Xüsusi karantin rejimi günlərində pensiyaları necə almalı? – İZAH
Sosial
Oxunub: 305
8 apr 2020 | 16:30
Xüsusi karantin rejimi günlərində pensiyaları necə almalı? – İZAH


Azərbaycan ərazisində koronovirus pandemiyasının yayılmağa başlamasından sonra Nazirlər Kabineti yanında operativ qərargah əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün bir sıra qərarlar qəbul edib.

Bunlardan biri də yaşı 65-i ötmüş şəxslərin evdən çıxmasının yasaqlanmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi və həyat şərtlərinin asanlaşdırılması üçün sosial işçilərin sayını artırıb. Sosial işçilər yaşlı vətəndaşların gündəlik qayğılarının qarşılanmasını həyata keçirir.

Yaşı 65-i keçmiş vətəndaşların təqaüdçü olduğunu nəzərə alsaq, həmin insanların aldıqları pensiyanı bankomatdan çıxarması, evlərini tərk etmələri qadağan edildiyi üçün SMS-lə icazə almaq hüquqlarının olmaması, daha az yaşlı pensiyaçıların SMS-lə küçəyə çıxma icazəsinin cəmi iki saat olduğu və bankomatların qarşısında yaranması qaçılmaz olan növbə kimi məsələlər ortaya çıxır.

Bəs bu problemlər necə aradan qaldırılacaq?

Artıq bu gündən etibarən pensiya ödənişlərinə başlanılır.

Pensiyaçılara ödəniləcək ümumi məbləğ 500 milyon manatdan çoxdur. Bu kateqoriyadan olan 2 milyon 300 min vətəndaşdan 700 min nəfərinin yaşı 65-dən yuxarıdır.

Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib ki, xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı insanların evdən çıxması qadağan edilib.

“Həmin insanlardan xahiş edirik ki, qaydalara əməl etsinlər. Pensiya ödənişlərinin nağdlaşdırılmasını ailə üzvləri, qohumları həyata keçirsin. Özləri qəti şəkildə evdən çıxmasınlar.

Tənha yaşayan və hər hansı səbəbdən ailə üzvlərinin dəstəyindən istifadə edə bilməyən insanlar 142 – Çağrı Mərkəzinə müraciət edə bilərlər. Həmin mərkəz sosial xidmətçilərimizi təlimatlandıracaq və onlar ahıl şəxslərə kömək göstərəcək ki, vəsaitlərini əldə edə bilsinlər”.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov da açıqlamasında bildirmişdi ki, qurum tərəfindən işə getmək icazəsi olan qurum əməkdaşları mağazaya, aptekə gedən zaman icazə üçün SMS lazım deyil:

“Həmin qurumun əməkdaşları fasiləsiz işləyirlər. Xüsusi karantin rejimini tənzimləyən 124 nömrəli qərara görə, onlar 24 saat sərbəstdirlər. Yəni onların zəruri ehtiyacları üçün SMS-lə icazəyə ehtiyacı yoxdur”.

Eyni zamanda, Sahil Babayev qeyd edib ki, xüsusi karantin rejimi dövründə verilmiş qərara əsasən, bütün bankların bankomatları sosial ödənişlər üçün hər hansı faiz tutmayacaq:

“Bu da kömək edir ki, hansısa spesifik bankomatı axtarmasınlar. İnsanlar ən yaxın bankomatdan istifadə edə bilərlər”.

Xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankomatlardan, eləcə də “Azərpoçt”un bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə etmək olar.

Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının olmaması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də, ünvanlı dövlət sosial yardımlarının (ÜDSY) ödəniş qrafikləri xüsusi karantin rejimi müddətində dəyişdirilib.

Pensiyaların Sumqayıt şəhəri və Abşeron rayonu, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ, Nizami, Nərimanov və Xətai rayonları üzrə aprelin 9-da, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə 10-da, respublikanın digər rayonlarında, həmçinin, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə 15-də ödənilməsi müəyyən edilib.

Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri aprelin 20-si və 21-i tarixlərində, ÜDSY ödənişi isə 28-də təmin ediləcək.

İ.Məmmədov qeyd edib ki, bəzi insanlar var ki, onlar tənha yaşayan şəxslərin evinə gedir və xidmət göstərirlər. Həmin şəxslərin evlərə getməsi ilə bağlı qadağa yoxdur:

“Nazirlər Kabinetinin xüsusi karantin rejimini tənzimləyən üç mühüm qərar var. Orada qeyd edilib ki, əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olanlar üçün baxıcılıq xidmətinə icazə verilir. Bunun üçün sosial xidmətçi kimi qeydiyyata düşməyə ehtiyac yoxdur.

Nazirlər Kabinetinin 30 mart 2020-ci il, 120 nömrəli qərarı bu şəxslərə sərbəst hərəkət azadlığı verir. Bu xidmətçilər himayələrində olan evlərə gedib, onlara xidmət edə bilərlər”.

“Sadəcə, həmin şəxslərin icaze.e-gov.az portalına daxil olmaları və qeydiyyatdan keçmələri kifayətdir”, – deyə İ.Məmmədov qeyd edib. (oxu.az)
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik