublar.

Təkcə bir faktı xatırladaq ki, Z. Məmmədovun vəzifədə olduğu müddətdə yol layihələrinə büdcədən ayrılan vəsait və xarici maliyyə qurumlarından alınan kreditlər hesabına milyardlarla manat vəsait xərclənib. Bu vəsaitin böyük hissəsinin təyinatından yayındırıldığı haqda dəfələrlə yazılıb, deyilib. Elə Z. Məmmədovun və oğlunun mənbəyi qaranlıq varidatı, biznesi barədə zaman-zaman ortaya çıxan məlumatlar da bu ehtimalı təsdiqləyib. Düzdür, Ziya Məmmədovun vəzifədən çıxandan sonra obyektlərinin, otellərinin bir hissəsini itirdiyinə dair məlumatlar var. Ancaq hər halda Məmmədovlar ailəsinin məsələn, futbolçu Rəşad Sadıqovdan kasıb olduğunu, Fonda cəmi 5 min manat ödəyə biləcək qədər kasıbladıqlarını düşünmək sadəlöhvlük olardı...

Yaxud, keçmiş MTN rəhbərliyə qarşı keçirilən əməliyyat çərçivəsində vəzifəsini itirmiş rabitə naziri Əli Abbasov istintaqa etiraf etmişdi ki, ayda özünə 300 min manat paket maaş yazıb... Elə indi də az maaş almır. Ancaq nədənsə dövlətin çağırışına 500 manatla cavab verir. Yəni, heç olmasa 1000 manat da tapmadı?

Belə məmurların sayını kifayət qədər uzatmaq olar. Ümumiyyyətlə, dövlətdə tutduğu vəzifə hesabına milyonçu olmuş məmurların çoxu işdən çıxarılan kimi yığdıqları ilə bərabər “yoxa çıxır”. Bu da əslində onların dövlətə, hakimiyyətə sədaqətinin nə qədər olduğunu nümayiş etdirir...
AzPolitika.info
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi