Kiçik pay torpaqları olan işsizlərə yardım veriləcəkmi? – Millət vəkili
Sosial
Oxunub: 480
7 apr 2020 | 15:00
Kiçik pay torpaqları olan işsizlərə yardım veriləcəkmi? – Millət vəkili


“Mülkiyyətində kiçik pay torpaqları olan və sahibkar kimi fəaliyyəti olmayan bütün vətəndaşlara birdəfəlik yardım edilməlidir”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan vətəndaşların birdəfəlik yardım paketindən kənar qalmasından danışarkən deyib. Deputat qeyd edib ki, bu məsələ tez bir zamanda müzakirə olunmalıdır:
“Mülkiyyətində kənd təsərrüfatı torpaqları olan vətəndaşlarımız məşğul hesab olunur və bu baxımdan da nazirlik əslində qanunvericiliyə istinad edərək yardım ala bilməyənlərin siyahısını hazırlayıb. Orada ən diqqət çəkən məqamlardan biri pay torpağı olanların müraciət hüququnun olmamasıdır.
Düşünürəm ki, bu məsələ müzakirə oluna bilər. Nəticə etibari ilə, xüsusən də bölgələrdə yaşayanların müəyyən qədər pay torpaqları var. Bəzi hallarda pay torpağının sahəsi böyük deyil və nəticə etibari ilə güclü gəlir əldə edə bilmirlər. Bunu nəzərə alaraq qanunvericiliyin uyğunlaşdırılmasına ehtiyac var. Hər halda bu istiqamətdə konkret meyarların müəyyənləşdirilməsi müzakirə oluna bilər. Nisbətən az torpaq payı olanlara yardım edilməsi məqsədəuyğundur. Çünki onların gəlirləri azdır. Böyük pay torpağı olanlar və ondan fermer kimi istifadə edərək gəlir əldə edənlər sahibkar kimi fəaliyyət göstərir”.
Vüqar Bayramovun fikirincə, VÖEN-i olmayan və sahibkar kimi fəaliyyət göstərməyən, sadəcə kiçik pay torpaqlarına sahib olan vətəndaşlarımızın da müraciəti nəzərə alınmalıdır:
“Növbəti mərhələdə bu məsələnin müzakirə olunmas mümkündür”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pandemiya dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərarla əlaqədar açıqlama yayıb. Qanuna əsasən, işsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Muzdla (əmək müqaviləsi ilə) işləyənlər; Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər; Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alına bilməzlər. (qaynarinfo)
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik