İndi də tibbi əlcək qıtlığı yaranıb
Sosial
Oxunub: 625
11 apr 2020 | 23:15
İndi də tibbi əlcək qıtlığı yaranıb


Aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. Məlumata görə, müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb.
İstehsal prosesi üçnövbəlidir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Düzü, artıq apteklərə baş çəkdikdə maska problemi həll olunduğunun şahidi oluruq. Lakin indi də, tibbi əlcək məsələsi ortaya çıxıb. Apteklərdən bildirilir ki, insanlar kütləvi şəkildə əlcəyə üstünlük verirlər və ona görə də əlcək qıtlığı yaşanır.
Maraqlıdır, əlcək problemini aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?
İqtisadçı-ekspert Natiq Cəfərli Yenisabah.az-a açıqlamasında əlcək istehsalının maska ilə müqayisədə bir qədər problemli olduğunu diqqətə çatdırıb:
“Çünki bizdə xammal problemi var. Maskanın xammalı belə xaricdən gətirilir. Ona görə də yerli istehsalın təşkili daha uzun çəkə bilər. Maska tikilməsi üçün zavodun açılması o qədər də problemli deyildi. Lakin rezin əlcəklərin istehsalı üçün indi başlasaq, bir neçə ay çəkəcək, ən yaxşı halda 3-4 ay… O zamana qədər də yəqin ki, məsələ aktuallığını itirər”.
Ekspert problemin həll yolunu da göstərib:
“İndiki problemli dönəmdə biznesə dəstək olmaqla və ya dövlət xətti ilə əlcəklərin xaricdən alınıb gətirilməsinə üstünlük vermək lazımdır. Əsasən, bunun istehsalı Çindədir, oradan idxal olunması daha məqsədə uyğundur. Danışıqları intensivləşdirib, bəzi bariyerləri aradan qaldırıb, yəni vergi və gömrük rüsumlarını tamamilə sıfırlayıb ölkəyə daha çox gətirilməsinə nail olmaq olar”
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu