DSMF işçiləri ancaq narazılıq yaradır... - Nə vaxtadək vətəndaşlar sosial yardım yerinə "nəzərə alınacaq"?
Sosial
Oxunub: 300
11 apr 2020 | 18:08
DSMF işçiləri ancaq narazılıq yaradır... - Nə vaxtadək vətəndaşlar sosial yardım yerinə "nəzərə alınacaq"?


"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN ) , yanındakı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dövlətin sosial (müdafiə) siyasətini alver predmetinə çevirməsindən yetərincə yazılsa da, hələ də, “dünya düzəlmir ki, düzəlmir!” Bu “düzəlməmə” də “balığın başdan iyləndiyini” deməyə əsas verir. DSMF-in direktor müavini Əminə Seyidzadənin , sosial xidmətlər şöbəsinin müdiri Vüqar Behbudovun müalicə , mənzil-məişət və digər sosial ehtiyaclarının qarşılanması amacı ilə dövlət büdcəsindən aztəminatlı şəxslərə ayrılan vəsaiti mənimsəmələrinə hüquq mühafizə orqanları hüquqi qiymət verilməsini təmin etmir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "...Ünvanlı sosial yardım verilməsində də yazılı qanun -qaydaya yox , yazılmamış rüşvət, korrupsiya qaydalarına üstünlük verilir. İşsizlik statusuna malik olan Ağsu şəhər sakini, üç körpə uşaqlı beş nəfərlik ailə başçısı Laçın Mehdiyev illərdir ƏƏSMN -in “elektron dələduzluğu” ilə üz-üzədir. 6 ay qabaq göndərilən ünvanlı sosial yardımın təyin olunması barədə ərizəsinə 3 aydan sonra imtina cavabı alıb ki, 6 yaşlı uşağının 2029-cu ilə kimi etibarlı olan şəxsiyyət vəsiqəsinin müddəti bitib! (??) . Sözügedən dələduzluq faktı ilə bağlı basında 2 ay qabaq informasiya yayıldığından, fikrimizcə, geniş danışmağa ehtiyac yoxdur. Sadəcə, uşağın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitib -bilməməsi bir yana, “Ünvanlı sosial yardımın alınması üçün müraciət edilməsi , onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları haqqında” Nazirlər Kabinetinin 05.02.2016 tarixli 37 saylı qərarında (sonuncu dəyişiklik 15.07.2019-cu ildə edilib ) belə “pasport etibarsızlığı”na görə yardımın verilməsindən imtina edilməsi, axı , nəzərdə tutulmayıb! Sözügedən qərarın 6.1 maddəsində sosial yardımın təyin olunmasına , verilməsinə və ödənilməsinə nəzarəti ƏƏSMN-in həyata keçirməsi təsbit olunub. Sözügedən “pasport qadağası” ilə bağlı vəsiqəni verən Daxili İşlər Nazirliyi ƏƏSMN -ə qanunsuzluğa son qoymağı tövsiyə edib, lakin nəzarət etməli olan nazirlik yardıma ehtiyacı olan şəxsi başdan etməyi yanındakı DSMF-in direktor müavini Əminə Seyidzadəyə tapşırıb və təbii ki, qanunsuzluğa son qoymaq əvəzinə “nəzərə almaq xahiş olunub” .

Yardıma ehtiyacı olana isə “nəzərə almaq” yox , yardım almaq gərəkir. Onsuz da illərdir “nəzərə alır” , amma bu “nəzərə almaqla” körpə uşaqlarının qarnını doydurmur. Nə vaxtadək vətəndaşlar sosial yardım yerinə "nəzərə alınacaq"?"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu