Afər Allahverdiyev etimadı daim doğruldub - ÖZƏL
Sosial
Oxunub: 323
13 apr 2020 | 11:45
Afər Allahverdiyev etimadı daim doğruldub - ÖZƏL


Sağlamlıq dünyanın heç bir var-dӧvlətiylə əldə edilə bilmir. Amma həkimlərimiz sağlamlığımızın keşiyində duran çox müqəddəs bir peşənin sahibidirlər. Bu müqəddəs peşəni hər kəsin mənimsədiyi kimi həyata keçirdiyini bilirik. Kimisi, sadəcə həkiməm deməklə, kimisi isə vicdanını ortaya qoyaraq bu peşənin arxasınca getməkdədir.

Bu yazımda sadəcə ikincilərdən sӧhbət açmaq istəyirəm. Peşəsinə qazanc mənbəyi olaraq baxmayan sӧzün həqiqi mənasında Hippokrat andına sadiq qalan loğmanlarımızdan yazmaq istəyirəm. Əməkhaqları nə qədər az olsa da, pul qazanmaq naminə xəstələrinə “FİRMA” dərmanları yazmayan, gӧzləri xəstələrin cibində olmayan, həkimlərimizdən yazmaq istəyirəm. Yanına gələn xəstənin geydiyi paltarların markasına gӧrə fərq qoymayan həkimlərdən yazmaq istəyirəm. Bir sӧzlə, xəstəsinə doğması kimi yanaşan həkimlərdən yazmaq istəyirəm.

Bu cümlələri oxuyub, ironiya ilə gülümsəyənlərin olacağını da bilirəm. Onların bəs o zaman bu qədər uşaq, ana olümləri, xəstələrimizin İrana, Türkiyəyə və digər xarici ӧlkələrə axın etməsinin səbəbi nədir deyə sual edəcəklərini də bilirəm. Onlar da haqlıdırlar. Bütün bunların olduğunu kimsə inkar edə bilməz. Nə yazıq ki, vicdanını tərəziyə qoyan həkimciklər də var. Məhz belə həkimciklərin yarıtmaz fəaliyyətləri üzündəndir ki, vətəndaşlarımızın arasında Azərbaycan səhiyyəsinə olan inam hissi azalıb.

Ancaq, bu, heç də o demək deyil ki, Azərbaycanımızda olan həkim ordusu savadsızlardan ibarətdir. Əsla belə deyil. Axı həqiqətən də Azərbaycanda kifayət qədər savadlı, vicdanlı, qayğıkeş, gülərüz həkimlərimiz çoxdur. Belə həkimlərin arasında yaşlı nəsillə yanaşı, gənc nəslin nümayəndələrinin də çoxluq təşkil etməsi vətəndaşlarımızın gələcəyə olan ümidini artırır. bəzi saytlar var ki, pul xətrinə yalandan savadı olmayan həkimləri reklam edir. Bu bağışlanmazdır. Xəstələri üçün həyacan dolu anlar yaşayan əsil həkimlərimizdən bir neçəsinin adını çəkməklə elə bilirəm ki, az da olsa, onların əməklərinə dəyər vermiş olaram. Belə həkimlərin arasında xüsusən National Prime Hospital Neyrocarrah Afər Allahverdiyevin adını xüsusi qeyd etmək yerinə düşər. Çünki National Prime Hospital Neyrocarrah Afər Allahverdiyev “Firma” dərmanlarına satan, insan taleyi ilə oynayan həkimciklərdən fərqli olaraq, ӧz peşəkarlığı, xəstələrə yanaşma tərzi ilə həqiqətən də yer üzündə ALLAHın “şəfaverici əli” olduğunu təsdiqləyən insandır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, National Prime Hospital Neyrocarrah Afər Allahverdiyevdir.

Allahverdiyev Afər Seyfəddin oğlu.10.10.1972-ci ildə Azərbaycan Respublikasının Qax rayonunda anadan olub.1979-1989-ci illərdə Bakı şəhəri 213 saylı orta məktəbdə oxuyub. 1990-1996 ci illərdə N.Nərimanov adına Tibb institutunda pediatriya fakultəsində təhsil alıb və fərqlənmə diplomu ilə bitirib. 1996-1998-ci illərdə Azərbaycan Tibb universitetinin Neyrocərrahlıq kafedrasında klinik ordenatura keçib. 1999-2001-ci illərdə ATU-nın Neyrocərrahlıq kafedrasında aspiranturada oxuyub.Aspiranturanı “Bel-oma diskogen mənşəli radikulitin diaqnostika,klinika və cərrahi müalicəsinin müasir aspektləri “mövzusunda dissertasiya işini müdafiə edib. 2002-ci ildən bu günədək ATU-nın Neyrocərrahlıq kafedrasının assistenti vəzifəsində çalışır.Bu müddətdə bir neçə xarici dövlətdə: Rusiya Federasiyası Moskva şəhəri- N.N.Burdenko adına Neyrocərrahiyyə İnstitutu,Ukrayna Kiev şəhəri Romodanov adına Neyrocərrahiyyə İnstitutu,Türkiyə Ankara şəhəri Hacettepe Universiteti,Almaniya Berlin şəhəri “Vivantes”qrupun Fridrixsxayn klinikası,Türkiyə İstanbul “Anadolu sağlık mərkəzi“.Ixtisasartırma kursları keçib.20-dən artıq məqalə və tezislərin müəllif və həm müəllifidir.

Azərbaycan Respublikasının özəl tibb müəssələrində neyrocərrah kimi fəaliyyət göstərib:

1. Lanset Klinikası.2003-2005

2. City Hospital.2005-2006

3. Abu endoklinika.2006-2007

4. Caspian Hospital.2014-2015

5. Uni Klinika.2008-2017

6. Milana Vip Hospital 2018-2019

2019-ci ilin dekabr ayından National Prime Hospitalda neyrocərrah kimi fəaliyyətə başlayıb.

National Prime Hospitalda aşağıdakı neyrocərrahi əməliyyatlar ən son müasir avadanlıqlarla aparılır:

1. Boyun,bel fəqərəarası disk yırtıqlarının Rutin,mikroskop və endoskopik üsulla icra edilir.

2. Onurğa beyni və fəqərələrin şişlərinin mikroskopik üsulla xaric edilməsi.

3. Skolioz əməliyyatları

4. Kifotik deformasiyalda əməliyyatlar.

5. Vertebroplastika.

6. Fəqərə sütunu və onurğa beyni travmalarında bütün əməliyyatlar çeşidi, kəllə beyin travmalarındakı bütün çeşiddə əməliyyatlar.

7. Baş beyinin şişlərinin çıxarılması.

8. Hipofiz vəzinin adenomasının transnazal endoskopik üsulla çıxarılması


National Prime Hospital Neyrocarrah Afər Allahverdiyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Afər Allahverdiyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Afər Allahverdiyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Afər Allahverdiyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Afər Allahverdiyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Afər Allahverdiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun National Prime Hospital kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Afər Allahverdiyev özünü doğruldub. Bizdə hörmətli Afər Allahverdiyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu