İnam Kərimovdan fermerlərə "BÖYÜK QAYĞI"... - Nazirlik gübrələri ikiqatına satır
Sosial
Oxunub: 395
2 apr 2020 | 21:44
İnam Kərimovdan fermerlərə "BÖYÜK QAYĞI"... - Nazirlik gübrələri ikiqatına satır


Kənd Təsərrüfatı Nazirliyi fermerlərə nitrogen (amafos) gübrəsini bazar qiymətindən baha satır.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Azərbaycanda istehsal olunan nitrogen gübrənin bir kisəsi fermerlərə 26 manata hesablanır. Eyni adlı gübrənin bazarda 12-13 manata satıldığı vurğulanır.

Fermerlərdə digər narazılıq yaradan məqam isə yerli istehsal olan gübrə kisələrinin çəkisinin Rusiya istehsalı olan gübrə kisələri ilə müqayisədə 10 kq az, 40 kq olmasıdır.

Başqa bir fermer Ələsgər Hüseynli mart ayının əvvəlində aldığı 12 kisə azot gübrəsi üçün 94 manat nağd ödədiyini, 218 manatın isə kartından çıxıldığını deyir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Qlobal.az-a bildirib ki, Azərbaycanda fermerlərə güzəştli şərtlərlə təklif olunan gübrə və digər məhsullar 2020-ci ilin yanvar ayından dövlət başçısının sərəncamına əsasən yeni qaydalarla verilir:

"Cari ilin yanvar ayından fermerlər əvvəlki illərdə olduğu kimi aldıqları gübrələrin 30 faizini nağd formada, 70 faizini isə dövlətin onlara verdiyi "fermer kartı"ndakı vəsaitlə ödəyəcəklər. "Fermer kartı"ndakı vəsaitlər ötən illərdə fermerləri gübrə və digər aqrar məhsullarla təmin edən aidiyyatı təşkilatlara ödənilirdi. Ancaq bu ilin yanvar ayından şəffaflığın təmin olunması məqsədi ilə dövlətin fermerlərə verdiyi subsidiyaların fermerlərə çatdırılması yeni sistemlə həyata keçirilir".

Şöbə müdiri gübrə kisələrinin çəkisi barədə də fermerləri narahat olmamağa səsləyib.

"Azərbaycanda istehsal olunan gübrələrin 40 kq-lıq kisələrdə qablaşdırılması müasir qablaşdırma standartlarının tələbindən irəli gəlir. Fermerlərə güzəştli şərtlərlə təklif olunan gübrələr onlara kisə sayına yox, çəkiyə görə verilir", - deyə qeyd edib.
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil