Mustafa Babanlının arzusu ürəyində qaldı - İDDİA
Sosial
Oxunub: 417
31 mar 2020 | 21:48
Mustafa Babanlının arzusu ürəyində qaldı - İDDİA


Bugünlərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) qəribə bir qalmaqal olub.

Təhsil sektorundakı mötəbər mənbədən “AzPolitika.info”-ya daxil olan məlumata görə, ADNSU rəhbərliyi Novruz Bayramı ilə əlaqədar təhsil müəssisəsinin 140 əməkdaşına birdəfəlik maddi yardım edib. 140 əməkdaşa ümumilikdə 145 min manat vəsait ayrılıb və bu pul həmin əməkdaşların maaş kartlarına vurulub.

Lakin pul mükafatları kartlara vurulduqdan sonra rəhbərlik həmin vəsaiti nağd formada əməkdaşlardan geri tələb edib. Əməkdaşlar narazı olsalar da, əksəriyyət vəsaiti nagd formada geri qaytarıb. Ancaq qısa zaman ərzində Təhsil naziri Ceyhun Bayramov bu biabırçılıqdan xəbər tutub və ADNSU rəhbərliyindən tələb edilib ki, vəsait yenidən əməkdaşlara paylansın. Belə də olub.

Dünən isə ADNSU-nun inzibati-təsərrüfat işləri üzrə prorektoru Adilxan Xəlilov Təhsil naziri Ceyhun Bayramovun əmri ilə vəzifəsindən azad olunub (Universitetin rəsmi saytında A.Xəlilovun adı prorektorların siyahısından çıxarılıb-AzPol.). A.Xəlilov bu vəzifəyə 2 il əvvəl – 2018-ci ilin iyul ayında təyin olunmuşdu. Universitetdə heç kim şübhə etmir ki, nazirin bu əmrinin “mükafat ver, geri al” əməliyyatı ilə birbaşa bağlılığı var. Lakin həm də belə bir fikir hakimdir ki, A.Xəlilov üstü açılan bu biabırçılığa görə qurban verilib. Çünki o, özbaşına bu işi görə bilməzdi.

Mənbənin bildirdiyinə görə, tədris işləri üzrə prorektor Qasım Məmmədovun da vəzifəsindən azad olunacağı gözlənilir.

Xatırladaq ki, ADNSU-nun rektoru Mustafa Babanlıdır. O, 2015-ci ildə bu vəzifəyə təyin olunub.


Mənbə deyir ki, M.Babanlı rektor təyin olunandan sonra ADNSU-da başlayan təmir işləri bitmək bilmir, bu gün də davam edir.

ADNSU-da baş verənlər və prorektor A.Xəlilovun işdən çıxarılmasilə bağlı Təhsil Nazirliyinin və universitetin mətbuat xidmətlərinə sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu barədə onda məlumat olmadığını bildirdi. ADNSU-nun mətbuat xidmətinin rəhbəri də oxşar cavabla kifayətləndi.(azpolitika)
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb