Aydın Səfixanlı əvvəlki ampluasındadır... - İTTİHAM
Sosial
Oxunub: 373
30 mar 2020 | 23:16
Aydın Səfixanlı əvvəlki ampluasındadır... - İTTİHAM


"İnsan hüquqları üzrə müvəkkilin – Ombudsmanın adından göründüyü kimi, bircə görəvi insanların hüquqlarını qorumaqdır . Nə yazıq , insanlar gerçəkdə hüquqlarının qorunmasının imitasiyasından özgə bir qorunma görmürlər . İnsan hüquqlarının pozulması ilə bağlı müvəkkillərinə müraciət edən şəxslərə hüquq pozucularının qanunsuz cavablarını təkrarlamaqla hansı hüquq qorunması müvəkkilliyindən danışmaq olar? Belə müvəkkilliklə yalnız və yalnız məmurların rüşvət hüquqlarını qorumaq olar. Ombudsmanın dəyişməsi də , hələ ki , müsbətə doğru dəyişikliyə gətirməyib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı əvvəlki ampluasındadır . İş o yerə çatıb ki , aparat rəhbəri dələduzluqla üzləşən bir qrup ticarət köşkü sahiblərinin müraciətinə dələduzları müdafiə edən sahə müvəkkilinin kommersiya sirri sayılan bilgiləri açıqlayan cavabı ilə “müvəkkillik edir “! (?) Sual doğur, sahə müvəkkili və “hüquq müvəkkili” sahibkarların pay bölgüsünü , aylıq gəlirlərini hardan əldə ediblər, necə hesablayırlar və onların buna hüquqları varmı ? Artıq sahə müvəkkili kommersiya fəaliyyətinə mane olmağa, kommersiya sirrini yaymağa görə məhkəməyə verilib, növbədə Ombudsman Aparatının rəhbəridir. Di gəl, məhkəmələr sözügedən qurumun “məhkəmə toxunulmazlığı hüququ”nu pozmağa cürət etmirlər . Axı, özlərinin də Ombudsmana “işləri düşür”!

...Suraxanı məhkəməsinin artıq görəvinə vaxtından əvvəl xitam verilən hakimi Ramil Həsənovun dələduz “Rəvan” sığorta şirkətinin rüşvətilə əlilə aid olmayan “əlil avtomobili”nin məhv edilməsi və üstəlik Qarabağ əlilinin saxta defekt aktı tərtib edilməklə 10 min manata yaxın ziyanı ödəməsi haqqında qanuni qüvvəyə minməyən 28.11.2016 tarixli qətnaməsini məhkəmənin icra sənədi olmadan Qarabağ əlilinin pensiyasına, reabilitasiya vasitəsinə, daşınar-daşınmaz əmlakına eyni vaxtda yönəldən icra məmuru Vüsal Əliyevin görəvinə hələ də xitam verilmir . Görünür , “dayısı” lap “yuxarıdadır” . Əksinə, Konstitusiyanın 6-cı maddəsi ilə təsbit olunan məhkəmə hakimiyyətini mənimsəməklə dövlətə qarşı ən ağır cinayət törədən şəxs ədliyyə , məhkəmə -hüquq sistemi və Ombudsman səviyyəsində qorunur ! (?) Məhkəmənin icra sənədi olmadan “borclu” edilməsinə, pensiyasından, əmlakından məhrum edilməsinə son qoyulması üçün son ümid yeri Ombudsmana üz tutan düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadəyə, görün, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı 19.03.2020 tarixli 2/6045-20 saylı məktubla necə “müvəkkillik edib” ?! Sitat :” Sizdən 8223 manat tutularaq “Rəvan Sığorta” ASC-yə ödənilməsinə dair Suraxanı Rayon Məhkəməsinin 09.01.2017 tarixli icra sənədinin icra edilməsindən narazı qalmağınız haqqında. ... halların yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılmışdır. “ Ombudsman Aparatının əlilin şikayətini saxtalaşdırmasına fikir verin, şikayətçi icra sənədi olmadan pensiyasından, əmlakından məhrum edilməsindən şikayət edir , aparat rəhbəri isə nömrəsi olmayan 09.01.2017 tarixli icra sənədinin icra edilməsindən narazılıq kimi saxtalaşdırır. Məktubu oxumaqda davam edək : “Ədliyyə Nazirliyindən verilmiş cavabda bildirilmişdir ki, həmin icra sənədinə əsasən Suraxanı icra və probasiya şöbəsində başlanmış icraat zamanı qeyd olunan vəsait tərəfinizdən ödənilməmiş, bununla əlaqədar məcburi icra tədbirləri həyata keçirilməklə tələbin əmlakınız hesabına icra edilməsi haqqında tədbirlər görülür “ BELƏ İNSAN HÜQUQLARI QORUMAQLA ƏLİLİN POZULMUŞ REABİLİTASİYA , PENSİYA , MÜLKİYYƏT HÜQUQU BƏRPA OLUNA BİLƏRMİ? Ombudsman Aparatının rəhbəri bilmir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur ? Tutaq ki, Ədliyyə Nazirliyinin icra baş idarəsinin və icra şöbələrinin qanundan, Konstitusiyadan xəbərsizliyinə dələduz qurumlarla qeyri-prosessual ilişgilər nədən olur , bəs bu yekəlikdə İNSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKİLLİYƏ nə gəlib ? Yoxsa , Ombudsman institutu da şikayət obyektləri ilə qeyri-prosessual ilişgidədir? Hər halda, insan hüquqları üzrə müvəkkilin aparatının məmurların özbaşınalığını müdafiə etməsi göz önündədir . Hətta əlilin məhkəmə yolu ilə

pozulmuş hüquqlarının bərpasına “iddianın mümkün sayılmaması haqqında” qərardadlarla qadağa qoyulması da diqqətə çatdırılıb . Dəhşətə baxın, insan hüquqları üzrə müvəkkil vətəndaşın məhkəmə qərarı olmadan pensiyasından, əmlakından, reabilitasiya vasitəsindən məhrum edilməsinə görə məhkəməyə müraciət etmək hüququndan məhrum edilməsini hüquq müvəkkilliyi sayır ! (?)

Qarabağ əlilinin olmayan əmlakı hesabına olmayan icra sənədi üzrə məcburi “ icra tədbirlərinin “ davam etdirilməsinə Ombudsman Aparatı da bu məktubla “xeyir-duası”nı verib . Allah xeyir verməsin!"

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil