"Mən bankdan pul almamışam" - QALMAQAL
Sosial
Oxunub: 277
15 apr 2020 | 19:42
"Mən bankdan pul almamışam" - QALMAQAL


İki ildir ki, Əmanətlərin Sığortalanması Fondu ilə paytaxt sakini Bağman Məmmədov arasında 800 min dollarlıq məhkəmə çəkişməsi gedir. Onların mübahisəsinə bir dəfə Nərimanov rayon Məhkəməsi, iki dəfə apellyasiya instansiyası, iki dəfə də Ali Məhkəmə baxıb. DİA.AZ-ın məlumatına görə, hələ də yekun qərar verilməyib.

Çəkişmənin səbəbkarı isə lisenziyası 2016-cı ilin yanvarında ləğv olunmuş Qafqaz İnkişaf Bankıdır. Lisenziyanın ləğvindən sonra məhkəmə qərarıyla Əmanətlərin Sığortalanması Fondu bu bankın ləğvedicisi təyin olundu. İddia olunur ki, 2008-ci ilin iyulunda bu bank B.Məmmədova 600 min dollar kredit ayırıb. Məqsəd də paytaxtın Binəqədi rayonundakı Ə.Naxçıvani və Nəvai küçələrinin kəsişməsindəki 3068-ci məhəllədə tikinti işlərinin aparılması olub. İddiaya görə, kredit 24 aylıq verilib, 2010-cu ilin iyulunda kredit ödənişi başa çatmalıydı. Amma B.Məmmədov götürdüyü krediti ödəməyib.

"Münasibətimiz vardı deyə, imzalamışam"
Ona görə də Əmanətlərin Sığortalanması Fondu B.Məmmədova qarşı 600 min dollar əsas, 2010-cu ilin iyuluna - kreditin bitmə vaxtına qədər 9 min dollar faiz borcunun, həmçinin ötən müddət ərzində illik 5 faizdən hesablanmaqla, 212 min dollar da əlavə faiz borcunun (ümumilikdə 821 min dollar) ödənilməsi tələbiylə məhkəmədə iddia qaldırıb.

B.Məmmədov isə bildirir ki, yalandır, banka borcu olmayıb. Dediyinə görə, Qafqaz İnkişaf Bankından ona 1 manat da kredit verilməyib.

B.Məmmədov məhkəmədə də deyib ki, bankın Müşahidə Şurasının sədri Eldar İsmayılovla (o, həm də Azərbaycan Banklar Assosiasiyasının prezidenti olub-red.) münasibətləri olub. İşgüzar fəaliyyətləri çərçivəsində E.İsmayılov ona bir neçə sənədə imza atdırıb. Lakin həmin sənədlərin mahiyyətinə diqqət yetirməyib: "Mən bankdan pul almamışam. Pulun mənə verilməsiylə bağlı da heç bir sübut, məxaric qəbzi, orada mənim imzam yoxdur. Münasibətimiz vardı deyə, imzalamışam. İşgüzar münasibətlərdə Eldar İsmayılovdan ayrılanda da aramızda borcun, məsuliyyətin olmamasına dair təhvil-təslim işləri aparılıb".

Yəni, B.Məmmədov müqavilənin bağlanmasını, onu imzalanmasını təsdiqləsə də, orada göstərilən məbləği almadığını söyləyir. Bu üzdən də heç vaxt o banka ödəniş etmədiyini vurğulayır.

Başqa bir məhkəmə iddiası 300 min dollara görə qaldırılıb
Nərimanov rayon Məhkəməsi Fondun iddiasını rədd edib. Əsas kimi isə bu mübahisə ilə bağlı iddia qaldırma müddətinin ötürülməsi göstərilib. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Əmanətlərin Sığortalanması Fondu Ali Məhkəməyə üz tutub. Bu instansiya əvvəlki qərarı ləğv edərək işi yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsinin ikinci qərarı da əvvəlkindən fərqlənməyib. Yenə Fondun əleyhinə qərar çıxarılıb. Fond bir daha Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə isə yenə də əvvəlki kimi, onun şikayətini qismən təmin edərək bir daha bu işi apellyasiya məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi üçüncü dəfə bu mübahisəyə baxıb qərar verməlidir.

Hazırda Ali Məhkəmənin icraatında buna bənzər başqa bir məhkəmə işi də var. Söhbət "Muğanbank"la "Zirə Kəndli Fermer Təsərrüfatı" MMC arasındakı 300 min dollarlıq çəkişmədən gedir. Şirkət rəhbərliyi iddia edir ki, bankda müəyyən sənədləri imzalasa da, müqavilədə göstərilən 300 min dollar ona verilməyib.

Bank da kredit müqaviləsini göstərsə də, həmin məbləğin müştəriyə ödənildiyini təsdiqləyən məxaric qəbzi ortada yoxdur.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu