Jurnalistlərin evdən sərbəst çıxmalarına çarə tapıldı
Sosial
Oxunub: 312
10 apr 2020 | 20:22
Jurnalistlərin evdən sərbəst çıxmalarına çarə tapıldı


Jurnalistlər portalda tələb olunan bölmələri doldurarkən çox diqqətli olmalıdırlar

Gücləndirilmiş karantin rejimi ölkədə frilans (müstəqil, sərbəst) və əmək müqaviləsi olmadan fəaliyyət göstərən jurnalistlərlə bağlı çox ciddi bir problemi yenidən aktuallaşdırdı. Belə ki, Daxili İşlər Nazirliyi (DİN) jurnalistlərin xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında icazə almadan sərbəst şəkildə hərəkət etməsini rəsmi şəkildə bəyan etdi. Nazirlər Kabineti yanında Operativ Qərargah isə xəbərdarlıq etdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” elektron sistemində əmək müqaviləsi olmayan şəxslər barədə, xidməti vəsiqələrinin olmasına baxmayaraq, qanunvericiliyə uyğun olaraq ölçü götürüləcək.

Bunun ardınca isə məlum oldu ki, aprelin 2-də “novator.az” saytının baş redaktor müavini Hikmət Sabiroğlu işdən evə qayıdarkən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat cərimələnib.

Yaranmış problemin aktuallığını nəzərə alaraq, həm Nazirlər Kabineti (NK), həm də Mətbuat Şurası (MŞ) ilə mövcud vəziyyətə AYNA tutmağa çalışdıq. Lakin indiki durumda bu vəziyyətin hansı üsulla tənzimlənəcəyinə aydınlıq gətirmək mümkün olmadı. Sanki 1941-45-ci illər müharibəsi dönəmini əks etdirən “Şərikli çörək” filmindəki Vaqif obrazının düşdüyü vəziyyətə bənzər durum yarandı. Necə ki, Vaqif ona çörək almaq üçün verilmiş “kartıçka”ları itirib, ancaq ona heç kim inanmır. Eləcə də, jurnalist xidməti vəsiqəsi olsa belə, əmək müqaviləsi olmadığı üçün, KİV nümayəndəsi olduğunu polisə sübut edə bilmir, reket durumuna düşür.

Jurnalistlərin evdən sərbəst çıxmalarına çarə tapıldı


Xüsusi portal vasitəsilə icazə aldıqdan sonra sərbəst şəkildə evdən çıxa bilərlər. Ancaq jurnalistlər portalda tələb olunan bölmələri doldurarkən çox diqqətli olmalıdırlar. Əks halda onların icazələri bir və ya bir neçə gündən sonra qüvvədən düşə, yəni etibarsız sayıla bilər.

Nə VÖEN-i, nə də əmək müqaviləsi olan jurnalistlərin isə (təbii ki, reket jurnalistlərdən söhbət getmir) bu məsələdə, sadəcə bəxt üzlərinə gülməlidir. Yəni əgər polis onları saxlayarkən ancaq xidməti vəsiqələrinə baxmaqla kifayətlənəcəksə, o zaman şanslı sayılacaqlar. Yox, əgər polis Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” elektron sisteminə girərək əmək müqaviləsinin olub-olmamasına baxacaqsa, o zaman vəziyyət bir qədər qəlizləşəcək.

Bu vəziyyətdən isə ancaq bir çıxış yolu var. Belə ki, həmin jurnalist MŞ-dən Əvəz Rüstəmovla (050 206 96 02), DİN-in Mətbuat Xidmətindən İlham Babayevlə (055 771 82 62), Bakı Şəhər Baş Polis İdarəsindən isə Elşad Hacıyevlə (055 288 95 53) əlaqə saxlayaraq yaranmış vəziyyət barədə məlumat verə bilərlər.

Qeyd edək ki, xüsusi rejim şəraitində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinə diqqət etmək məqsədilə Azərbaycan Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu yaradıb. Və nömrələrini qeyd etdiyimiz şəxslər də həmin monitorinq qrupunun üzvləridir.

P.S. Ümid edək ki, ən azı bu xoşagəlməz və qarışıq durumdan sonra ölkədə frilans fəaliyyət göstərən jurnalistlərin hüquqları tanınacaq. Mövcud qanunvericilikdə bununla bağlı müəyyən düzəlişlər ediləcək. Azərbaycanda mövcud jurnalist təşkilatları bunları nəzərə alaraq, həmin jurnalistlərin fəaliyyətlərini realizə etmələrinə yadım göstərəcək.

Müəllif: Rumiyyə Miraslan
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu